Azərbaycanın regionlarında qar başladı: Bakıya da yağacaq? Ekoloq açıqladı
GlobalInfo portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Aprel ayı olmasına rəğmən, Azərbaycanın bir sıra bölgələrinə qar yağır. Paralel olaraq Bakıda güclü yağış müşahidə edilir.
Yaz aylarında qarın yağmasının səbəbi nədir? Apreldə Bakıya da qar yağa bilərmi?
Globalinfo.az-a danışan ekoloq alim Telman Zeynalov deyib ki, yaxın günlərdə Bakıya qar yağmayacaq:
“Yer kürəsi öz oxunu 8 santimetr dəyişdirir. Bu da o deməkdir ki, iqlim qurşaqları tədricən yerlərini dəyişir. Belə olduqda yay ayları sentyabr-oktyabra keçir, qış isə bir qədər uzanır. Yəni təxminən bir aya yaxın temperatur dəyişiklikləri baş verir. Ona görə də iqlim daim belə dəyişkən olur”.
Ekoloq onu da əlavə edib ki, son dövrlərdə şimal tərəfdə buz dağları əriyir:
“Orada istilik artır, amma bəzi ərazilərdə hava soyuyur. İqlimdə baş verən dəyişikliklər havanın soyumasına gətirib çıxarır. Belə bir vəziyyətdə qarın təxminən aprelin sonuna qədər davam etməsi mümkündür:
Amma ola bilsin, yağmasın, çünki iqlim istiqamətini dəyişdirir. May ayında isə havanın sərin keçəcəyi gözlənilir”.
Zaira Akifqızı
Globalinfo.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:123
Bu xəbər 21 Aprel 2026 13:41 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















