Icma.az
close
up
RU
Azərbaycanın süni intellekt irəliləyişləri beynəlxalq konfransında təqdim edilib

Azərbaycanın süni intellekt irəliləyişləri beynəlxalq konfransında təqdim edilib

Sia Az saytına istinadən Icma.az xəbər verir.

Azərbaycanın süni intellekt sahəsindəki irəliləyişləri 24-26 mart tarixlərində Londonda keçirilən “Innovation 2025” beynəlxalq konfransında təqdim edilib. SİA bu barədə İqtisadiyyat Nazirliyinin Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinə (4SİM) istinadən xəbər verir.

4SİM-in icraçı direktoru Fariz Cəfərov "Süni intellekt məhsuldarlığın artırılmasına necə töhfə verə bilər?" adlı panel sessiyada spiker qismində çıxış edərək, ölkədə pilot olaraq müxtəlif qurumlar tərəfindən icra olunan süni intellekt həlləri və 4SİM-in bu istiqamətdə gördüyü işlər barədə məlumat verib.

Panelin digər spikerləri sırasında Kanadanın Əmək və Sosial İnkişaf Nazirliyinin Data üzrə baş direktoru İma Okonni, Böyük Britaniyanın Vorvik polis idarəsinin Data, texnologiya və strategiya üzrə direktoru Stefen Rassell, İsrail Milli Rəqəmsal Agentliyinin Data üzrə vitse-prezidenti Merav Peretz Belinsky və "Sullivan & Stanley"in Dəyişikliklər üzrə baş direktoru Adrian Stalham kimi tanınmış ekspertlər də yer alıb.

“İnnovasiya 2025” konfransı Böyük Britaniya Hökuməti, Böyük Britaniya Dövlət Xidməti və Nazirlər Kabinetinin dəstəyi və Qlobal Hökumət Forumu təşkilatçılığı ilə həyata keçirilir. Konfrans çərçivəsində dördüncü sənaye inqilabı texnologiyalarının dövlət xidmətlərində tətbiqi imkanları, vətəndaş cəmiyyətinin rəqəmsal bacarıqlarının artırılması, o cümlədən süni intellektin innovasiyanın və dövlət xidmətlərinin göstərilməsindəki təkanverici rolu kimi mövzulara həsr olunmuş panel müzakirələri, çıxışlar və B2B görüşlər baş tutub.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:157
embedMənbə:https://sia.az
archiveBu xəbər 02 Aprel 2025 16:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABŞ Venesueladan icazəsiz çıxan bütün tankerləri ələ keçirəcək

13 Yanvar 2026 00:04see216

Ucuz ev almağın YOLLARI: Sosial mənzil mexanizmləri necə işləyir?

11 Yanvar 2026 17:29see210

Qara Qarayeva və Rəşad Hüseynova vəzifə verildi

11 Yanvar 2026 21:02see197

Sınmış ventilyatora görə milyonlar qazandı

11 Yanvar 2026 23:17see192

İcra başçısının nümayəndəliyi möhürü itirdi

13 Yanvar 2026 02:27see182

Qadın dünyaya sərxoş körpə gətirdi

12 Yanvar 2026 02:53see172

Nadir şahdan bu günə: İran Türkiyə Səudiyyə Ərəbistanı üçbucağı

12 Yanvar 2026 08:57see169

Həmin açıqlamadan sonra Afaqla Röya bir toyda Video

12 Yanvar 2026 10:11see168

Dünyanın ən yavaş reketi: 60 yaşı var, amma hələ də istifadə olunur

11 Yanvar 2026 20:28see162

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see154

“Liverpul”da ağır itki “Qarabağ”la oyunu buraxacaq

11 Yanvar 2026 17:11see150

İran çıxılmaz vəziyyətə düşüb? KONKRET

11 Yanvar 2026 20:10see149

İsraillə Almaniya arasında təhlükəsizlik sahəsində strateji əməkdaşlıq bəyannaməsi imzalandı

12 Yanvar 2026 03:43see145

Qızılın qiyməti BAHALAŞDI

12 Yanvar 2026 09:52see143

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see142

ABŞ lı analitikdən diqqətçəkən paylaşım FOTO

11 Yanvar 2026 22:26see137

PUA ların dövriyyəsinə xüsusi icazə və dövlət qeydiyyatı artıq “mygov”da

12 Yanvar 2026 10:10see134

Tramp İran nümayəndələri ilə görüşə bilər

12 Yanvar 2026 07:39see133

“Azərbaycan sülhdə möhkəmdir”

12 Yanvar 2026 21:45see132

31 manat ödəyib, xidmət almırlar: Xətai rayonunda üç gündür sakinlər KATV dən internet ala bilmirlər

13 Yanvar 2026 11:16see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri