Azərbaycanın NATO dakı Nümayəndəliyi Tanışlıq Proqramı iştirakçılarını qəbul edib
Icma.az bildirir, Apa.az saytına əsaslanaraq.
Azərbaycanın NATO-dakı Nümayəndəliyi NATO-nun Tanışlıq Proqramının bir qrup iştirakçısını qəbul edib.
APA xəbər verir ki, bu barədə Nümayəndəliyin sosial media hesabında məlumat paylaşılıb.
Bildirilir ki, proqramın ümumi məqsədi iştirakçılara NATO-nun yardım proqramları və fəaliyyətləri haqqında ətraflı məlumat verməkdir.
Proqram çərçivəsində Bosniya və Herseqovina, Kolumbiya, İordaniya, Pakistan, Qətər, Serbiya və Özbəkistandan olan iştirakçılar Azərbaycan Respublikasının NATO yanında Nümayəndəliyində olublar. Eyni zamanda, Azərbaycanın NATO-dakı Nümayəndəliyi Azərbaycanın NATO ilə tərəfdaşlığın praktiki aspektləri üzrə təcrübəsini bölüşən təqdimatla çıxış edib.

Azərbaycanın NATO dakı nümayəndəliyi ikitərəfli tərəfdaşlığa sadiqliyini ifadə edib
12 Avqust 2025 21:24
Azərbaycanın 3 ölkədə nümayəndəliyi DAYANDIRILIB
09 Dekabr 2024 15:20
Azərbaycanın Özbəkistanda ticarət nümayəndəliyi fəaliyyətə başlayacaq
20 İyun 2025 16:52
Agentlik: Çində Azərbaycanın turizm nümayəndəliyi açılacaq
13 İyun 2025 18:36

