Icma.az
close
up
RU
Azərbaycanın regionda yaratdığı yeni reallıqlar beynəlxalq müstəvidə qəbul olunur

Azərbaycanın regionda yaratdığı yeni reallıqlar beynəlxalq müstəvidə qəbul olunur

Icma.az bildirir, Ses qazeti portalına istinadən.

17 oktyabr Azərbaycan tarixində xüsusi yerə sahib olan unudulmaz bir gündür. Məhz bu tarixdə – 2020-ci ildə, Azərbaycan Silahlı Qüvvələri 30 ilə yaxın müddətdə erməni işğalı altında olan Füzuli şəhərini azad etdi. Bu böyük qələbə, Vətən Müharibəsində əldə edilən mühüm strateji və mənəvi nailiyyətlərdən biri oldu.

Füzuli rayonu 1993-cü ilin avqust ayında Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmişdi. İşğal dövründə şəhər və kəndlər tamamilə dağıdılmış, yaşayış infrastrukturu yer üzündən silinmiş, minlərlə insan doğma yurd-yuvasından didərgin düşmüşdü. Lakin 2020-ci ilin sentyabrında başlayan 44 günlük Vətən müharibəsi zamanı Azərbaycan Ordusu qəhrəmanlıq və yüksək hərbi hazırlıqla irəliləyərək Füzuli şəhərini və rayonun böyük hissəsini azad etdi.
Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev 17 oktyabr 2020-ci il tarixində Azərbaycan xalqına müraciət edərək Füzuli şəhərinin azad olunduğunu elan etdi. Bu xəbər xalqımızda qürur və sevinc hissi yaratdı.
Füzuli şəhərinin azad edilməsindən dərhal sonra Azərbaycan dövləti burada genişmiqyaslı bərpa və yenidənqurma işlərinə başladı. Prezident İlham Əliyev mütəmadi olaraq Füzuli rayonuna səfərlər edir, tikinti və abadlıq layihələrinin gedişatı ilə şəxsən tanış olur, mühüm tapşırıq və tövsiyələrini verir.
Füzuli şəhəri bu gün artıq yeni simasını qazanır. Burada Azərbaycanın ilk layihəsi olan Füzuli Beynəlxalq Hava Limanı 2021-ci ilin oktyabrında istifadəyə verildi. Bu, azad edilmiş ərazilərdə həyata keçirilən ilk strateji infrastruktur layihəsi olmaqla yanaşı, bölgənin nəqliyyat-logistika əhəmiyyətini də artırdı.
Bundan başqa, şəhərdə yeni yollar, məktəblər, xəstəxanalar, yaşayış binaları, su-elektrik xətləri və digər sosial infrastruktur layihələri sürətlə həyata keçirilir. Bu quruculuq işləri yalnız maddi deyil, həm də mənəvi olaraq xalqımızın doğma torpaqlara dönüş ümidini və inamını daha da gücləndirir.
17 oktyabr – Füzulinin azad olunması günü, Azərbaycanın haqq savaşında qazandığı şanlı zəfərlərin simvollarından biridir. Bu tarix yalnız hərbi qələbə deyil, həm də milli birlik, əzm və inamın təntənəsidir.
Füzuli bu gün sürətlə dirçəlir və yaxın gələcəkdə müasir, yaşamaq üçün ideal bir şəhərə çevrilməkdədir. Bu uğurun əsasında şəhidlərimizin müqəddəs qanı, ordumuzun rəşadəti və dövlətimizin güclü liderliyi dayanır.

Sahib Şükürov
YAP Göyçay rayon təşkilatının sədri

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:63
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 17 Oktyabr 2025 13:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan Dəmir Yolları nda növbəti təyinat olub

15 Yanvar 2026 12:06see268

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see229

Çin Rusiya ilə ticarəti beş ildən sonra ilk dəfə azaldır...

15 Yanvar 2026 06:34see221

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see206

ADY ötən il 400 ə yaxın blok qatar qəbul edib

15 Yanvar 2026 10:08see199

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see175

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see168

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see155

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see150

GUYA SİZİ SAYAN VAR Kİ?!

15 Yanvar 2026 13:53see149

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see148

Vyetnam şirkəti ilə elektrik avtomobillərinin birgə istehsalı imkanları müzakirə olunub

15 Yanvar 2026 15:18see145

Qaraciyəri toksinlərdən təmizləyən təbii vasitə

15 Yanvar 2026 04:52see145

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see144

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see142

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see136

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see135

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see128

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see128

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri