Icma.az
close
up
RU
Azərbaycanın qlobal kapital bazarlarına qoşulması... Taleh Kazımov

Azərbaycanın qlobal kapital bazarlarına qoşulması... Taleh Kazımov

Icma.az, GlobalInfo portalına istinadən məlumat verir.

Azərbaycan Mərkəzi Bankı (AMB) “Euroclear” və “Clearstream” beynəlxalq depozitar-klirinq mərkəzləri ilə danışıqlar aparır.

Bu barədə Globalinfo.az-a AMB-nin sədri Taleh Kazımov bildirib.

Onun sözlərinə görə, Azərbaycan investorlarının qlobal kapital bazarlarına çıxışı, beynəlxalq iştirakçıların isə Azərbaycanda daha aktiv fəaliyyət göstərməsinə imkan verəcək əməkdaşlıq müzakirə olunur: “Ölkə belə mərkəzlərə qoşulduqda və onların sisteminə daxil olduqda, faktiki olaraq qlobal investorların xəritəsində görünür”.

T.Kazımov bildirib ki, bu gün Azərbaycan rezidentləri xarici kapital bazarlarına təxminən 1,6 milyard ABŞ dolları investisiya yatırıblar: “Bunlar əsasən neft sektorunda çalışan hüquqi şəxslərdir. Fiziki şəxslər o qədər də aktiv deyil, lakin biz onların vəsaitlərinin ölkə daxilində işləməsində maraqlıyıq”.

AMB sədri xatırladıb ki, aktivlərin xarici depozitarlarda saxlanılması müəyyən risklər daşıyır, o cümlədən kastodian bankların iflası zamanı vəsaitlərin itirilməsi ehtimalı da var.

“Məhz buna görə AMB Azərbaycan investorlarının xarici qiymətli kağızlarının Milli Depozitar Mərkəzində (MDM) saxlanılmasını təmin etmək üçün “Euroclear” və “Clearstream” ilə danışıqlar aparır”, – T.Kazımov vurğulayıb.

Onun sözlərinə görə, bu gün vətəndaşların təxminən 17 milyard manat (10 milyard ABŞ dolları) vəsaiti nağd şəkildə maliyyə sistemindən kənarda qalır.

“Bizim vəzifəmiz yerli kapital bazarını inkişaf etdirmək, bank depozitlərinə və daşınmaz əmlak bazarına alternativlər təklif etməkdir. Xarici investorları cəlb etmək üçün müasir infrastruktur və investisiyaların təhlükəsizliyini təmin edən hüquqi bazaya da ehtiyac var”, – T.Kazımov vurğulayıb.

Məlum olduğu kimi, Azərbaycan artıq Bakı Fond Birjasının (BFB) “Tabadul” ticarət platformasına inteqrasiyası məqsədilə Əbu-Dabi Birjasına (ADX) qoşulur. Bu həm investorlar, həm də investisiya şirkətləri üçün qarşılıqlı bazarlarda ticarət prosesinin daha sürətli, effektiv və təhlükəsiz təşkilinə imkan verəcək. MDM, daxili bazarda ticarət etmək istəyən hər bir ADX üzvünə onların müştəriləri və öz hesablarına əldə etdikləri qiymətli kağızların hesablaşmalarını və saxlanılmasını həyata keçirmək məqsədilə mərkəzi depozitar sistemində müvafiq olaraq nominal saxlayıcı və depo hesabı açaraq dəstək olacaq.

Bu əməkdaşlığı şərh edən T.Kazımov qeyd edib ki, “Tabadul” sadəcə alətlərdən biridir: “Qlobal bazarlara çıxmaq üçün bizə daha geniş əlaqələr formalaşdırmaq lazımdır”.

Bakı Fond Birjasının İdarə Heyətinin sədri Ruslan Xəlilov isə bildirib ki, “Tabadul” platformasına təxminən 80 birja qoşulub, Azərbaycan isə qoşulmaq üçün memorandum imzalayıb və yanvar ayından test sınaqlarına başlayır.

Eyni zamanda, R.Xəlilov qeyd edib ki, bu qoşulma iki tərəfli ola bilər: “Birinci mərhələdə qarşılıqlı əlaqə ADX vasitəsilə aparılacaq. Əbu-Dabidəki broker şirkətləri məsafədən BFB-nin üzvü olaraq müştəriləri adından Bakı birjasında ticarət əməliyyatları həyata keçirə bilərlər. Bundan əlavə, Azərbaycanda fəaliyyət göstərən broker şirkətləri məsafədən ADX-in üzvü olaraq Əbu-Dabi Birjasının platformasında əməliyyatlar apara biləcəklər”.

O vurğulayıb ki, qanunvericilik Azərbaycan investorlarına ADX vasitəsilə ticarət etməyə imkan verir, halbuki xarici iştirakçılar üçün BFB vasitəsilə əməliyyatların aparılması imkanı hələ də hazırlıq mərhələsindədir: “Bununla bağlı AMB və “Deloitte” şirkəti ilə birgə qanunvericiliyə dəyişikliklər hazırlanır”.

R.Xəlilovun sözlərinə görə, “Tabadul” platformasına 1-2 ilə texniki qoşulmanın yekunlaşdırılmasından sonra layihənin kommersiya hissəsinə keçmək mümkün olacaq.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:311
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 11 Dekabr 2025 17:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see302

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see268

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see251

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see251

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see242

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see242

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see240

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see227

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see227

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see226

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see220

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see218

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see210

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see209

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see208

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see207

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see203

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see201

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see197

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri