Icma.az
close
up
RU
Azərbaycanın sülhdə maraqlı olduğunu sübut etməyə ehtiyacı yoxdur Deputat

Azərbaycanın sülhdə maraqlı olduğunu sübut etməyə ehtiyacı yoxdur Deputat

Icma.az bildirir, Qaynarinfo saytına əsaslanaraq.

"Azərbaycanın növbəti dəfə sülhdə maraqlı olduğunu sübut etməyə ehtiyac yoxdur. Çünki Azərbaycan sülh prosesinin müəllifidir".

Bunu Qaynarinfoya-ya açıqlamasında Milli Məclisin deputatı Elman Nəsirov Ermənsitan parlamentinin "Ermənistan və Azərbaycan arasında sülhün bərqərar olması haqqında" bəyanatı qəbul etməsi fonunda, Milli Məclis tərəfindən də anoloji sənədin qəbulu məsələsinə toxunarkən deyib. 

"Ermənistan parlamenti "Ermənistan və Azərbaycan arasında sülhün bərqərar olması haqqında" bəyanat qəbul edib. Bu hadisənin özü onu göstərir ki, Ermənistan iqtidarı revanşistlərdən gələn təzyiqlərə qarşı əks-hücumlar təşkil edir. Paşinyan hakimiyyəti fərqindədir ki, sülh Ermənistanın nicat yoludur", deyə deputat bildirib. 


O qeyd edib ki, 8 avqust Vaşiqnton razılaşmasından sonra sülh prosesində bir dinamizm müşahidə olunmaqdadır: 

"Hətta Avropa Şurası Parlament Assambleyasında olarkən Paşinyan jurnalistin Qarabağdan köçmüş ermənilərin yenidən Qarabağa qayıtmasının mümkünlüyü sualına "yox" cavabı verdi və qeyd etdi ki, belə mövzuların qaldırılması sülh prosesinə mane olur".

Elman Nəsirov deyib ki, sülh müqaviləsinin müəllifi olaraq Azərbaycanın növbəti dəfə sülhdə maraqlı olduğunu sübut etməyə ehtiyac yoxdur:

"Azərbaycan parlamenti tərəfindən də anoloji addımın atılması ilə bağlı indidən bir fikir söyləyə bilmərəm. Sadəcə onu deyə bilərəm ki, Ermənistan parlamenti indi belə bir bəyanat qəbul edib. Ancaq unutmayaq ki, Azərbaycan dövləti paraflanmış sülh müqaviləsinin həm baza prinsiplərini müəyyən edib, həm də onun layihəsni hazırlayıb Ermənistana verib. Yəni sülh müqaviləsinin müəllifi də Azərbaycandır. Azərbaycanın növbəti dəfə sülhdə maraqlı olduğunu sübut etməyə də ehtiyac yoxdur. Döyüşdə qalib gəlmişik, indi də sülhü qazanmaq istəyirik və bu istiqamətdə də həlledici addımları atmışıq. Ermənistan parlamentinin bu addımı müsbətdir. Hesab edirəm ki, 2026-cı ilin sülh ili olması üçün böyük şanslar var".

Qeyd edək ki, Ermənistan parlamenti növbədənkənar iclasında "Ermənistan və Azərbaycan arasında sülhün bərqərar olması haqqında" bəyanat layihəsini qəbul edib. Hakim "Vətəndaş Müqaviləsi" fraksiyası tərəfindən hazırlan bəyanatda bu il 8 avqustda Vaşinqtonda ABŞ, Azərbaycan və Ermənistan arasında imzalanmış sənədlərdə əks olunan əsas tezislər yer alır. Parlament bu bəyanatla Ermənistan  və Azərbaycanın ictimaiyyətini, eləcə də siyasi, ekspert və mədəniyyət dairələrini münaqişəni yenidən qızışdıran diskurs və hərəkətlərdən çəkinməyə çağırır. 

Rüfət Sultan


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:99
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 03 Oktyabr 2025 12:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see714

İordaniya Azərbaycan üçün Yaxın Şərqdə qapıdır ŞƏRH

07 Yanvar 2026 15:00see203

Messi karyerasını başa vurduqdan sonra nə etmək istədiyini açıqladı

07 Yanvar 2026 09:09see201

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see189

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see188

İranda polis zabiti öldürüldü

07 Yanvar 2026 23:45see175

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see166

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see162

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see157

Xarici valyutaların manata qarşı MƏZƏNNƏLƏRİ

07 Yanvar 2026 09:32see151

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see148

Prezidentin bu gün təltif etdiyi Sevinc Kərimova vəfat edib

07 Yanvar 2026 23:44see143

Azərbaycan ACWA Power ilə elektrik enerjisinin ötürülməsini müzakirə edib

07 Yanvar 2026 14:03see141

Kollecə direktor müavini və icraçısı təyin olunub

07 Yanvar 2026 09:33see141

Prezident İlham Əliyevin yerli televiziya kanallarına verdiyi müsahibənin müasir Azərbaycan reallıqları fonunda dəyərləndirilməsi

07 Yanvar 2026 09:53see140

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see139

“Arvadım rəqsimə nifrət edir” Tramp Video

07 Yanvar 2026 05:02see138

Ordubadda Xaraba Gilan şəhər yerinə baxış keçirildi FOTO

07 Yanvar 2026 05:03see136

Fənərbaxça nı finala yüksəldən qələbə Video

07 Yanvar 2026 09:12see136

Hələbdə terrorçuların hücumu nəticəsində 5 nəfər öldü

08 Yanvar 2026 00:56see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri