Icma.az
close
up
RU
Azərbaycanın sülh diplomatiyası ŞƏRH

Azərbaycanın sülh diplomatiyası ŞƏRH

Icma.az xəbər verir, Ses qazeti saytına əsaslanaraq.

Məlum olduğu kimi, ölkəmiz son illər təkcə regional sabitliyin təminatçısı kimi deyil, həm də qlobal təhlükəsizlik və sülh gündəliyinə töhfə verən önəmli aktora çevrilib. Ölkəmizin Sülh Şurasının təsisçi üzvlərindən biri seçilməsi, Prezident İlham Əliyevin Vaşinqtonda Sülh Şurasının ilk iclasında iştirakı bu faktı təsdiqləyir.

Qeyd edək ki, ABŞ Prezidenti Donald Trampın Azərbaycanı Sülh Şurasına Təsisçi Üzv Dövlət olmağa dəvət etməsi dövlətimzin beynəlxalq miqyasda nüfuzunun göstəricisidir. Yanvarın 22-də Davosda Sülh Şurası rəsmən elan olunub və Prezident İlham Əliyev Şuranın Nizamnaməsini imzalayıb. Bütün bunlar göstərir ki, Azərbaycan hər zaman olduğu kimi beynəlxalq əməkdaşlıq, sülh və sabitliyə fəal töhfə verməyə hazırdır. Digər tərəfdən, dövlətimizin Sülh Şurasına üzv olması Azərbaycanın beynəlxalq nüfuzunun və artan strateji çəkisinin açıq ifadəsidir. Bu addım Azərbaycanın artıq yalnız regional təşəbbüslərlə kifayətlənmədiyini, qlobal sülhün tənzimlənməsində söz sahibi olan ölkələr sırasında yer aldığını təsdiqləyir. Sülh Şurasında təmsilçilik rəsmi Bakıya beynəlxalq təhlükəsizlik arxitekturasının formalaşmasında daha fəal iştirak imkanı yaradır. Bu baxımdan, fevralın 19-da Azərbaycan Prezidentinin Vaşinqtonda Sülh Şurasının ilk iclasında iştirakı qürurvericidir.

Onu da qeyd edək ki, ölkəmizin bu platformada təmsilçiliyi, eyni zamanda ədalətli mövqeyə, beynəlxalq hüquqa və suverenliyə əsaslanan siyasətinin qəbul edildiyini sübut edir. Post-münaqişə dövründə sülh təşəbbüsləri ilə çıxış edən, qarşıdurma yox, əməkdaşlıq xəttini seçən ölkəmiz üçün bu üzvlük yeni siyasi mərhələnin başlanğıcı kimi dəyərləndirilə bilər. Bu mərhələ ölkəmizin qlobal sülh və təhlükəsizlik proseslərində aparıcı aktorlardan birinə çevrilməsini daha da sürətləndirir. Nəzərə alaq ki, artıq BMT dünyadakı problemlərin, münaqişələrin həllində rol oynaya bilmir. Belə bir şəraitdə Sülh Şurası münaqişələrin həllində aparıcı platforma ola bilər. Belə bir önəmli platformada ölkəmizin təmsil olunması isə dövlətimizin diplomatiyasının parlaq uğurudur.

Xüsusilə qeyd etmək lazımdır ki, Sülh Şurasının iclasında ABŞ Prezidenti Donald Trampın çıxışında Azərbaycan Prezidenti İlham Əliyev haqqında yüksək fikirlər vurğulayıb. Bu fakt dövlətimizin başçısının nə qədər böyük siyasi xadim və dünyada yüksək nüfuza sahib olduğunu bir daha təsdiqləyir! Yeri gəlmişkən, Donald Trampın hakimiyyətə qayıdışından sonra Azərbaycan - ABŞ münasibətləri keyfiyyətcə yeni mərhələyə qədəm qoyaraq regional və qlobal proseslərin mühüm komponentinə çevrilməkdədir. Xüsusilə Bakının Cənubi Qafqazda formalaşdırdığı yeni iqtisadi, siyasi və təhlükəsizlik reallıqları Vaşinqtonun bölgəyə baxışını əhəmiyyətli dərəcədə dəyişib. Əgər əvvəlki mərhələlərdə ABŞ-ın regiona münasibəti daha çox normativ və vasitəçi yanaşma üzərində qurulurdusa, hazırkı mərhələdə bu münasibətlər praqmatik, işgüzar və qarşılıqlı maraqlara əsaslanan əməkdaşlıq modelinə transformasiya olunmaqdadır.

Məlumdur ki, ötən il avqustun 8-də Vaşinqtonda cənab Trampın vasitəçiliyi ilə Azərbaycanla Ermənistan arasında sülh sazişi paraflandı. Bu yaxınlarda isə ABŞ-ın vitse-prezidenti cənab Vens ölkəmizə səfər etdi. Bu səfərin ən mühüm məqamı Azərbaycan Respublikası Hökuməti ilə Amerika Birləşmiş Ştatları Hökuməti arasında Strateji Tərəfdaşlıq haqqında Xartiyanın imzalanması oldu. Beləliklə, Azərbaycanın müstəqil xarici siyasət kursu, regional liderlik statusu və xüsusilə postmünaqişə dövründə ortaya qoyduğu sülhpərvər, konstruktiv mövqe ABŞ üçün ölkəmizi Cənubi Qafqazda etibarlı tərəfdaş kimi ön plana çıxarıb. Bakı yalnız enerji ixracatçısı və tranzit ölkə kimi deyil, həm də regional təhlükəsizliyin təmin olunmasında, beynəlxalq sülh təşəbbüslərinin irəli aparılmasında mühüm aktor kimi qəbul edilir. Məhz bu reallıqlar fonunda Vaşinqtonun Azərbaycanla münasibətləri yeni məzmunla zənginləşir.

Ən əsası, Prezident İlham Əliyevin Vaşinqtona işgüzar səfəri və Sülh Şurası çərçivəsində irəli sürülən təşəbbüslər bir daha sübut edir ki, ölkəmiz artıq sadəcə regional problemlərin həllində tərəf deyil, həm də qlobal sülhün yaradılmasında əsas tərəflərdən biridir. Bu isə ölkəmizin sülh modelinin bu gün dünya üçün təhlükəsiz gələcəyə doğru ən etibarlı yol xəritələrindən biri olduğunu təsdiqləyən faktordur!

Habil İsmayılov,

YAP Göygöl rayon təşkilatı üzrə Haçaqaya kənd ərazi partiya təşkilatının sədri

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:102
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 20 Fevral 2026 12:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see667

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see329

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see318

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see310

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see307

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see305

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see288

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see278

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see273

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see264

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see253

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see240

Zeytunla başlayan, musiqi ilə davam edən gün Fotolar

24 Oktyabr 2026 18:13see239

Piyada keçidində 3 nəfərin vurulduğu qəzanın ANBAAN VİDEOSU

24 Oktyabr 2026 15:35see239

Dövlət Bağçalının Azərbaycana qarşı mövqeyi alqışa layiqdir Politoloq

24 Oktyabr 2026 21:51see236

Azərbaycanda istehsal olunan dərmanlar SİYAHI

24 Oktyabr 2026 17:56see235

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see231

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see221

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see208

Nazilə Səfərli doğma kəndində “yol da yoxdur, məktəb də!” dedi Gürcüstandan cavab gəldi

24 Oktyabr 2026 16:51see198
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri