Icma.az
close
up
RU
Azərbaycanın pravoslav icması İsa Məsihin mövludu gününü qeyd edir

Azərbaycanın pravoslav icması İsa Məsihin mövludu gününü qeyd edir

Xalq qazeti portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Yanvarın 7-də pravoslavlar xristianlığın əsas bayramlarından biri olan İsa Məsihin mövludu gününü qeyd edirlər.

Böyük bayram yanvarın 6-da Müqəddəs axşamdan başlayır. Pravoslavlar üçün bu, 40 günlük orucun son günü və İsa Məsihin mövludu gününün qeyd olunmasına gücləndirilmiş hazırlıq vaxtıdır.

AZƏRTAC xəbər verir ki, axşam saatlarında, günəş batdıqdan sonra bütün ailə masa arxasında toplaşır. Masanın üzərinə həvarilərin sayını simvolizə edən 12 növ oruc yeməyi qoyulur. Yeməklərin heç birinin toxunulmadan qalması vacib sayılır, hər birindən az da olsa dadılmalıdır. Masada yanan şamın olması yaxşı əlamət hesab olunur, bu, canlı alovu simvolizə edir.

Müqəddəs axşamın əsas ehsan xörəyi kutyadır. Kutya ənənəvi olaraq buğdadan hazırlanır, lakin digər bütöv dənli bitkilərdən istifadə olunmasına da yol verilir. Dənələr insanların birliyinin rəmzidir, bu təamda bağlayıcı element kimi isə bal və ya şəkər şərbəti əlavə olunur.

Bu şam yeməyi ilə Milad orucu başa çatır. Yanvarın 7-də bütün məhdudiyyətlər aradan qaldırılır və bundan sonra əsl bayram ziyafəti təşkil etmək mümkündür.

Azərbaycandakı pravoslav xristian icması İsa Məsihin mövludu gününü ənənəvi olaraq qeyd edir. Xristianlığın ölkəmizdə dərin tarixi kökləri vardır. Qafqazda ilk xristian məbədlərinin məhz burada yaranması təsadüfi deyil. Bu torpaqlarda dünya dinləri əsrlər boyu sülh şəraitində yanaşı mövcud olub, insanlar arasında dostluq və qardaşlıq münasibətlərinin qurulmasına töhfə verib. Azərbaycanda milli və ya dini dözümsüzlük təzahürləri heç vaxt müşahidə olunmayıb. Xristianlar, eləcə də digər inancların daşıyıcıları Azərbaycanda bütün hüquqlara malikdir və ictimai həyatda fəal iştirak edirlər. Ölkədə bir neçə pravoslav kilsəsi mövcuddur.

Prezident İlham Əliyev hər il Azərbaycanın pravoslav xristianlarını İsa Məsihin mövlud günü münasibətilə təbrik edir. Bu il pravoslav xristian icmasına ünvanlanan müraciətdə deyilir:

“Azərbaycanda əsrlər boyu müxtəlif xalqlar və konfessiyalar arasında qarşılıqlı hörmətə və etimada, səmimi dostluğa və qardaşlığa əsaslanan milli-mənəvi həmrəylik mühiti hökm sürür. Cəmiyyətimizdə birgəyaşayışın yüksək mədəniyyətinin, mənəvi-əxlaqi normaların, multikultural dəyərlərin və tolerantlıq prinsiplərinin təbliği və təşviqi həyata keçirdiyimiz dövlət siyasətinin prioritet istiqamətini təşkil edir. Zəngin tolerantlıq ənənələri ilə tanınan Azərbaycanda bu gün hər kəs üçün mədəni özünüifadə imkanları mövcuddur. Dilindən, dinindən və milli mənsubiyyətindən asılı olmayaraq, ölkəmizin bütün vətəndaşları, o cümlədən xristian icması üçün onların etnomədəni özünəməxsusluğunu qoruyub saxlamağa və daha da inkişaf etdirməyə imkan verən hərtərəfli demokratik-hüquqi şərait yaradılıb. Xristian həmvətənlərimizin ümumi evimiz olan Azərbaycanın tərəqqisi və çiçəklənməsi naminə bütün ictimai-siyasi, sosial-mədəni həyat sahələrində fəal iştirak etmələri təqdirəlayiqdir.”

Yanvarın 6-dan 7-nə keçən gecə Azərbaycanın bütün pravoslav kilsələrində təntənəli ibadətlər keçirilib. Azərbaycanın paytaxtında yerləşən Müqəddəs Mürr-daşıyan Zənənlər Kafedralı və ya “Jen Mironosits” pravoslav kafedral kilsəsində Milad bayramı xidmətinə başlamazdan əvvəl Bakı və Azərbaycan yepiskopu Aleksi jurnalistlərlə söhbətində deyib: “İlk növbədə ölkəmizin bütün sakinlərini Rəbbimiz İsa Məsihin mövludunun nurlu bayramı münasibətilə təbrik etmək istəyirəm. Bu bayram Rəbb İsa Məsihə inanan insanları birləşdirir. Lakin bu bayrama sülhə, rifaha və mehriban qonşuluq münasibətlərinə can atan bütün xeyirxah insanlar da biganə qalmır. Pravoslav xristianlar bayramı kilsə ənənəsində nəzərdə tutulduğu kimi qeyd edirlər. Bayram ərəfəsində Milad axşamı sərt oruc tutulur. Pravoslav xristianlar gecə yarısı keçirilən ibadətdə birlikdə olmaq üçün hazırlaşırlar. Məhz həmin vaxt, Müqəddəs Yazının kilsə rəvayətinə əsasən, Rəbb İsa Məsihin mövludu baş verib. Həmin gecə Beytüləhmdə ulduz parlayıb, mələklər peyda olub və onlar Rəbbimizin doğulduğu yerə həm tarlada olan sadə insanları, çobanları, həm də uzaq ölkələrdən gəlmiş müdrikləri gətiriblər ki, yer üzündə doğulan Tanrıya birlikdə səcdə etsinlər.”

Rus Pravoslav Kilsəsinin nümayəndəsi bildirib ki, adətən bu gün qaranlıq düşənədək heç nə yeyilmir və içilmir.

“Milad orucu başa çatdığı üçün bu gün məhz oruc yeməklərinin qəbuluna icazə verilir. Adətən bu, bal, kişmiş və digər meyvələrlə bişirilmiş buğda, yəni soçivo olur. Buna görə də bu bayramdan əvvəlki gün soçelnik adlanır. Bu, qədim bir ənənədir və hazırda o qədər də tez-tez rast gəlinmir, baxmayaraq ki, pravoslav kilsəsi həmişə xatırladır ki, İsa Məsihin mövludu gününün qarşılanmasına məhz bu cür hazırlaşmaq lazımdır”, - deyə yepiskop bildirib.

Milad gecəsi yepiskop Aleksi Müqəddəs Mürr-daşıyan Zənənlər Kafedralı və ya “Jen Mironosits” pravoslav kafedral kilsəsində İlahi liturgiyanı icra edib. Arxiyereyə kafedral ruhanilər xidmət göstəriblər.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:71
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 07 Yanvar 2026 11:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çin mediası İlham Əliyevin Çinə dair fikirlərindən yazır FOTO

07 Yanvar 2026 00:04see220

ASCO 35 milyon manat kredit cəlb edib

06 Yanvar 2026 16:46see206

Venesuela məsələsi BMT TŞ da müzakirə edilib

06 Yanvar 2026 09:11see181

Məşğulluq Agentliyi Gülnarə İbadovadan yenə ofis icarəyə götürdü 3 milyon manat ödəyəcək

06 Yanvar 2026 10:16see172

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see170

Messi karyerasını başa vurduqdan sonra nə etmək istədiyini açıqladı

07 Yanvar 2026 09:09see169

Muğanlı İsmayıllı avtomobil yolunda ağır qəza olub FOTO

07 Yanvar 2026 00:43see166

Manat əmanəti hansı banklarda daha sərfəlidir? Yanvar 2026

06 Yanvar 2026 14:55see162

Qızılın bahalaşması davam edir

06 Yanvar 2026 10:14see156

Mərkəzi Bank məşhur sığorta şirkətinə müvəqqəti inzibatçı təyin edib

06 Yanvar 2026 17:25see156

Gənc həndbolçuların respublika birinciliyi keçirilib

06 Yanvar 2026 21:11see153

Vaşinqtonun Venesuela ilə bağlı planı ortaya çıxdı

06 Yanvar 2026 10:13see149

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see149

Xarici valyutaların manata qarşı MƏZƏNNƏLƏRİ

07 Yanvar 2026 09:32see145

Bakı Slavyan Universitetinin tələbələri təmir səbəbilə KÖÇÜRÜLƏCƏK? RƏSMİ AÇIQLAMA

06 Yanvar 2026 16:32see141

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see140

Ukraynada sülhməramlılar yerləşdiriləcək Bəyannamə

07 Yanvar 2026 00:01see140

Qarabağ Universitetinin beynəlxalq akkreditasiya sahəsində ilk uğuru Foto

06 Yanvar 2026 17:20see139

“Arvadım rəqsimə nifrət edir” Tramp Video

07 Yanvar 2026 05:02see131

Ordubadda Xaraba Gilan şəhər yerinə baxış keçirildi FOTO

07 Yanvar 2026 05:03see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri