Icma.az
close
up
RU
Azərbaycanın regionda yaratdığı yeni reallıqlar beynəlxalq müstəvidə qəbul olunur

Azərbaycanın regionda yaratdığı yeni reallıqlar beynəlxalq müstəvidə qəbul olunur

Ses qazeti saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Müstəqil və suveren Azərbaycanın müasir tarixinə daha bir şərəfli səhifə 8 avqust 2025-ci ildə yazıldı. Dövlət başçısı İlham Əliyev həmin gün Vaşinqtonda – ABŞ Prezidenti Donald Tramp və Ermənistanın Baş naziri Nikol Paşinyanla birlikdə Cənubi Qafqaza iki xalq arasında iki əsrlik gərginlikdən sonra dayanıqlı sülh gətirəcək tarixi Birgə Bəyannaməyə imza atdı.

Ağ Evdə keçirilən görüşdə Donald Trampın İlham Əliyevə göstərdiyi xüsusi diqqət və səmimi münasibət protokol çərçivəsindən kənara çıxaraq, iki lider arasında yüksək etimadın təzahürünə çevrildi. Səfərin rəsmi kadrları təkcə ölkə ictimaiyyətində deyil, beynəlxalq mətbuatda da geniş rezonans doğurdu. Bu münasibət, Azərbaycanı sevməyən xarici dairələri və ölkə daxilindəki anti-milli ünsürləri bir daha məyus etdi. Azərbaycan xalqı üçün xüsusi məna daşıyan 8 rəqəmi, bu dəfə müharibə meydanında qazanılmış qələbənin sülh masasında təsdiqi ilə yadda qaldı. Vaşinqtonda imzalanan sənəd, bölgədə onilliklər boyu eşidilən “atəşkəs pozuldu” tipli xəbərlərin arxivə göndəriləcəyini, “Dağlıq Qarabağ” anlayışının isə siyasi leksikondan birdəfəlik çıxarılacağını təsdiqlədi.
44 günlük Vətən müharibəsi və 2023-cü ilin sentyabr antiterror əməliyyatı ilə Qarabağ məsələsini həll edən Azərbaycan, bu dəfə diplomatik masada da əsas mövqelərini qorudu. İmzalanan bəyannaməyə əsasən, ATƏT-in Minsk Qrupunun fəaliyyəti də rəsmi olaraq tarixə qovuşdurulacaq. ABŞ Prezidentinin iştirakı ilə keçirilən görüşdə Azərbaycan və Ermənistan rəhbərləri yekun sülh sazişinin imzalanmasına siyasi razılıq verdilər. Lakin sənədin tam qüvvəyə minməsi üçün Ermənistan hökumətinin yerinə yetirməli olduğu vacib öhdəliklər var.
Ən mühüm şərtlərdən biri Ermənistan Konstitusiyasının dəyişdirilməsi və qonşu ölkələrə ərazi iddialarının rəsmən ləğv olunmasıdır. Digər strateji məqam isə Azərbaycanın əsas hissəsini Naxçıvan Muxtar Respublikası ilə birləşdirən Zəngəzur dəhlizinin açılmasıdır. Bu yolun beynəlxalq nəzarət altında fəaliyyət göstərəcəyinə dair təminat da sənəddə əksini tapıb.Prezident İlham Əliyev, 44 günlük müharibədə qazandığı hərbi zəfəri diplomatik masada möhkəmləndirməklə bir daha tarixi liderlik nümunəsi göstərdi. Onun prinsipial mövqeyi, strateji uzaqgörənliyi və beynəlxalq müstəvidə qazandığı nüfuz, Azərbaycanı regionun aparıcı güc mərkəzinə çevirdi.Ermənistanın Baş naziri Nikol Paşinyan da Vaşinqton Bəyannaməsini imzalamaqla, “Böyük Ermənistan” ideyasının tarixə qovuşduğunu qəbul etdi. Bu addım, erməni xalqı üçün illərlə davam edən təhlükəli xülyaların sonu və regional sabitliyə doğru atılmış zəruri bir addım kimi qiymətləndirilir.
8 avqust 2025-ci il təkcə Azərbaycan üçün deyil, bütövlükdə Cənubi Qafqaz üçün dönüş nöqtəsi oldu. Bu tarix müharibə qələbəsinin sülh sənədi ilə tamamlandığı, yeni regional əməkdaşlıq dövrünün başlandığı gün kimi milli yaddaşımıza həkk olundu.

Təvəkkül Əliyev
YAP Şuşa rayon təşkilatının sədri

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:93
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 12 Avqust 2025 12:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xames Rodrigez MLS klubuna keçə bilər

31 Dekabr 2025 03:28see267

AZAL ın təyyarə qəzasının araşdırılması üçün Qazaxıstanla əməkdaşlıq edirik Rusiya XİN

30 Dekabr 2025 20:05see228

Avropanın üç nəhəngi Joao Kanseloya elçi düşüb

31 Dekabr 2025 08:10see203

Qaçılmaz qiyamət: Alimlər kainatın çökməyə başlaya bilər deyirlər...

01 Yanvar 2026 01:32see186

2026 cı ildə Bakıda hansı infrastruktur layihələri REALLAŞDIRILACAQ?

30 Dekabr 2025 14:16see180

Lukaşenko Putinə sui qəsd cəhdindən danışdı

31 Dekabr 2025 19:38see173

Süni intellekt 2026 cı ildə əmək bazarını dəyişə bilər

31 Dekabr 2025 10:29see163

Birmarketdən növbəti böyük hədiyyə: Kia K5 Sport qalibə təqdim olundu

30 Dekabr 2025 19:53see154

30 il əvvəl İstanbulda edilən səhv Bakıda təkrarlanır Təhlükəli mənzərə

31 Dekabr 2025 06:14see153

Nadir qalaktika birləşməsi kəşf edildi Kainatda ilk

31 Dekabr 2025 04:13see146

Yolka ağacları artıq dronlar və süni intellekt vasitəsilə yetişdirilir...

31 Dekabr 2025 04:27see144

Ukrayna Xersona hücum etdi

31 Dekabr 2025 03:13see143

Qızının ad günündə 162 min dollar uddu

01 Yanvar 2026 00:52see138

Əməkdar artistin əri ilə arxiv FOTOsu yayıldı

31 Dekabr 2025 21:43see138

Zəngəzur dəhlizi sayəsində türk dövlətlərinə birbaşa çıxış yolu təmin edəcəyik Uraloğlu

31 Dekabr 2025 02:51see137

AYB Sayman Aruzla bağlı qərara aydınlıq gətirib

30 Dekabr 2025 18:30see135

“Turan Tovuz”dan ayrılan futbolçu: “Daim oynamaq istəsəm də, az şans qazanırdım”

31 Dekabr 2025 17:38see133

Əsrarəngiz türk qızlarının dəniz keyfi (VİDEO, FOTO)

01 Yanvar 2026 05:14see132

Rusiya şou biznesində ən çox toyu olan ulduzlar

01 Yanvar 2026 03:14see132

Yaşayış minimumu və ehtiyac meyarı artdı

01 Yanvar 2026 00:06see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri