Icma.az
close
up
RU
Azərbaycanın qonşu dövlətləri arasında GƏRGİNLİK: Türkiyədən İrana ZƏRBƏ

Azərbaycanın qonşu dövlətləri arasında GƏRGİNLİK: Türkiyədən İrana ZƏRBƏ

Icma.az bildirir, News24 saytına əsaslanaraq.

Türkiyə ilə İran arasında son dövrlərdə artan gərginlik səngimək bilmir. İki regional güc arasındakı münasibətlər, xüsusilə Suriya, Cənubi Qafqaz və İraq məsələlərində fikir ayrılıqları fonunda daha da kəskinləşib. Bir vaxtlar İranın təsir dairəsində olan Suriya, hazırda Türkiyənin nəzarəti altında olan ərazilərin genişlənməsi ilə Tehranın bölgədəki mövqelərini zəiflədib.

Ankara Suriyanın şimalında hərbi əməliyyatlarını davam etdirərkən, İran və onun müttəfiqi Rusiya burada Türkiyənin təsirini məhdudlaşdırmaq üçün addımlar atmağa çalışır. Lakin Türkiyənin hərbi və diplomatik uğurları İranın bölgədəki maraqlarına ciddi zərbə vurub. Bu proses fonunda tərəflər arasında lokal toqquşmaların baş verə biləcəyi ehtimalı da gündəmə gəlib.

Suriya təhlükəsizlik qüvvələri ilə Bəşər Əsədə bağlı silahlılar arasında toqquşmalar baş verib. Bildirilib ki, döyüşlər zamanı 70-dən çox insan ölüb, onlarla insan yaralanıb və əsir götürülüb. Suriyanın dövlət xəbər agentliyi SANA-nın məlumatına görə, Əsədin silahlı qruplaşmalarına bağlı birləşmələr Latakiyadakı Beyt-Ana yaxınlığında Müdafiə Nazirliyinin əməkdaşları və maşınlarını hədəf alıb. Nəticədə bir əsgər ölüb, yaralananlar var. Bundan başqa, Suriya ordusu Bəşər Əsədi dəstəkləyən silahlı birləşmələrlə mübarizə aparmaq üçün Latakiya və Tartus şəhərlərinə daxil olub.

Türkiyə və İran arasında gərginlik hərbi qarşıdurmaya çevrilə bilərmi?

Məsələ ilə bağlı politoloq Oqtay Qasımov News24.az-a açıqlamasında bildirib ki, bu gərginliyin əsas səbəblərindən biri İranın Suriyadakı mövqeyi və regiondakı silahlı qruplaşmalarla əlaqələridir:

"İran uzun illər ərzində Suriya ilə yaxın münasibətlər qurmuş və xüsusilə 2011-ci ildə başlayan vətəndaş müharibəsində Bəşər Əsəd rejimini açıq şəkildə dəstəkləmişdir. Bu müddət ərzində İran bölgədəki bəzi silahlı qruplaşmalarla əlaqələr quraraq Türkiyənin maraqlarına təhdid yaratmışdır. Lakin Suriyadakı siyasi dəyişikliklər fonunda İranın təsiri zəiflədiyi halda, Türkiyənin bölgədəki rolu güclənmişdir. Buna baxmayaraq, İran Suriyada qalan bəzi silahlı qruplaşmalar vasitəsilə bölgədə vəziyyəti gərginləşdirməkdə davam edir. Xüsusilə də İranın PKK və PYD kimi Türkiyənin terror təşkilatı hesab etdiyi qruplarla sıx əlaqədə olması Ankara üçün ciddi narahatlıq yaradır".

Politoloq qeyd edib ki, Türkiyə üçün əsas prioritetlərdən biri Suriyada stabilliyin bərpası və PKK-PYD qüvvələrinin ya tərksilah olunması, ya da bölgəni tərk etməsidir. Oqtay Qasımovun fikrincə, İran bu məsələdə ABŞ və İsrailin mövqeyi ilə üst-üstə düşür:

"PKK və PYD-nin Türkiyə üçün birbaşa təhlükə təşkil etdiyini nəzərə alsaq, bu mövqe Ankara üçün qəbuledilməzdir. Türkiyə proseslərin qarşılıqlı maraqlar çərçivəsində davam etdirilməsinin tərəfdarıdır. Lakin əgər İran bu çağırışlara adekvat cavab verməzsə, regionda gərginlik daha da artacaq. Türkiyə və İran arasında Suriyaya dair fikir ayrılıqları davam etdiyi təqdirdə, bu, təkcə iki ölkənin münasibətlərinə deyil, həm də regional sabitliyə təsir edə bilər. Suriya Türkiyə ilə 900 km-dən artıq sərhədə malikdir və bu bölgədə baş verən qeyri-sabitlik birbaşa Türkiyəyə təsir göstərir. İranın bu reallığı nəzərə almaması gələcəkdə daha ciddi problemlərə səbəb ola bilər".

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:87
embedMənbə:https://news24.az
archiveBu xəbər 07 Mart 2025 18:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see248

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see225

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see209

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

20 Yanvar 2026 23:41see200

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see199

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see186

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see176

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see161

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see159

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see154

Qorbaçova ölüm hökmü verən hakim: “Rayon əhalisi pul yığıb yaşadığım evi mənə aldı”

20 Yanvar 2026 13:50see153

ATƏT də dərin böhran yaşanır

20 Yanvar 2026 15:14see145

PSJ nin hücumçusu La Liqada çıxış edə bilər

21 Yanvar 2026 00:29see143

Ali Məhkəmə estetik əməliyyatlarla bağlı bədən toxunulmazlığı hüququna dair mövqe bildirib

21 Yanvar 2026 10:33see139

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see138

Azərbaycan tarixinin faciə və qəhrəmanlıq salnaməsi ŞƏRH

21 Yanvar 2026 11:49see136

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see135

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see134

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see133

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri