Azərbaycanın qaz kəmərlərindən əldə etdiyi gəlirləri 7% dən çox artıb
Apa.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Ötən il Azərbaycanın magistral qaz kəmərləri ilə yükdaşımalardan əldə etdiyi gəlirləri 2 707 608,8 min manat təşkil edib, bu da illik müqayisədə 7,6% artım deməkdir.
Dövlət Statistika Komitəsindən “APA-Economics”ə verilən məlumata görə, 2023-cü ildə sözügedən göstərici 2 516 082,5 min manat səviyyəsində olub.
Qeyd etmək lazımdır ki, ötən il Azərbaycanda magistral qaz kəmərləri ilə 40 348,3 mln. kubmetr qaz nəql edilib və əvvəlki ilin göstəricisinə nisbətən 2,7% artım müşahidə olunub.
Qaz nəqlinin 56,6%-i Bakı-Tbilisi-Ərzurum Cənubi Qafqaz boru kəməri vasitəsilə həyata keçirilib. Bu boru kəməri vasitəsilə “Şahdəniz” qaz-kondensat yatağında hasil edilən qaz ixrac edilir. Belə ki, hesabat dövründə bu kəmərlə 22 851,9 mln. kubmetr qaz ötürülüb (4,3%-lik artım).
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:62
Bu xəbər 07 May 2025 11:35 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















