Azərbaycanın şahmat millisi Avropa çempionatının son turunda məğlub olub
Icma.az, Sia Az saytına istinadən bildirir.
Kişi şahmatçılardan ibarət Azərbaycan millisi Gürcüstanın Batumi şəhərində keçirilən Avropa çempionatının son turunda məğlub olub. SİA-nın məlumatına görə, Şəhriyar Məmmədyarov, Rauf Məmmədov, Aydın Süleymanlı, Məhəmməd Muradlı və Eltac Səfərlidən ibarət kollektiv IX turda Serbiyaya uduzub - 1:3.
Hesabında 13 xal olan Azərbaycan millisinin yekun sıralamadakı mövqeyi digər görüşlər bitəndən sonra müəyyənləşəcək.
Qadınlardan ibarət seçmə isə sonuncu görüşdə Polşaya yenilib - 1.5:2.5. Komandanın mükafatçılar sırasında yer ala bilməyəcəyi ötən tur dəqiqləşmişdi.

Azərbaycanın badminton millisi Bakıdakı Avropa çempionatının ilk oyununda məğlub olub
12 Fevral 2025 13:41
Avropa çempionatı: Azərbaycanın şahmat millisi növbəti qələbəsini qazanıb
08 Oktyabr 2025 09:04
Azərbaycanın basketbol millisi dünya çempionatının seçmə mərhələsində məğlub olub
24 Noyabr 2024 16:31
Şahmat üzrə dünya çempionatının formatı dəyişəcək
05 Dekabr 2024 15:22
Azərbaycanın futzal millisi Avropa çempionatının əsas mərhələsində sonuncu oyununu keçirib
29 Mart 2025 21:04

