Icma.az
close
up
RU
Azərbaycanın qətiyyətli siyasəti sülhə yol açdı ŞƏRH EDİLDİ

Azərbaycanın qətiyyətli siyasəti sülhə yol açdı ŞƏRH EDİLDİ

Icma.az, Sia Az portalına istinadən məlumatı açıqlayır.

"ABŞ-də keçirilən tarixi görüş Azərbaycan üçün böyük bir uğur və tarixi qələbə kimi qiymətləndirilməlidir". Bu sözləri SİA-ya açıqlamasında siyasi şərhçi Sahil Kərimli deyib.

O bildirib ki, hər nə qədər ABŞ-ın Cənubi Qafqazda sülh və təhlükəsizliyi təmin etmək missiyası ön planda olsa da, bölgədə sülhün təmin olunmasında Azərbaycan dövlətinin və prezidentinin uzun illər boyunca apardığı məqsədyönlü və qətiyyətli siyasətin rolu əvəzsizdir: "Bu siyasət, Azərbaycanın haqlı mövqeyi və sülh istiqamətində atdığı addımlar olmadan belə bir nəticənin əldə olunması mümkün olmazdı. Əlbəttə, Tramp administrasiyası dövründə də ABŞ Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin imzalanmasına dəstək vermişdi, lakin son görüş göstərdi ki, bu prosesdə Azərbaycanın iradəsi və siyasi iradəsi əsas amil kimi çıxış edir.

Bu görüş həm də Cənubi Qafqazda ədalətli, dayanıqlı və uzunmüddətli sülhün bərqərar olmasının ABŞ-ın da maraqları çərçivəsində olduğunu təsdiqlədi. Xüsusilə Prezident Donald Trampın Azərbaycanı bölgənin əsas lideri və etibarlı tərəfdaşı kimi qəbul etməsi, iki ölkə arasındakı münasibətlərin nə qədər strateji əhəmiyyət daşıdığını göstərir. Bu baxımdan, sülh müqaviləsinin paraflanması və ortaq bəyanatın qəbul edilməsi, Azərbaycanın Cənubi Qafqazda sülh prosesində atdığı ən mühüm addımlardan biridir.

Görüşün detalları da Azərbaycanın haqlı tələblərinin nə qədər önəmli olduğunu göstərir. İlk növbədə, ATƏT-in Minsk qrupunun ləğv olunması məsələsi Ermənistan tərəfindən qəbul edildi ki, bu da Azərbaycanın illərlə irəli sürdüyü əsas tələb idi. Eyni zamanda, Ermənistan konstitusiyasında dəyişiklik edilməsi, yəni Azərbaycan ərazilərinə dair iddialardan əl çəkmək məsələsi də tərəflər arasında razılaşdırıldı və bu da Azərbaycanın xeyrinə böyük bir nailiyyət sayılır.

Bundan əlavə, 907-ci düzəlişin ləğvi məsələsi də tarixdə xüsusi yer tutacaq. Çünki Azərbaycan 1992-ci ildən, yəni təxminən otuz ildir, belə ədalətsiz və haqsız bir qərarla üz-üzə idi. Bu qərarın ABŞ tərəfindən kökündən aradan qaldırılması Azərbaycanın beynəlxalq səviyyədə mövqeyini daha da gücləndirdi və regional əməkdaşlığa yol açdı.

Zəngəzur dəhlizinin açılması məsələsi də bu tarixi görüşün ən vacib məqamlarından biridir. Azərbaycan prezidenti İlham Əliyev 44 günlük müharibədən sonra bir neçə dəfə bəyan etmişdi ki, Zəngəzur dəhlizinin açılması onun üçün prioritetdir və bu istiqamətdə hər cür addımı atacaq. Artıq bu gün Zəngəzur dəhlizinin açılması reallığa çevrilir və Azərbaycanın ərazisindən maneəsiz Naxçıvana keçid təmin olunur. Bu, həm Azərbaycanın iqtisadi, həm də siyasi maraqlarını gücləndirən, regionun inkişafına böyük töhfə verən tarixi hadisədir.

Ümumilikdə, ABŞ-də baş tutan görüşün nəticələri Azərbaycanın müasir tarixində mühüm dönüş nöqtəsidir. Bu qələbə yalnız bir diplomatik nailiyyət deyil, həm də Azərbaycanın regional güc olaraq mövqeyini daha da möhkəmləndirir. Dünya diqqətini bu görüşə yönəltmişdi və indi biz fəxr və qürur hissi ilə söyləyə bilərik ki, bu, Azərbaycanın tarixində əbədi yadda qalacaq şanlı qələbələrdən biridir. Gələcəkdə Cənubi Qafqazın sülh, sabitlik və inkişaf dolu bir məkan olmasının əsas bünövrələrindən biri məhz bu görüşdə qoyulmuşdur".

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:97
embedMənbə:https://sia.az
archiveBu xəbər 09 Avqust 2025 14:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see224

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see187

Yağışlı Bakı yollarında son vəziyyət SİYAHI

25 Dekabr 2025 08:36see166

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see160

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see158

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see156

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see150

İsrail Trampın sülh planının ikinci mərhələsinə bu şərtlə razıdır

25 Dekabr 2025 05:45see149

Yaponların uzunömürlü olmasının səbəbi AÇIQLANDI

24 Dekabr 2025 01:01see149

Ramin Axundov axtarışa verildi FOTO

23 Dekabr 2025 22:05see148

Kərkicahan Bir kənd, iki tale

24 Dekabr 2025 06:46see143

Avtomobil almaq istəyənlər üçün VACİB XƏBƏR Gələn ildən bu qədər bahalaşacaq

24 Dekabr 2025 19:20see139

Zaur Axundov “Araz Naxçıvan”ın avrokubok şansını bitirdi! bir qərara sözardı

24 Dekabr 2025 00:11see137

“Səsi yaxşı çıxır, pis deyil” Ferstappen yeni “Formula 1” mühərrikinin səsini təriflədi

24 Dekabr 2025 01:02see136

Quba məktəbliləri sağlam qidalanma vərdişləri barədə məlumatlandırılıblar

24 Dekabr 2025 13:04see135

Türkiyədə Liviyanın Baş Qərargah rəisinin olduğu təyyarə ilə radar əlaqəsi kəsilib

23 Dekabr 2025 23:06see134

“Avromed Company” MMC nin baş ofisində media nümayəndələri üçün Bakı şəhərinin tibbi tarixinin formalaşma mərhələlərinə həsr olunmuş təqdimat keçirilib

24 Dekabr 2025 20:16see134

Ən simic bürclər Pul xərcləmirlər

24 Dekabr 2025 03:24see132

“Yaxınlaşıb dedi ki, ərim səni sevir”

24 Dekabr 2025 00:44see132

Xəbərdarlıq edildi: 55 dərəcə şaxtaya hazırlaşın

25 Dekabr 2025 01:15see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri