Icma.az
close
up
RU
Azərbaycanın RF dəki səfirliyi, məhkəməsi, AZAL Rusiya tabeliyindədir?

Azərbaycanın RF dəki səfirliyi, məhkəməsi, AZAL Rusiya tabeliyindədir?

Icma.az, Hurriyyet portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Rusiya bizi Çikaqo Konvensiyasına uyğun “BEZVOZMEZDNO” deport edir?

Qroznıya uçan uçağımızın terror qurbanı olmasından 5 ay keçdi. Hələ də bu olaya hüquqi qiymət verilməyib. Amma bir ara qızğın ittihamlar, “rus casuslarının ifşası” gündəmi zəbt etmişdi. Rusiya tərəfi də geriyə addım atmaq fikrində deyildi, olayda bizim uçaq heyətini günahlandırır, narıncı boyanmış “qara qutu”nun danışmasını” saxtalaşdırmağa ümid edirdi.

Azərbaycan xalqının çıxardığı gerçəklik isə acı idi: HAKİM OLASI BAKI DÖVLƏT UNİVERSİTETİ DİPLOMLU HÜQUQÇU QIZ-GƏLİNLƏRİMİZ, XANIMLARIMIZ ən yaxşı halda HAVA BƏLƏDÇİSİ, SAXTA DAĞISTAN DİPLOMLU “HÜQUQÇULAR” HAKİM KÜRSÜSÜNDƏ!

Hələ bəxtimiz onda gətirdi ki, dövlət başçısı olaya etirazını bildirdi, Rusiya tərəfinin üzr istəməsini tələb etdi. Yoxsa AZAL-a qalsaydı, günahı sərnişinlərin boynuna qoymaq məharətini göstərəcəkdi! Bu fikrə düşməyimiz boşuna, havadan deyil, başımıza gələnlərdən qaynaqlanır.

23.07.2024-cü ildə J2 8632 Soçi-Bakı saat 7-00 reysinə gecikmədiyimiz halda Soçidə reysə buraxılmadıq və bu özbaşınalıq bizə iki min manata başa gəldi. 10 aydır nə AZAL, nə XİN, Rusiyadakı səfirliyimiz, nə də Baş prokurorluğun beynəlxalq əlaqələr idarəsi Azərbaycan vətəndaşlarının xarici ölkədə hüquqlarının pozulmasına heç bir reaksiya vermir. Hətta adi sayılan sərnişinlərin siyahısı və kamera görüntülərinin təqdim  olunması barədə sorğular da cavabsızdır. RF prokurorluğuna elektron şikayətlərə cavab olaraq Soçi aeroportu rəsmi məktubla saat-6-46-da (təkrar şikayətimizdə isə 6-41-də) minik qapısında olduğumuzu, yəni  gecikmədiyimizi bildirdi. RF prokurorluğu da faktla bağlı  cinayət işi qaldırmaqdan imtinanı əsaslandıra bilmədiyindən hər cavabından yuxarı prokurorluğa şikayət etməkdəyik. Hazırda şikayətimiz RF baş prokurorluğu instansiyasındadır.  RF baş prokurorluğunun idarə rəisi V.Q. Tyulkovun razı olmadığımız 21.01.2025-ci il tarixli cavabından şikayətimizə hələ baxılmayıb. RF Baş prokurorluğu aşağı prokurorluqların rüşvət, korrupsiya əməllərinə hüquqi qiymət vermək istəmədiyindən, bizim gecikdiyimizi, bu səbəbdən reysə buraxılmamağımızı, yerlərimizin isə 1994-cü il Çikaqo Konvensiyasına əsasən RF-dən deport olunan anonim Azərbaycan vətəndaşına ƏVƏZSİZ (rusca:bezvozmezdno) verildiyini bildirib. Yəni cinayət faktı göz önündədir, sübuta ehtiyacı yoxdur. Şikayətimiz də elə bu məntiqsiz cavabla bağlıdır. Axı bizim gecikəcəyimizi (!) AZAL-ın Soçi nümayəndəliyi, Soçi aeroportu haradan bilirdi ki, yerlərimizi RF-dən  deport edilən anonim Azərbaycan vətəndaşlarına verib ? Baxın, bizim yerlər reysə miniyin tamamlandığı 6-45-dən sonra, yəni ən tezi 6-46-da satışa çıxarıla, başqasına verilə bilərdi, bu isə mümkün deyil. Ən başlıcası, biz özümüz , bildirildiyinə görə, 6-46-da minik qapısında olmuşuq. Belə çıxır, bizim yerimizi 6-46-da başqasına veriblər ki, bəs 1994-cü il Çikaqo Konvensiyası bunu tələb edir? Təkcə bu faktın özü cinayətkar saxtalığı, Soçi aeroportunun, AZAL-ın Soçi nümayəndəliyinin rüşvət, korrupsiya əməllərini sübut edir. Biz hələ Soçi aeroportunun AZAL-a xidmət edən kassirinin rüşvət tələb edib, ala bilməyəndə  əlil cütlüyün birinə 31A, o birinə 38 C yerlərinin təhkim edilməsini demirik. RF prokurorluğu bu rüşvət faktını AZAL nümayəndəliyinin boynuna qoyub, qiymət verməkdən imtina edir.Beynəlxalq Çikaqo Konvensiyasını özbaşınalığa əsas edənlər bizim hüququmuzun beynəlxalq Monreal Konvensiyası ilə  qorunmasından xəbərsizdirlər, ya da özlərini savadsızlığa, bilgisizliyə qoyublar.

Azərbaycanın da, Rusiyanın da qoşulduğu 28 may 1999-cu il tarixli Monreal “Beynəlxalq hava daşımalarının bəzi qaydalarının unifikasiyası üçün Konvensiya”nın 19-cu maddəsinə görə, daşıyıcı sərnişinlərin, baqajın və ya yükün daşınması zamanı ləngimə nəticəsində baş vermiş zərərə görə məsuliyyət daşıyır. Konvensiyanın 22-ci maddəsinə görə, ...ləngimə nəticəsində zərər vurulduğu halda daşıyıcının hər bir sərnişinə münasibətdə məsuliyyəti 4150 xüsusi borcalma hüququnun məbləği ilə məhdudlaşır. 23-cü maddəyə görə, xüsusi borcalma hüququnun məbləği Beynəlxalq Valyuta Fondunun öz əməliyyatları və hedablaşmaları üçün tətbiq etdiyi  qiymətləndirmə metoduna uyğun olaraq hesablanır. Beynəlxalq Monreal Konvensiyasının 35-ci maddəsində məsuliyyət haqqında iddianın hava gəmisinin təyinat yerinə çatdığı andan etibarən   iki il müddətində qaldırılması təsbit olunub.

İddia qaldırılan Nəsimi məhkəməsi (h. Ramin Xəlilov) 6 aydır iddiaçı 1-ci dərəcəli Qarabağ əlilinin  heç bir vəsatətinə, ərizəsinə, dövlət hesabına vəkillə təminatı , işin arbitraj məhkəməsinin həllinə verilməsi barədə müraciətlərinə baxmır. Məhkəmə faktiki olaraq cavabdeh AZAL-ın vəkili rolunda çıxış edir. AZAL özü özünü RF-nin şirkəti kimi aparır. Özbaşınalığa baxın, 1-ci dərəcəli Qarabağ əlili 10 aydır cavabdehdən kamera görüntülərini, sərnişinlərin siyahısını ala bilmir, MPM-in 78.2 maddəsi əsasəncavabdehdə olan bu sübutların məhkəməyə təqdim edilməsinə ərizə verir, baxılmır, amma AZAL Moskvadakı nümayəndəliyi vasitəsilə RF prokurorluğunun cavabını dəyişdirir. (?). Mübahisə reysə gecikmə ilə bağlıdırsa, kamera görüntülərinin, sərnişinlərin siyahısının məhkəməyə təqdim edilməsi ilə kimin haqlı olmasını müəyyən etmək su içmək kimi bir şeydir. Aeroportun içindəki kameraların işləmədiyini iddia etmək ki mümkün deyil. Rusiya tərəfi öz rüşvətxorlarını, korrupsionerlərini elə rüşvət qarşılığında belə qoruyur, kamera görüntülərinin təqdim olunmasını təmin etmir, hətta Çikaqo Konvesiyası ilə yerlərimizin deport olunmuş şəxslərə verilməsini, əlilliyimiz haqqında AZAL-ın xəbər vermədiyini bildirir, bəs özümüzünkü olan AZAL-a, RF-dəki səfirliyimizə, məhkəmələrimizə nə gəlib? Niyə adicə sərnişin siyahısının, kamera görüntülərinin üzə çıxmasında maraqlı deyillər? Qoy kamera görüntüsünü ortaya, sübut et ki, gecikmişik. Yoxsa, RF prokurorluğunun saxta məktublarını daha da saxtalaşdırmaq, dəyişdirməklə məsuliyyətdən yayınmaq mümkünsüzdür. Ən azı, beynəlxalq Monreal Konvensiyasının pozulması ilə beynəlxalq məhkəmələr barışmayacaq.

Görəsən,Azərbaycan  məhkəmələri, səfirliyi, daşıyıcısı niyə Rusiyanın yanındadır, ünlü gülməcədə deyildiyi kimi, ona “əmoğluluq” edirlər?

Məğrur Bədəlsoy

P.S. Azərbaycan Milli Məclisinin üzvünün deport edilməsi də , görəsən, 1994-cü il Çikaqo Konvensiyasına uyğun həyata keçirilib? İndi hansı vətəndaşımızın yeri ƏVƏZSİZ (BEZVOZMEZDNO) depot edilən deputata verilib?

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:119
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 06 May 2025 13:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see169

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see163

“Ət bazarında qiymət təzyiqləri davam edəcək”

22 Dekabr 2025 09:53see154

Dünyada yalnız bir ölkə özünü ərzaqla tam təmin edir

22 Dekabr 2025 07:19see153

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see149

200 manatlıq yardım nə qədər ailəyə şamil olunacaq?

22 Dekabr 2025 14:02see141

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see141

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see139

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see137

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see132

Rus general evinin qarşısında partlayışla öldürüldü

22 Dekabr 2025 12:58see131

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see131

Bu dünyaya Seyid kimi gəlib Seyid olaraq yaşamaq

22 Dekabr 2025 15:08see131

Azərbaycan konsulluqları nə üçün vətəndaşların hərbi qeydiyyatını aparmır?

22 Dekabr 2025 11:59see131

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see130

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see129

SON DƏQİQƏ Siqaret satışı ilə bağlı QƏRAR VERİLDİ

22 Dekabr 2025 11:25see127

Zelenski bir neçə regional rəhbəri vəzifədən azad etdiZelenski bir neçə regional rəhbəri vəzifədən azad etdi

22 Dekabr 2025 06:18see126

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see126

Qarabağ Koxalski ilə bağlı qərarını qətiləşdirdi

23 Dekabr 2025 01:26see124
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri