Azərbaycanın qara siyahı sındakı şəxs Trampın sağ əli oldu
Icma.az bildirir, Cebheinfo portalına istinadən.
ABŞ Senatının Kəşfiyyat komitəsi Tulsi Qabbardı Milli Kəşfiyyat Xidməti direktoru vəzifəsinə təsdiqləyib.
Onun bu vəzifəyə namizədliyi Prezident Donald Tramp tərəfindən irəli sürülüb.
"Cebheinfo.az" xəbər verir ki, onun namizədliyini 9 senator dəstəkləyib, 8 nəfər əleyhinə olub. Qabbard 2017-ci ildə Konqres üzvü olduğu zaman Ermənistana, ordan isə qanunsuz olaraq işğal altındakı Qarabağa səfər edib.
Buna görə də Azərbaycan tərəfindən "qara siyahı"ya salınıb. 2019-cu ildə prezidentliyə namizəd olan Qabbard qondarma erməni soyqırımı qətnaməsinin həmmüəlliflərindən biridir. 2020-ci ildə isə o, Türkiyəni "Qarabağda müharibəni alovlandırmaqda" ittiham edib. Elə həmin il sabiq dövlət katibi Mayk Pompeoya məktəb yazaraq Azərbaycan əleyhinə fikirlər səsləndirib. O, ABŞ ordusunun veteranıdır, 20 il xidmət keçib. Ancaq digər namizədlərdən fərqli olaraq, kəşfiyyat sahəsində təcrübəsi yoxdur. Qabbard Demokrat Partiyasının üzvü olub, ancaq 2022-ci ildə istefa verib. 2024-cü ildə prezident seçkilərində Donald Trampı dəstəkləyib.
Xəzər
"Cebheinfo.az"
Baxış sayı:102
Bu xəbər 05 Fevral 2025 10:11 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















