Azərbaycanın sənaye transformasiyasındakı nailiyyətləri beynəlxalq səviyyədə tanınıb Əli Əsədov
Redaktor.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Azərbaycanın sənaye transformasiyasında əldə etdiyi nailiyyətlər beynəlxalq səviyyədə tanınıb.
Redaktor.az "Apa"ya istinadən xəbər verir ki, bunu Baş nazir Əli Əsədov Minskdəki BELEXPO Beynəlxalq Sərgi Mərkəzində “Yeni texnologiyalar ittifaqı: Gələcəyin sənayesini yaradarkən” mövzusunda plenar iclasda deyib.
Baş nazir deyib ki, son 10 ildə Azərbaycan sənayeləşməni təkcə iqtisadi siyasətin tərkib hissəsi kimi deyil, həm də uzunmüddətli dayanıqlı inkişafın təməli kimi müəyyən edib: “Azərbaycanda sənayeləşmə yeni mərhələyə qədəm qoyub, burada əsas diqqət təkcə istehsalın artırılmasına deyil, həm də onun səmərəliliyinin və rəqabət qabiliyyətinin artırılmasına yönəlib.
Sənaye zonalarının inkişafı və investisiya təşviqləri texnologiya, istedad və infrastrukturun innovasiyaları və ixrac yönümlü artımı dəstəklədiyi ekosistemlər yaradır. Azərbaycanın sənaye transformasiyasında əldə etdiyi nailiyyətlər beynəlxalq səviyyədə tanınıb”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:68
Bu xəbər 29 Sentyabr 2025 20:09 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















