Azərbaycanın su anbarlarında toplanan suyun həcmi AÇIQLANDI
Icma.az, Bakivaxti portalına istinadən məlumat verir.
Hazırda ölkənin su anbarlarında kifayət qədər su ehtiyatı var.
Bakıvaxtı.az xəbər verir ki, bunu Trend-ə açıqlamasında Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin baş məsləhətçisi Sarvan Ağayev deyib.
O bildirib ki, hazırda ölkənin ən böyük su anbarları dolub:
"Bu da yağan yağışların və çaylarımızda suyun səviyyəsinin artmasına görədir. Yaz fəslində yağışlı günlərin olmasını nəzərə alaraq su anbarlarında səviyyəni qorumaq üçün müəyyən qədər suyu azaltmışıq".
Onun sözlərinə görə, azad edilmiş ərazilərdə ən böyük su anbarı olan Sərsəngdə də kifayət qədər su var.
"Ümumi olaraq ölkə üzrə su anbarlarında 18 milyard m³ su ehtiyatı toplanıb. Bu da kifayət qədər yaxşı rəqəmdir", - deyə agentlik rəsmisi qeyd edib.
Baxış sayı:72
Bu xəbər 10 Aprel 2025 14:47 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















