Icma.az
close
up
RU
Azərbaycanın QHT nümayəndələri Ermənistana keçdilər VİDEO+ FOTOLAR

Azərbaycanın QHT nümayəndələri Ermənistana keçdilər VİDEO+ FOTOLAR

Modern.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Azərbaycan vətəndaş cəmiyyətinin nümayəndələri quru sərhədinin delimitasiya olunmuş hissəsindən Ermənistana gediblər.
Modern.az xəbər verir ki, bu barədə Ermənistan KİV-i məlumat yayıb.
Məlumata görə, 13-14 fevral tarixlərində Ermənistanda "Sülh Körpüsü" təşəbbüsü çərçivəsində Ermənistan və Azərbaycan vətəndaş cəmiyyəti nümayəndələrini bir araya gətirən ikitərəfli dəyirmi masa müzakirəsi keçiriləcək.
"Sülh Körpüsü" təşəbbüsünün əsas iştirakçılarından əlavə, dəyirmi masada hər iki tərəfdən daha geniş iştirakçı qrupları da iştirak edəcək.

Armenpress-in məlumatına görə, Azərbaycan nümayəndə heyəti bütün zəruri prosedurları yerinə yetirdikdən sonra quru sərhədinin delimitasiya olunmuş və demarkasiya olunmuş hissələri vasitəsilə Ermənistana keçib. Bu, iki ölkə arasında etimadın gücləndirilməsi istiqamətində atılan vacib praktik addım kimi qiymətləndirilir.
Müzakirələr zamanı Ermənistan və Azərbaycandan olan vətəndaş cəmiyyəti nümayəndələri 8 avqust 2025-ci il tarixində Vaşinqton Zirvə görüşündə təsdiq edilmiş sülh gündəliyindən irəli gələn prosesləri müzakirə edəcəklər. Ayrı-ayrı sessiyalar regional təhlükəsizlik arxitekturasının inkişaf etməsi, sülhün faydaları, iki cəmiyyət arasında münasibətlərin qurulması ilə bağlı ictimai fikirlər, iqtisadi əməkdaşlıq perspektivləri və qarşılıqlı anlaşma və etimadın gücləndirilməsində vətəndaş cəmiyyətinin roluna həsr olunacaq.

Ermənistana gedən Azərbaycan nümayəndə heyətinə aşağıdakı şəxslər daxildir:

1. Fərhad Məmmədov – Milli Koordinator, Cənubi Qafqaz Tədqiqat Mərkəzinin direktoru

2. Rusif Hüseynov – Topçubaşov Mərkəzinin direktoru

3. Kəmalə Məmmədova – 1news.az saytının baş redaktoru

4. Ramil İskəndərli – Milli QHT Forumunun İdarə Heyətinin sədri

5. Fuad Abdullayev – Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin aparıcı mütəxəssisi

6. Könül Bədəlova – İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin elmi işçisi

7. Zaur Şiriyev – Karnegi Rusiya və Avrasiya Mərkəzinin eksperti

8. Murad Muradov – Topçubaşov Mərkəzinin direktor müavini

9. Aytən Qəhrəman – Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin məsləhətçisi

10. Rauf Ağamirzəyev – Nəqliyyat üzrə ekspert, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında İctimai Şuranın üzvü

11. Gülbəniz Qənbərova – “Kənd Yerləri Qadınları Assosiasiyası” İctimai Birliyinin sədri

12. Nəzrin Əliyeva – “İnsan Hüquqlarına Dəstək Mərkəzi” İctimai Birliyinin nümayəndəsi

13. Eldar Həmzəli – Tədqiqatçı, Frilanser

14. Sənan Rzayev – CBC Televiziya Kanalının siyasi şərhçisi

15. Gülşən Axundova – “Qadın, İnkişaf, Gələcək” İctimai Birliyinin sədri

16. Emin Əliyev – "Trend" Agentliyinin baş redaktoru

17. Orxan Babayev – Cənubi Qafqaz Tədqiqat Mərkəzinin əməkdaşı

18. İlyas Hüseynov – Sosial Tədqiqatlar Mərkəzinin sektor müdiri

19. Fuad Ağamalıyev – CBC TV-nin departament direktoru

Ermənistan tərəfindən iştirakçılar:

Areq Koçinyan – Ermənistan Şurası Analitik Mərkəzinin prezidenti

Boris Navasardyan – İrəvan Mətbuat Klubunun fəxri prezidenti

Naira Sultanyan – Demokratiyanın İnkişafı Fondunun direktoru

Narek Minasyan – Ermənistan Şurası Analitik Mərkəzinin eksperti

Samvel Meliksetyan – Ermənistan Şurası Analitik Mərkəzinin eksperti

Stepan Qriqoryan – Qloballaşma və Regional Əməkdaşlıq Analitik Mərkəzinin İdarə Heyətinin sədri

Edqar Vardanyan – Ermənistan Şurası Analitik Mərkəzinin eksperti

Robert Gevondyan – Ermənistan Şurası Analitik Mərkəzinin eksperti

Lusine Xaratyan – Yazıçı, mədəniyyət antropoloqu

Nelli Minasyan – Tarix üzrə fəlsəfə doktoru, dosent, türkoloq

David Stepanyan – 1in.am saytının siyasi şərhçisi, Ermənistan Beynəlxalq Təhlükəsizlik və Münasibətlər İnstitutunun eksperti

Ruben Babayan – İrəvan Dövlət Kukla Teatrının bədii rəhbəri

Eleonora Sarkisyan – Sülh və Gender üzrə ekspert, Gənclər Proqramı koordinatoru

Naira Martikyan – JAMnews-un Ermənistan ofisinin redaktoru

Vazgen Karapetyan – Avrasiya Tərəfdaşlıq Fondunun direktor müavini

Tatev Danielyan – Ermənistan İctimai Televiziyasının Siyasi Proqramlar üzrə baş redaktoru

Armen Petrosyan – Orbeli Mərkəzinin Regional Siyasət üzrə eksperti

Alen Əmirxanyan – Amerika Universitetinin Yokebean Ətraf Mühit Mərkəzinin direktoru

Nelli Rafaelyan – Media Təşəbbüsləri Mərkəzinin jurnalisti

Jirair Abetyan – Ermənistan İctimai Televiziyasının operatoru



Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:165
embedMənbə:https://modern.az
archiveBu xəbər 13 Fevral 2026 11:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya onların görüşünə köklənib: Müharibələrə son qoyulacaq?

18 Noyabr 2026 13:51see383

Səhiyyədə gizli qalan vergi problemi gündəmə gəldi

18 Noyabr 2026 12:19see352

Söküntü başlamazdan əvvəl vətəndaşlar əmlaklarını qiymətləndirməlidir? Açıqlama

18 Noyabr 2026 14:55see302

MRT, KT, PET CT: Xərçəngi dəqiq hansı müayinə aşkarlayır?

18 Noyabr 2026 18:31see278

“Səhiyyə sahəsində vergi və sosial ödənişlərə yenidən baxılmalıdır”

18 Noyabr 2026 12:29see275

Xankəndidə Zəfər Gününə həsr olunmuş mini futbol turnirinə yekun vurulub

19 Noyabr 2026 01:55see267

Kosmosdakı musiqimiz: Çahargah Ahəngi “Voyager”ə necə yazılıb? │ VİDEO

19 Noyabr 2026 00:18see257

SOCAR: İşçilərin səriştəliliklərinin qiymətləndirilməsi istehsal prosesinin tərkib hissəsidir

19 Noyabr 2026 02:14see249

Məşq zamanı huşunu itirən “Bavariya”nın baş məşqçisi geri qayıdır

19 Noyabr 2026 02:01see248

Cəmi 1 saata 3 növ xərçəngi aşkar edən metod

18 Noyabr 2026 19:49see234

Hansı qan analizi Alsheymeri 10 il öncədən xəbər verir?

18 Noyabr 2026 16:56see225

Azərbaycanda qızıl 15 faizə qədər ucuzlaşa bilər

18 Noyabr 2026 21:21see224

Bakının 27 istiqamətində tıxac VAR Foto

18 Noyabr 2026 19:16see221

Altı vəkil Kollegiyadan xaric olunub, 27 si cərimələnib

18 Noyabr 2026 20:00see217

Tarixi körpüdən strateji tərəfdaşlığa: Azərbaycan və Vyetnamı iqtisadi uğura aparan ortaq yollar

18 Noyabr 2026 21:07see216

Bu qədər “xiyar” bir arada Yeni dünya rekordu+Fotolar

19 Noyabr 2026 00:23see212

Könül Xasıyevanı pub da görəndə dəhşətə gəldim” Məşhur bloqer VİDEO

18 Noyabr 2026 17:22see211

Slovakiyalı basketbolçu: “Məncə, Bakıda bizim azarkeşlərimiz daha çox idi”

19 Noyabr 2026 01:24see207

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

19 Noyabr 2026 21:02see205

“PAŞA Sığorta”nın yeni mobil tətbiqi istifadəyə verilib

18 Noyabr 2026 12:12see197
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri