Icma.az
close
up
RU
Azərbaycanın Şərqi və Cənubi Avropanın enerji təhlükəsizliyindəki rolu əvəzolunmazdır RƏY

Azərbaycanın Şərqi və Cənubi Avropanın enerji təhlükəsizliyindəki rolu əvəzolunmazdır RƏY

Sherg.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Hazırda Azərbaycan 12 ölkəyə təbii qaz ixrac edir və bizim müştərilərimizin coğrafi yerləşməsi də Avrasiya məkanını əhatə edir. 

Bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev Şimali Makedoniya Prezidenti Qordana Silyanovska-Davkova ilə mətbuata bəyanatında deyib. 

Azərbaycandan qaz alan 12 ölkədən 10-nun Avropa ölkəsi olduğunu vurğulayan dövlətimizin başçısı qeyd edib: “Keçən il Azərbaycan xarici bazarları 25 milyard kubmetr qaz ilə təchiz etmişdir. Təbii ki, bizim istehsalımız bundan daha çoxdur”. Prezident İlham Əliyev bildirib ki, Avropa Azərbaycan qazına ehtiyac duyur.


ReAL Partiyasının sədri, iqtisadçı ekspert Natiq Cəfərli "Sherg.az"a söyləyib ki, Azərbaycanın qaz ehtiyatları Avropanın Cənubi və Şərqində yerləşən ölkələr üçün həyati əhəmiyyət kəsb edir:


“Azərbaycan həmin ölkələrə qaz satmaqla və enerji təhlükəsizliyini təmin etməklə Avropanın ümumi enerji təhlükəsizliyində çox mühim rol oynayır. Söhbət ondan gedir ki, bizim satdığımız qazın həcmi o qədər böyük olmasa da, əhəmiyyəti yüksəkdir. Yəni Ukrayna müharibəsinə qədər Rusiya Avropaya təqribən 178 milyard kubmetr qaz satırdı. Avropanın ümumi qaz tələbatı isə illik beş yüz milyard kubmetrdir. Azərbaycanın təxminən 11-12 milyard satdığı  kubmetr qaz isə həcm etibarıyla az görünsə də, kiçik ölkələr üçün Rusiya qazını əvəz etməkdə önəmli rolu oldu. Bu gün də Azərbaycanın Şərqi və Cənubi Avropa ölkələrinin enerji təhlükəsizliyində oynadığı rol əvəzolunmazdır. Bu qaz satışı getdikcə artacaq və 2027-ci ildə Azərbaycanın Avropaya qaz təchizatı təqribən 20-21 milyard kubmetrə çatacaq. Əgər gələcəkdə Türkmənistan kimi ölkələrin qazının da Azərbaycan boruları vasitəsilə Avropaya çatdırılması üçün infrastruktur və siyasi şərait yetişsə, həmin zaman Azərbaycan qazının Avropaya göndərilmə həcmi daha da arta bilər”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:170
embedMənbə:https://sherg.az
archiveBu xəbər 11 Mart 2025 17:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see307

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see239

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see224

Gürcüstan növbədənkənar seçkilərə gedir? Açıqlama

23 Yanvar 2026 01:54see200

“Xocalı: şahidlər danışır” kitabı qırğız dilində işıq üzü görüb

23 Yanvar 2026 18:54see182

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see167

Adam qələmi atıb, qaçmaz, Şərif Ağayar! Emil Rasimoğlu yazır...

23 Yanvar 2026 13:53see166

2025 ci il Bank Respublika üçün necə keçib? MALİYYƏ VƏZİYYƏTİNİN TƏHLİLİ

23 Yanvar 2026 01:22see161

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see160

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see160

Kevin Yakob “Qarabağ”ın transfer siyahısına düşüb

23 Yanvar 2026 18:15see158

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see158

Qarnın çıxmasının səbəbi piy deyilmiş Açıqlama

23 Yanvar 2026 05:06see149

Sülh Şurası BMT yə alternativ olacaq?

23 Yanvar 2026 20:16see148

Kriminal həyat tərzini təbliğ edən 954 sayt bloklanıb

23 Yanvar 2026 16:40see147

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see147

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see145

Alimlər günün ən çox yorğunluq yaradan dəqiqəsini açıqlayıblar

23 Yanvar 2026 08:53see143

Tramp Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyana təşəkkür edib

24 Yanvar 2026 04:20see139

İtaliya A Seriyası: İnter rəqibini qol vurmağa peşman etdi

24 Yanvar 2026 02:53see138
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri