Icma.az
close
up
RU
Azərbaycanın sənayeləşməsi post neft dövrü üçün dayanıqlı baza formalaşdırır DEPUTAT DANIŞDI

Azərbaycanın sənayeləşməsi post neft dövrü üçün dayanıqlı baza formalaşdırır DEPUTAT DANIŞDI

Icma.az xəbər verir, Ses qazeti saytına əsaslanaraq.

"Azərbaycanda sənayeləşmə günü-gündən artır və ən əsas məsələlərdən biri odur ki, yerli xammal hesabına yeni sənaye istiqamətləri yaradılır. Belə ki, Azərbaycan Prezidentinin Avropa üçün mineral daşıyan zavodların açılışında iştirakçı da bu məsələyə verdiyi önəmin nümunələrindən biridir". Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Hikmət Babaoğlu deyib.Onun sözlərinə görə, hər şeydən öncə, biz məsələnin həm də sosial tərəfinə diqqət yetirməliyik: "Yeni açılan hər bir zavod, iş yeridir. Orada işləyən ailələrin ailə büdcəsidir. Eyni zamanda, iqtisadiyyatımıza əlavə gəlir gətirən bir sahədir. Ona görə də şübhəsiz ki, sənaye məhsullarının istehsalının artması həm də vətəndaşların rifahı deməkdir.

Ancaq məsələnin başqa bir tərəfi də var: istehsal olunan mallar əgər xaricə ixrac olunursa, bunun iqtisadi dəyəri daha böyükdür. Çünki nəticə etibarilə Azərbaycana valyuta qazandırmaqla valyuta ehtiyatlarımız da artırılmış olur. Ona görə də bu tip layihələrin genişləndirilməsi Azərbaycanın iqtisadiyyatını ənənəvi neft iqtisadiyyatından uzaqlaşdıracaq. Bu da post-neft erasına uyğun inkişaf edən dayanıqlı iqtisadiyyata sahib olmağımıza yardımçı olacaq. Hazırda Azərbaycanda həyata keçirilən sənaye siyasətinin özəyində dörd əsas prioritet dayanır: yerli resursların maksimum dərəcədə səmərəli istifadəsi, texnoloji yenilənmə, ixracyönümlü istehsalın gücləndirilməsi və regionlarda yeni iqtisadi mərkəzlərin formalaşdırılması. Bu, təkcə iqtisadi inkişaf deyil, həm də ölkənin milli təhlükəsizlik strategiyasının bir hissəsidir. Çünki nə qədər çox istehsal sahəsi formalaşırsa, bir o qədər ölkənin iqtisadi dayanıqlığı və təzyiqlərə davamlılığı artır.Yeni açılan müəssisələrin həm də enerji səmərəliliyinə, ekoloji standartlara və innovativ texnologiyalara əsaslanması Azərbaycan sənayesinin modernləşdirilməsi prosesinin göstəricisidir. Yerli istehsalın güclənməsi idxalın azalmasına, ixracın isə artmasına gətirib çıxarır ki, bu da Makroiqtisadi sabitliyin qorunması və qeyri-neft sektorunun gəlirlərinin artması baxımından mühüm amildir.Bununla yanaşı, sənayenin genişlənməsi bölgələrdə sosial-iqtisadi inkişafın sürətlənməsi deməkdir. İnfrastrukturun yenilənməsi, logistika imkanlarının artırılması, sənaye zonalarının fəaliyyətə başlaması regionlara həm investisiya axınını gücləndirir, həm də əhalinin bölgədə məskunlaşmasını stimullaşdırır. Bu isə ölkə daxilində balanslı inkişaf modelinin formalaşmasına xidmət edir".

Müəllif: Ziya Hikmətoğlu

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:105
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 28 Noyabr 2025 13:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Sabah” və “Şamaxı” yoxlama oyununda üz üzə gələcək

11 Yanvar 2026 13:28see187

Qara Qarayeva və Rəşad Hüseynova vəzifə verildi

11 Yanvar 2026 21:02see187

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see180

Sınmış ventilyatora görə milyonlar qazandı

11 Yanvar 2026 23:17see170

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see162

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see160

Nadir şahdan bu günə: İran Türkiyə Səudiyyə Ərəbistanı üçbucağı

12 Yanvar 2026 08:57see156

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see155

Karvan Yevlax heyətini gücləndirdi... Birinci divizion təmsilçisi ilə

10 Yanvar 2026 22:57see153

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see153

Həmin açıqlamadan sonra Afaqla Röya bir toyda Video

12 Yanvar 2026 10:11see150

Ucuz ev almağın YOLLARI: Sosial mənzil mexanizmləri necə işləyir?

11 Yanvar 2026 17:29see150

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see144

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see140

“Liverpul”da ağır itki “Qarabağ”la oyunu buraxacaq

11 Yanvar 2026 17:11see138

Qadın dünyaya sərxoş körpə gətirdi

12 Yanvar 2026 02:53see138

Dünyanın ən yavaş reketi: 60 yaşı var, amma hələ də istifadə olunur

11 Yanvar 2026 20:28see137

UFC nin sabiq çempionu Uitakkerlə mümkün döyüş barədə: “Bu, hamının yatdığı o qız kimidir”

11 Yanvar 2026 16:04see135

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see132

Əfqanıstanda 4 mədənçi tüstüdən boğuldu

11 Yanvar 2026 01:20see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri