Azərbaycanın şito ryu karate yığması Avropa çempionatında 8 medal qazanıb
Apasport saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Azərbaycanın şito-ryu karate üslubu üzrə yığması Macarıstanın paytaxtı Budapeştdə təşkil olunan Avropa çempionatında 8 medal qazanıb.
Apasport.az xəbər verir ki, bunu Azərbaycan Karate Federasiyasının mətbuat xidməti açıqlayıb.
10 idmançıdan ibarət komanda yarışda Bahadur Əhmədovun rəhbərliyi altında iştirak edib.
10–11 yaş kateqoriyasında çıxış edən Mehdi Məmmədli bütün görüşlərini qələbə ilə başa vuraraq Avropa çempionu olub. Həmçinin kişilər arasında Tuncay Hüseynov, 14–15 yaş qrupunda çıxış edən Məsumə Məmmədli də fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.
12–13 yaş kateqoriyasında Kənan Məmmədli və kişilər arasında yarışda Pərviz Bəşirli gümüş medal əldə ediblər.
Sübhan Əliyev 12–13, Telman Səfərli 10–11, Ömər Hüseyn isə 6–7 yaş kateqoriyasında bürünc medal qazanıblar.
Azərbaycan parakarateçiləri Avropa çempionatında mübarizə aparacaqlar Karateçimiz Avropa çempionatının finalında Mirəli Seyidovun xatirəsinə həsr olunmuş karate turniri başa çatıb “Lions King”dən üç medal: 2 qızıl, 1 bürünc - FOTO Mirəli Seyidovun xatirəsinə həsr olunmuş karate turnirinin açılış mərasimi keçirilib
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:92
Bu xəbər 10 İyun 2026 14:44 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















