Icma.az
close
up
RU
Azərbaycanın sərbəst güləş millisi rekord xalla Avropa çempionu olub

Azərbaycanın sərbəst güləş millisi rekord xalla Avropa çempionu olub

Icma.az, Oxu.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Azərbaycanın sərbəst güləş millisi İtaliyanın Kaorle şəhərində keçirilən U-15 Avropa çempionatında rekord xalla birinci olub.

Oxu.Az xəbər verir ki, sərbəst güləş üzrə yarışda həlledici görüşlər keçirilib və mübarizəyə yekun vurulub.

Cavanşir Süleymanov (38 kq) finalda rusiyalı Abdulla Almazova (0:10) məğlub olub və gümüş medalla kifayətlənib.

Hüseyn Rzazadə (41 kq) finalda rusiyalı Nikita Kondraşovla gərgin keçən qarşılaşmada minimal fərqlə (7:6) qalib gələrək Avropa çempionu olub.

Ötən il 41 kq-da fəxri kürsünün ən yüksək pilləsinə qalxan İbrahim Həsənov (44 kq) eyni uğuru yuxarı çəkidə təkrarlamağa yaxın olub. Ancaq Gəncə güləş məktəbinin yetirməsi bu dəfə həlledici görüşdə rusiyalı Kirill Kondraşovla bacarmayıb (0:8) və gümüş medalla kifayətlənib.

Əkbər Əsgərov (48 kq) finalda rusiyalı Amir Daurova 4:5 hesabıyla məğlub olub və məsul yarışda ikinci yeri tutub. Bu çəkidəki digər təmsilçimiz Tunar Sultanzadə isə bürünc medal görüşündə gürcüstanlı Demetre Mortuladzeyə eyni hesabla uduzub.

Muraz Hüseynov (57 kq) bürünc medal görüşündə rusiyalı Abdul İsayevə (0:10), Elcan Həsənov isə digər bürünc medal görüşündə ukraynalı Viktor Karaya (4:7) məğlub olub.

Məhəmməd Həsənli (62 kq) finalda rumıniyalı İştvan Naqiyə sonuncu xal prinsipinə əsasən (2:2) məğlub olub və gümüş medalçılar sırasına qoşulub.

Xəyal Şükürlü (68 kq) ermənistanlı Şahen Martirosyana 7:4 hesabıyla qalib gələrək bürünc medala sahib çıxıb.

Elgün Kərimli (85 kq) finalda gürcüstanlı Mate Oniani üzərində əzmkar qələbə qazanıb - 11:9. Bununla da güləşçimiz komandanın hesabına 2-ci qızıl medalı yazdırıb.

Beləliklə, AÇ-də 2 qızıl, 4 gümüş və 1 bürünc medal qazanan millimiz 161 xalla komanda hesabında ikinci dəfə Avropa çempionu olub. Yığmamız 2-ci yeri tutan Ermənistanı 47 xal qabaqlayıb. İlk "üçlüy"ü Ukrayna (91) qapayıb.

Qeyd edək ki, 161 xal sərbəst güləşimizin bu yaş qrupunda yeni rekorddur. Buna qədər ən yaxşı göstərici 2023-cü ildə qeydə alınmışdı. İki il əvvəl komandamız 145 xalla 2-ci yeri tutmuşdu.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:223
embedMənbə:https://oxu.az
archiveBu xəbər 27 İyun 2025 07:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

20 Noyabr 2026 06:19see345

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see284

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see282

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see282

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see274

DİN və Baş Prokurorluq 2 noyabr mitinqinin təşkilatçılarına xəbərdarlıq edib

20 Noyabr 2026 06:10see267

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

20 Noyabr 2026 07:19see260

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see258

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see255

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see244

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see242

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see241

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see240

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see239

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see233

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see227

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see227

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see217

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see214

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see212
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri