Icma.az
close
up
RU
Azərbaycanın qlobal miqyasdakı MÖVQEYİ: “Ölkəmiz etibarlı tərəfdaş kimi qəbul edilir”

Azərbaycanın qlobal miqyasdakı MÖVQEYİ: “Ölkəmiz etibarlı tərəfdaş kimi qəbul edilir”

Yenicag saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

“Fevral ayının 11-də Prezident İlham Əliyevin Çinin CGTN (China Global Television Network) telekanalına müsahibəsi yayımlanıb. Müsahibə yanvarın 20-də Davosda baş tutub. Prezidentin müsahibəsindən irəli gələn mühüm məqamlardan biri də ondan ibarətdir ki, Azərbaycan uğurlu xarici siyasət kursu ilə dünyada nüfuzunu artırıb və bu xətt də davam edəcək”.

Bunu Yenicag.az-a açıqlamasında Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) sədr müşaviri, Milli Məclisin deputatı Tənzilə Rüstəmxanlı deyib.

Millət vəkili Prezident İlham Əliyevin Çinin CGTN (China Global Television Network) telekanalına müsahibəsində dövlət başçısı tərəfindən səsləndirilən mühüm mövzulara toxunub.

T. Rüstəmxanlıya görə, ölkə başçısı bir daha vurğulayıb ki, dövlətimizin xarici siyasəti çoxşaxəlidir:

“Azərbaycan daim əməkdaşlığa, yeni körpülərin qurulmasına çağırışlar edir. Ötən il beynəlxalq miqyasda mühüm hadisə olan və nəticələri bu gün də geniş müzakirə edilən COP29 bir daha bu çağırışlara işıq saldı. İqlim konfransı çoxtərəfliliyin təntənəsi kimi dəyərləndirildi. Dövlətimizin başçısı İlham Əliyev müsahibəsində bir daha diqqəti COP29 iqlim konfransına yönəldərək bildirdi ki, ideyalarımızdan biri Qlobal Cənubla Qlobal Şimal arasında daha möhkəm körpülər qurmaq idi. Eyni zamanda, Prezident bildirib ki, ikitərəfli və beynəlxalq təşkilatlar çərçivəsində əlaqələrin qurulması, habelə yeni istiqamətlər üzrə inkişaf etdirilməsi dövlətimizin xarici siyasətinin əsas tərkib hissəsidir”.

Millət vəkilinin fikrincə, hazırda Azərbaycan beynəlxalq ictimaiyyət tərəfindən etibarlı, eləcə də arzuolunan tərəfdaş kimi qəbul edilir:

“Qlobal güc mərkəzləri Azərbaycanla siyasi-iqtisadi münasibətlərin inkişaf etdirilməsinə, əməkdaşlığın genişləndirilməsinə xüsusi önəm verirlər. Bu xüsusda dünyanın fövqəldövləti hesab edilən Çinin Şərq-Qərb və Şimal-Cənub nəqliyyat marşrutları üzərində yerləşən ölkəmizlə əməkdaşlığa verdiyi əhəmiyyət xüsusi qeyd olunmalıdır. Azərbaycanla Çini min ildən çox əvvəl Böyük ipək yolu birləşdirib. Tarixi İpək yolundan başlanan münasibətlər ötən illər ərzində hər iki xalqın rifahı naminə müxtəlif sahələrdə davamlı inkişaf edir və möhkəmlənir. Prezident İlham Əliyev müsahibəsində Çin, eyni zamanda, Avropa İttifaqının 10 üzvü ilə strateji tərəfdaşlıq, Türkiyə, Özbəkistan ilə müttəfiqlik bəyannaməsi imzalandığını önə çəkərək bildirdi ki, şaxələnmiş xarici siyasət istiqaməti sadəcə siyasətə deyil, mahiyyətə əsaslanır”.

Milli Məclisin deputatı onu da vurğulayıb ki, hər bir sahədə əməli nəticələrimiz, eyni zamanda da əməkdaşlıq proqramlarımız var:

“Digər ölkələr kimi, Azərbaycanın da xarici siyasəti daxili siyasətinin davamıdır. Azərbaycanın təkcə Mərkəzi Asiya, Xəzər və Cənubi Qafqazda deyil, ümumilikdə daha geniş coğrafiyada regional sabitliyə, sülhə verdiyi töhfələr artıq qlobal və beynəlxalq aktorlar tərəfindən yüksək qiymətləndirilir”.

O, əlavə edib ki, Prezidentin müsahibəsində xüsusi diqqətçəkən məqamlardan biri də bəzi dövlətlərin hələ də imperialist təfəkkürdən çıxa bilməməsi ilə bağlı idi:

“Dövlət başçımız bəzi müstəmləkə keçmişi olanları davranışlarına, başqa ölkənin işlərinə müdaxilə etməyə görə tənqid edərək deyib ki, onların bu hərəkəti olmazsa, münaqişələr, narazılıqlar, müharibələr olmaz:

“Bütün dünyada hələ də qeyri-sabit vəziyyətin olmasının və qan tökülməsinin yeganə səbəbi ondan ibarətdir ki, imperialist keçmişi olan ölkələr, sadəcə olaraq, müdaxilə etməyə, dominantlıq etməyə, diktə etməyə davam etmək istəyir və bu, təbii olaraq, müqavimətə gətirib çıxarır”.

Rafi Müslümov

www.yenicag.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:130
embedMənbə:https://yenicag.az
archiveBu xəbər 14 Fevral 2025 11:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see214

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see198

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see180

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see167

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see156

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see156

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see155

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see154

FHN ASAN Xidmətdə təlim keçirdi Foto

23 Dekabr 2025 11:05see149

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see145

Ramin Axundov axtarışa verildi FOTO

23 Dekabr 2025 22:05see143

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see141

Kərkicahan Bir kənd, iki tale

24 Dekabr 2025 06:46see137

Binəqədi sakinlərindən ETİRAZ: “Prezidentə necə çatdıraq ki, icra hakimiyyəti işləmir” Şikayətçi (FOTOLAR)

23 Dekabr 2025 11:50see135

“Səsi yaxşı çıxır, pis deyil” Ferstappen yeni “Formula 1” mühərrikinin səsini təriflədi

24 Dekabr 2025 01:02see133

Prezidentin sərəncamı ilə bu şəxslərə 200 manat veriləcək Bayram ərəfəsində...

23 Dekabr 2025 11:03see133

Zaur Axundov “Araz Naxçıvan”ın avrokubok şansını bitirdi! bir qərara sözardı

24 Dekabr 2025 00:11see133

Ən simic bürclər Pul xərcləmirlər

24 Dekabr 2025 03:24see129

Türkiyədə Liviyanın Baş Qərargah rəisinin olduğu təyyarə ilə radar əlaqəsi kəsilib

23 Dekabr 2025 23:06see128

“Yaxınlaşıb dedi ki, ərim səni sevir”

24 Dekabr 2025 00:44see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri