Icma.az
close
up
RU
Azərbaycanın sənayedə 10 illik “yaşıl” hədəfləri

Azərbaycanın sənayedə 10 illik “yaşıl” hədəfləri

Icma.az bildirir, Xalq qazeti portalına istinadən.

“Milli Səviyyədə Müəyyən Edilmiş Töhfələr” (NDC 3.0) hesabatına əsasən, sənayedə qaz qazanlarının elektrik qazanları və yüksəktemperaturlu istilik nasosları ilə əvəz edilməsi nəzərdə tutulur. Bu yanaşma qida, kimya, metallurgiya, gil-torpaq istehsalı və neft-qaz sənayesinin “downstream” seqmentində tətbiq olunacaq.

Sənəddə bildirilir ki, sənaye prosesi hazırda yüksək karbon izli yanacaqlardan asılıdır. Bərpaolunan enerji mənbələrinin payının artması ilə elektrifikasiya karbon emissiyalarının azalmasında əsas vasitə kimi qiymətləndirilir. Sənaye sektoru ÜDM-in 25 faizə qədərini formalaşdırır və iqtisadi artımın aparıcı sahəsi olsa da, istehsalın genişlənməsi emissiyaların artımına səbəb olur. Buna görə dekarbonizasiya iqlim gündəliyində prioritet elan edilib.

Hesabata görə, 2022-ci ildə sənaye sektorunun karbon emissiyası 8,9 milyon ton CO₂-ekvivalenti təşkil edib. Bunun 6,3 milyon tonu neft-qaz emalı və qeyri-metal mineralların, 2 milyon tonu isə metallurgiya, kimya və qida sənayesinin payına düşür. Sənayenin çətin dekarbonizasiya olunan sahə kimi qiymətləndirilməsi yüksəktemperaturlu proseslər və kimyəvi reaksiyaların əlavə emissiyalar yaratması ilə izah olunur.

Sənaye parklarının yaradılması müasir aşağıkarbonlu həllərin – istiliyin təkrar istifadəsi, tullantıların emalı, CCUS (karbonun tutulması və saxlanması) texnologiyalarının tətbiqi və genişmiqyaslı elektrifikasiyanın həyata keçirilməsini asanlaşdırır. Dövlətin sənaye parklarında istehsal payını 15%-ə qədər artırmaq strategiyası bu prosesləri dəstəkləyir.

Mövcud tədbirlərə enerji səmərəliliyini artıran proqramlar, DRI texnologiyası üzrə yeni müəssisələrin tikintisi, Sumqayıt sənaye zonalarının inkişafı daxildir. Xüsusilə neft-qaz seqmentində avadanlıqların enerji səmərəliliyinin yüksəldilməsi və LDAR (sızmaların aşkarlanması və aradan qaldırılması) texnologiyalarının tətbiqi emissiyaların əhəmiyyətli dərəcədə azalmasına imkan verəcək.

2035-ci ilədək əsas tədbirlər sırasına qaz qazanlarının elektrik qazanları və istilik nasosları ilə əvəz edilməsi, enerji səmərəliliyinin artırılması və neft-qazın downstream seqmentində metan emissiyalarının azaldılması daxildir. Hesabatda vurğulanır ki, bu hədəflərə çatmaq üçün kimya və qeyri-metal minerallar sənayesi də daxil olmaqla yüksək xərcli texnologiyalara böyük investisiya tələb olunacaq. Bərpaolunan enerjinin genişləndirilməsi, şəbəkələrin modernləşdirilməsi və kadr hazırlığının gücləndirilməsi prosesin əsas uğur amilləri sayılır.

XQ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:77
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 25 Noyabr 2025 10:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see330

Velosiped sürən 6 yaşlı uşaq qəzanın qurbanı oldu ÖZƏL

18 Oktyabr 2026 18:44see291

Ferhat Göçer Eyyub Hüseynzadənin təşkil etdiyi konsertdə “Ey, Əziz Anam, Azərbaycan”ı oxudu VİDEO

18 Oktyabr 2026 10:06see283

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see282

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see274

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see268

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see264

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see254

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see243

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see232

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see231

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see226

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see222

Füzuli teatrı Şəhər Günündə “Tıq tıq xanım” tamaşası ilə uşaqları sevindirdi FOTO

18 Oktyabr 2026 12:24see209

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see206

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see204

Hicab savaşının pərdəarxası RAKURS

18 Oktyabr 2026 19:10see198

“Real”dan böyük hesablı qələbə: Arda Gülər və Mbappe fərqləndi

19 Oktyabr 2026 02:37see195

Videokolposkopiya ginekologiyada müasir müayinə. VİDEO

18 Oktyabr 2026 08:00see193

Alonso “Formula 1”də V8 və V10 mühərriklərinin qayıdışına şübhə edir

19 Oktyabr 2026 04:41see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri