Icma.az
close
up
RU
Azərbaycanın quru sərhədləri açılmasına hazırlıq GEDİR?

Azərbaycanın quru sərhədləri açılmasına hazırlıq GEDİR?

Icma.az bildirir, Modern.az portalına istinadən.

Azərbaycan və Gürcüstan arasında dəmir yolu ilə sərnişindaşımalarının bərpa ediləcəyi tarixi açıqlanıb. Gürcüstanın İqtisadiyyat Nazirliyi bildirib ki, sərnişindaşımalar mayın 1-dən bərpa ediləcək.

Məsələ Gürcüstan Baş nazirin birinci müavini, iqtisadiyyat və davamlı inkişaf naziri Levan Davitaşvili ilə Gürcüstanda işgüzar səfərdə olan rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev arasında görüş zamanı müzakirə edilib.

Gürcüstan və Azərbaycan paytaxtları arasında sərnişin qatarlarının hərəkəti koronavirus pandemiyası səbəbindən 2020-ci ilin martın 14-dən dayandırılıb.

Sərnişin qatarlarının hərəkətə başlaması Azərbaycanın quru sərhədlərinin açılması məsələsini də gündəmə gətirib.

Quru sərhədlərin açılması məsələsi Milli Məclisdə də gündəmə gəlib. Parlamentin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc bildirib ki, quru sərhədlərinin açılması 100 minlərlə şəxsin Azərbaycana axını ilə nəticələnə bilər. Qeyd edək ki, sonuncu dəfə quru sərhədlərinin açılması aprelə qədər uzadılıb.

Modern.az-a danışan Milli Məclisin deputatı Kamran Bayramov bildirib ki, quru sərhədlərinin aprel ayından açılması inandırıcı gəlmir:

"Quru sərhədlərinin apreldən açılması, sözün düzü, inandırıcı gəlmir. Səlahiyyətli orqanlarımız bununla bağlı heç bir açıqlama verməyib. Belə açıqlama və proqnozlar yoxdursa, quru sərhədlərinin açılacağına inanmıram. Vaxtilə cənab Prezident quru sərhədlərinin bağlı qalmasının əsas səbəblərini açıqlamaşdı.Təhlükəsizlik məsələləri var".

Deputat vurğulayıb ki, Bakı-Tbilisi-Bakı qatarının açılması iqtisadi baxımdan yaxşı haldır:

"Digər yandan sərnişinlərin dəmiryolu ilə Gürcüstana gedib gəlməsi çox təqdirəlayiq haldır. Belə bir qatar açılırsa, deməli, vətəndaşlarımızın da gediş-gəlişi yaxşı olardı. Bizim Gürcüstanla əlaqələrimiz yüksək səviyyədədir. Quru sərhədlərinin açılması məsələsi isə bildiyim qədəri ilə bu gün də gündəmdə deyil".

Milli Məclisin deputatı Azər Badamov isə deyib ki, quru sərhədlərin açılması məsələsinə hökumət qərar veri:

"Ona görə də bizim bununla bağlı bir məlumatımız yoxdur. Amma dəmir yol vasitəsilə yaxın müddətdə sərnişinlərin gediş-gəlişi bərpa olunsa, yaxşı olar.  Çünki, hava limanlarında olduğu kimi dəmir yolu vasitəsilə də gediş-gəlişə nəzarət sistemi qurmaq mümkündür".

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:74
embedMənbə:https://modern.az
archiveBu xəbər 18 Fevral 2025 17:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see212

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see211

İnklüziv və autizm spektrində olan uşaqların iştirakı ilə səhnə əsəri nümayiş etdirildi

24 Yanvar 2026 12:38see189

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see173

19 yaşlı rəssam Ülviyyə İman meyxananı Londona apardı FOTO

25 Yanvar 2026 07:57see171

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see166

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see165

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see164

Xərçəng riskini azaldan sadə vərdişlər Həkimdən vacib açıqlama

24 Yanvar 2026 09:58see162

İtaliya A Seriyası: İnter rəqibini qol vurmağa peşman etdi

24 Yanvar 2026 02:53see161

Tramp Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyana təşəkkür edib

24 Yanvar 2026 04:20see158

“ABŞ ın əlində İrana qarşı hələ tam istifadə etmədiyi 3 imkan qalmaqdadır. Bunlardan ikisi...” ARAŞDIRMA

24 Yanvar 2026 14:51see153

Donald Trampdan İlham Əliyevlə bağlı təşəkkür paylaşımı

24 Yanvar 2026 06:04see153

Bakıda saxta qaz işçisi tutulub.

24 Yanvar 2026 11:40see150

Azərbaycan Trampın yaratdığı Sülh Şurasında qərar verən qlobal aktora çevrilir

24 Yanvar 2026 02:53see150

Çexiyalı könüllülər bir neçə günə Ukrayna üçün 4 milyon dollara yaxın vəsait toplayıb

25 Yanvar 2026 04:32see147

Yaşayış minimumuna keçid aztəminatlı əhalinin sosial müdafiəsini gücləndirəcək

24 Yanvar 2026 12:20see141

Suriyada MN YPG yə 15 gün vaxt verdi

25 Yanvar 2026 00:41see141

Təcili Tibbi Yardım avtomobillərində oksigen balonları yoxdur? RƏSMİ

24 Yanvar 2026 18:04see139

Gülaya ondan QADAĞA: “İstəmir, icazə vermir…”

25 Yanvar 2026 02:33see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri