Icma.az
close
up
RU
Azərbaycanın səsi MDB də istiqamət müəyyən edir

Azərbaycanın səsi MDB də istiqamət müəyyən edir

Modern.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Oktyabrın 10-da Düşənbədə keçirilən MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin çıxışı bir neçə strateji məqamı ilə seçildi. Dövlət başçısının nitqi təkcə regional əməkdaşlıq platforması çərçivəsində deyil, həm də Türk dünyası, Mərkəzi Asiya və ümumilikdə Avrasiya geosiyasi məkanında yeni reallıqların formalaşdığını nümayiş etdirdi. Çıxışın məzmunu MDB daxilində dostluq, qarşılıqlı hörmət və bərabərhüquqlu tərəfdaşlıq prinsiplərinin gücləndirilməsi istiqamətində Azərbaycanın ardıcıl siyasi xəttini təsdiqlədi.

Prezident cənab İlham Əliyev çıxışına Tacikistan xalqını və Prezident Emoməli Rahmonu əldə etdikləri sosial-iqtisadi nailiyyətlər münasibətilə təbrik etməklə başladı. Azərbaycan lideri dəfələrlə Düşənbədə olduğunu vurğulayaraq şəhərin inkişaf sürətini xüsusi qeyd etdi. Paytaxtın memarlıq simasının yenilənməsi, yeni infrastruktur layihələrinin reallaşdırılması və ümumilikdə Tacikistanın müasirləşməsi Azərbaycanın da səmimi şəkildə sevindiyini ifadə etdi. Bu mesaj MDB daxilində diplomatik etiketdən daha artıq məna daşıyır: Bakı bi­lə­rə­k şəkildə Tacikistanla münasibətləri strateji dərəcədə yüksəltmək istədiyini, regional təcriddən uzaq, inteqrativ siyasət yürüt­düyünü nümayiş etdirir.

Prezident cənab İlham Əliyev ikitərəfli əlaqələrin ardıcıl və dinamik inkişafını xüsusi vurğulayaraq bildirdi ki, Azərbaycan–Tacikistan münasibətləri yalnız iqtisadi və siyasi maraqlarla məhdudlaşmır, bu əlaqələrin təməlində qardaşlıq, dostluq və qarşılıqlı dəstək dayanır.

Bu yanaşma MDB məkanında nadir görülən siyasi mədəniyyət nümunəsidir. Azərbaycan hər bir tərəfdaşla münasibətlərini bərabərhüquqluluq, suverenliyə hörmət və qarşılıqlı maraqlar əsasında qurur. Məhz bunun nəticəsidir ki, Bakı regional balans yaradan, etibarlı tərəfdaş statusunu möhkəmləndirən ölkə kimi qəbul olunur.

Prezident cənab İlham Əliyev Azərbaycanın Şərqi Zəngəzur bölgəsinin Laçın şəhərinin 2024-cü ildə MDB-nin mədəniyyət paytaxtı seçilməsinə görə dövlət başçılarına təşəkkür etdi. Bu, təkcə mədəni hadisə deyil, Azərbaycanın suverenliyinin və ərazi bütövlüyünün beynəlxalq səviyyədə tanınmasının təsdiqi kimi mühüm siyasi əhəmiyyət daşıyır.

İclasda dövlət başçısı qeyd etdi ki, iyun ayında Laçında keçirilən rəsmi açılış mərasimində qonaqlar işğaldan azad edilmiş ərazilərdə aparılan bərpa prosesinin miqyasını öz gözləri ilə gördülər. Tamamilə dağıdılmış şəhərin bir neçə il ərzində müasir, yaşanılabilir məkana çevrilməsi Azərbaycanın dövlət quruculuğu və post-münaqişə inkişaf modelinin nümunəvi olduğunu sübut edir. Prezident cənab İlham Əliyevin çıxışında humanitar sahəyə xüsusi diqqət ayrılması MDB daxilində inteqrasiyanın yalnız siyasi və iqtisadi deyil, həm də mədəni əlaqələr üzərində qurulduğunu göstərdi. Laçın nümunəsi bu əməkdaşlığın həm tarixə, həm mədəniyyətə, həm də xalqların yaxınlaşmasına xidmət etdiyini nümayiş etdirir. Azərbaycan humanitar platformaları diplomatiyanın yumşaq güc aləti kimi istifadə edir və regionda mədəni inteqrasiya proseslərinin təşəbbüskarlarından biridir.

Prezident çıxışında sentyabrın 28-dən oktyabrın 8-dək Gəncə şəhərində keçirilən III MDB Oyunlarının tarixi əhəmiyyətini də qeyd etdi. Bu mötəbər idman tədbiri təkcə Gəncədə deyil, Azərbaycanın daha altı şəhərində – Qəbələ, Göygöl, Yevlax, Mingəçevir, Xankəndi və Şəkidə təşkil olundu. 13 ölkədən 1600-dən çox idmançının iştirakı ilə keçirilən oyunlar Azərbaycanın loqistik, təhlükəsizlik və təşkilati imkanlarının yüksək səviyyəsini nümayiş etdirdi. Bu tip tədbirlər MDB məkanında dostluğun, əməkdaşlığın və qarşılıqlı hörmətin möhkəmlənməsi üçün mühüm platforma rolunu oynayır. Azərbaycan bir daha sübut etdi ki, regionda sabitlik, idman diplomatiyası və mədəni inteqrasiyanın aparıcı mərkəzlərindən biridir.

Prezident cənab İlham Əliyevin Düşənbə çıxışı MDB-nin gələcək inkişafına Azərbaycan modelindən baxışı ortaya qoydu: 

Bərabərhüquqlu münasibətlər; 

Qarşılıqlı hörmət və dəstək;

Humanitar və mədəni inteqrasiya;

Regional sülh və inkişaf;

Təşkilati çeviklik və yeni təşəbbüslər.

Azərbaycan artıq təkcə iştirakçı deyil, MDB proseslərinin formalaşmasında fəal təsir göstərən, siyasi gündəliyi yönləndirən ölkədir.

Düşənbə iclasında Prezident cənab İlham Əliyevin təqdim etdiyi mesajlar MDB daxilində yeni mərhələnin başlanğıcını ifadə edir. Azərbaycan regional inteqrasiyanın həm siyasi, həm iqtisadi, həm də humanitar aspektlərinə töhfə verməklə, təşkilat daxilində strateji lider rolunu gücləndirir. Laçının mədəniyyət paytaxtı seçilməsi, III MDB Oyunlarının uğurla təşkili və Tacikistanla qardaşlıq münasibətlərinin dərinləşməsi bu siyasətin real nəticələridir.

Bu çıxış bir daha göstərdi ki, Azərbaycanın səsi MDB-də təkcə eşidilmir, həm də istiqamət müəyyən edir.

Mehriban Vəliyeva 

Milli Məclisin deputatı

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:148
embedMənbə:https://modern.az
archiveBu xəbər 10 Oktyabr 2025 19:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see287

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see285

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see267

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see253

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see244

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see237

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see232

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see227

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see221

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see220

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see211

Havalı Alı Rüstəm Dastanoğlunun hekayəsi

21 Oktyabr 2026 18:10see198

Yoxa çıxan avropalı müşahidəçilər: “təhlükəsizlik mütəxəssisləri” haradadırlar?

21 Oktyabr 2026 10:33see193

Çörək yeyəndən sonra niyə yuxumuz gəlir?

21 Oktyabr 2026 15:46see193

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see193

Günel Afrikadan qız uşağı övladlığa götürmək istəyir

21 Oktyabr 2026 15:52see192

Bakıda milyonluq hazırlıqlar başladı Qarlı havalarla bağlı

21 Oktyabr 2026 18:31see189

“Lap başımı itirmişəm, fikirləşirəm ki, kasıblar nə edir?” Hicran Nəsirova

21 Oktyabr 2026 20:18see176

Sülh müqaviləsini ləngidən Paşinyan nəyi gözləyir, yaxud Paşinyanı nə gözləyir?

21 Oktyabr 2026 21:18see175

Səhiyyə Nazirliyi: Ölkəyə qripə qarşı vaksinlər gətirilib

21 Oktyabr 2026 14:13see174
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri