Icma.az
close
up
RU
Azərbaycanın strateji gücü və qlobal diplomatiyada mövqeyinin möhkəmlənməsi

Azərbaycanın strateji gücü və qlobal diplomatiyada mövqeyinin möhkəmlənməsi

Ses qazeti portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin yerli televiziya kanallarına verdiyi son müsahibə, dövlətin daxili və xarici siyasət strategiyalarının şəffaf və sistemli təqdimatı baxımından xüsusi əhəmiyyət daşıyır. Bu müsahibə dövlətin idarəetmə səmərəliliyinin, ictimai hesabatlılığının və strateji kommunikasiya mexanizmlərinin birbaşa ifadəsi kimi çıxış edir. Ölkə başçısının sözlərinə görə, hər ilin əvvəlində medianın vasitəsilə keçirilən görüşlər ənənəvi xarakter daşıyır və bunun vasitəsilə ölkə rəhbərliyi həm ilin yekunlarını ictimaiyyətlə paylaşır, həm də dövlətin strateji prioritetlərini və operativ siyasətini açıqlayır. Bu format həm ictimaiyyətlə dialoqun gücləndirilməsi, həm də dövlət siyasətinin legitimliyinin möhkəmləndirilməsi baxımından önəmli vasitədir.

2025-ci il Azərbaycan-Amerika münasibətləri baxımından strateji əhəmiyyətli il kimi qiymətləndirilir. Prezident cənab İlham Əliyev qeyd edib ki, Amerika ilə strateji işçi qrupunun yaradılması sənədinin imzalanması və Zəngəzur dəhlizinin açılmasının Amerika prezidenti tərəfindən təsdiqlənməsi ölkələr arasında praktik və nəticəyönümlü əməkdaşlığın mühüm göstəricisidir. Bu təşəbbüslər Azərbaycan-Amerika münasibətlərinin yalnız formal protokollarla deyil, real geosiyasi və iqtisadi məzmunla inkişaf etdiyini təsdiqləyir.

Ölkə başçısı cənab İlham Əliyev keçmiş AXC-Müsavat hakimiyyətini tənqid edərək bildirib ki, həmin dövr dövlət aparatında peşəkarlıq prinsipləri pozulmuş, təsadüfi və siyasi baxımdan qeyri-adekvat şəxslər hakimiyyətə gələrək Azərbaycanı ciddi böhran vəziyyətinə gətirmişdilər. Ona qarşı isə böyük ədalətsizliklər yaşanmışdır. Uzun illər ərzində 907-ci düzəlişin ləğvi istiqamətində görülən tədbirlər, Tramp administrasiyasının hakimiyyətə gəlməsi ilə strateji nəticələrə çevrilmişdir.

Xarici siyasətdə ən əhəmiyyətli nailiyyətlərdən biri Azərbaycanın Çin ilə strateji tərəfdaşlıq əlaqələrinin dərinləşdirilməsidir. Prezident bildirib ki, Çin ilə ikitərəfli əmtəə dövriyyəsi artıq 4 milyard dolları keçmiş və Çin şirkətləri bərpaolunan enerji sahələrinə əhəmiyyətli investisiyalar qoymuşdur. Eyni zamanda, Azərbaycan D-8 təşkilatına üzv olmuş və Mərkəzi Asiya Məşvərət Şurasına tamhüquqlu üzv seçilmişdir ki, bu da Azərbaycanın regional inteqrasiya və diplomatik iştirak imkanlarını genişləndirir. Cənab İlham Əliyev vurğulayıb ki, Azərbaycanın coğrafi mövqeyi, nəqliyyat və logistika infrastrukturu Mərkəzi Asiyanı Qərblə birləşdirə biləcək yeganə etibarlı ölkə kimi strateji əhəmiyyət kəsb edir.

İşğaldan azad edilmiş ərazilərin beynəlxalq tədbirlər mərkəzlərinə çevrilməsi və Qəbələdə Türk Dövlətləri Təşkilatının Sammitində türk dövlətləri arasında hərbi əməkdaşlıq elementlərinin müzakirəsi Azərbaycanın regional təhlükəsizlik arxitekturasında rolu və strateji mövqeyini bir daha təsdiqləyir. Cənab İlham Əliyev qeyd edib ki, Azərbaycan Respublikası öz milli müdrikliyi, strateji uzaqgörənliyi və məsuliyyətli dövlət idarəçiliyi ilə seçilir və həmçinin hərbi gücünü artırmaqda davam edir, bu da ölkənin regional balansda sabitlik təminatında vacib rolunu möhkəmləndirir.

Prezident həmçinin daxili siyasətdə şəffaflıq, dövlət idarəçiliyində peşəkarlıq prinsiplərinin qorunması və keçmiş hakimiyyətlərin fəaliyyətsizliyinin nəticələrinə diqqət çəkərək dövlətin idarəetmə modelinin effektivliyini vurğulayır. Bu, Azərbaycan dövlətinin strateji planlaşdırma, hüquqi norma və idarəçilik səmərəliliyinə sadiqliyinin təcəssümüdür.

Nəticə etibarilə, müsahibə Azərbaycan Respublikasının beynəlxalq siyasətdə güclü mövqeyini, çoxvektorlu diplomatiya və strateji tərəfdaşlıq imkanlarını, regional liderlik qabiliyyətini açıq şəkildə nümayiş etdirir. Amerika və Çin ilə münasibətlər, işğaldan azad edilmiş rayonların inkişafı, türk dövlətləri ilə hərbi əməkdaşlıq təşəbbüsləri və regional inteqrasiya strategiyası Azərbaycanın xarici siyasət kursunun nəticəyönümlü və praktik mahiyyət daşıdığını göstərir. Dövlətin möhkəm strateji siyasəti və qlobal diplomatik əlaqələri Azərbaycanı sabit, güclü və davamlı inkişaf edən aktor olaraq beynəlxalq səhnədə möhkəmləndirir, texnoloji tərəqqi ilə humanitar və milli dəyərlərin harmoniyasını təmin edir.

Leyla Hüseynova

YAP Yasamal rayon AMEA A.A.Bakıxanov adına Tarix və Etnologiya İnstitutu üzrə ərazi partiya təşkilatının sədr müavini

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:105
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 07 Yanvar 2026 10:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın Azərbaycana marağının artması son illərdə formalaşan yeni geosiyasi və iqtisadi reallıqların nəticəsidir

27 Noyabr 2026 20:01see761

Cənubi Qafqazda sülh perspektivi regional iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır

27 Noyabr 2026 20:07see586

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see328

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see298

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see297

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see279

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see276

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see276

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see259

Bir qədəh şərab qan təzyiqinə necə təsir edir? Mütəxəssislər açıqlayıb

27 Noyabr 2026 22:17see244

Avropanın borc içində boğulan ölkələri Ən çətin vəziyyətdə olan hansıdır? Siyahı

28 Noyabr 2026 10:02see242

Ceyhun Bayramov qətərli nazirlə görüşdü

27 Noyabr 2026 19:10see234

Dünya fond bazarlarında nə baş verir?

28 Noyabr 2026 13:46see222

50 illik həyat yoldaşını itirən müğənni: Onunla halallaşa bilmədik

28 Noyabr 2026 17:15see219

Rəşid Mahmudov 88 yaşında əsl ziyalımız, əsl vətəndaşımız, əsl insanımız

28 Noyabr 2026 22:45see209

Avropa İttifaqı ilə Yüksək Səviyyəli Nəqliyyat Dialoqu iclası

28 Noyabr 2026 13:40see205

Xərçəngin müalicəsi üçün yeni preparat hazırlandı

28 Noyabr 2026 09:05see204

Səhər tezdən işə və dərsə getmək sağlamlığa zərərlidir

29 Noyabr 2026 05:06see198

Anar Bayramov Lənkəran Rayon Mərkəzi Xəstəxanasının fəaliyyəti ilə tanış olub

28 Noyabr 2026 11:01see194

Dünyada cəmi bir ədəd qalan ağacı qorumaq üçün kəndirlə bağladılar

28 Noyabr 2026 00:39see193
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri