Azərbaycanın qiymətli kağızlar bazarı 2 dəfədən çox böyüyüb
Cebheinfo saytına istinadən Icma.az xəbər verir.
Bu ilin I rübündə Azərbaycanın qiymətli kağızlar bazarında 17 milyard 896,9 milyon manatlıq əməliyyat aparılıb.
"Cebheinfo.az" Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 2,2 dəfə çoxdur.
Rüblük göstəricinin 640,7 milyon manatlıq hissəsi ilkin bazarda (3,8 dəfə az), 17 milyard 256,2 milyon manatlıq hissəsi isə təkrar bazarda (2,9 dəfə çox) formalaşıb.
Hesabat dövründə qiymətli kağızlar bazarında 7 708 əqd bağlanılıb. Bu, illik müqayisədə 2,3 dəfə çoxdur. Əqdlərin 797-si ilkin bazarın (60,4 % çox), 6 911-i isə təkrar bazarın (2,5 dəfə çox) payına düşüb.
Yanvar-mart aylarında Azərbaycanın qiymətli kağızlar bazarında aparılmış əməliyyatların 228,1 milyon manatlıq hissəsi və yaxud 1,3 %-i dövlət qiymətli kağızlarının, 957,6 milyon manatlıq hissəsi və yaxud 5,4 %-i korporativ qiymətli kağızların, 16 milyard 711,2 milyon manatlıq hissəsi və yaxud 93,3 %-i isə repo əməliyyatlarının payına düşüb. Bunlar, 1 il əvvələ nisbətən müvafiq olaraq 9,6 dəfə az, 22,7 % az və 3,4 dəfə çoxdur.
3 ayda bu bazarda bağlanmış əqdlərin isə 269-u və yaxud 3,5 %-i dövlət qiymətli kağızlarının, 5 855-i və yaxud 76 %-i korporativ qiymətli kağızların, 1 584-ü və yaxud 20,5 %-i isə repo əməliyyatlarının payına düşüb. Bu isə illik müqayisədə müvafiq olaraq 2,9 dəfə az, 6 dəfə çox və 2,5 % çoxdur.
"Cebheinfo.az"
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:151
Bu xəbər 28 Aprel 2025 11:40 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















