Azərbaycanın sonuncu təmsilçisi Qış Olimpiya Oyunlarında mübarizəyə başlayır
Azertag portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Bakı, 18 fevral, AZƏRTAC
Azərbaycan idmançısı Anastasiya Papatoma İtaliyada keçirilən XXV Qış Olimpiya Oyunlarında bu gün mübarizəyə start verəcək.
AZƏRTAC xəbər verir ki, 17 yaşlı dağ xizəkçisi slalom növündə qüvvəsini sınayacaq. Yarış İtaliyanın məşhur dağ-xizək mərkəzi olan Kortina d'Ampetsoda keçiriləcək.
Xatırladaq ki, daha əvvəl Azərbaycanın fiqurlu konkisürəni Vladimir Litvintsev qısa proqramda 63,63 bal toplayaraq 29 iştirakçı arasında sonuncu yeri tutub və yarışla vidalaşıb.
Qeyd edək ki, Azərbaycanın 2 idmançı ilə təmsil olunduğu “Milan-Kortina-2026” Qış Olimpiya Oyunlarına fevralın 22-də yekun vurulacaq.
Bu mövzuda digər xəbərlər:Azərbaycan idmançısı Qış Olimpiya Oyunlarında mübarizəyə başlayır
10 Fevral 2026 10:24
Qış Olimpiya Oyunlarında Azərbaycanın bayraqdarları bəlli olub
06 Fevral 2026 19:10
İdmançılarımız Qış Olimpiya Oyunlarında
19 Fevral 2026 11:43
Azərbaycan slalomçusu Qış Olimpiya Oyunlarında mübarizəyə başladı
18 Fevral 2026 18:16
Kanada Qış Olimpiya Oyunlarında yarımfinala yüksəldi
18 Fevral 2026 23:34
Baxış sayı:178
Bu xəbər 18 Fevral 2026 10:24 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















