“Azərbaycanın suverenliyi beynəlxalq səviyyədə təmin edilir” Səməd Seyidov
Icma.az, Sia Az saytına istinadən bildirir.
“Azərbaycan həmişə müstəqil və suveren siyasət yürüdüb". SİA xəbər verir ki, bu fikirləri Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov Milli Məclisdə “Konstitusiya və Suverenlik İli” çərçivəsində Dövlət Suverenliyi Gününə həsr edilən konfransda səsləndirib.
Deputat bildirib ki, Azərbaycanın suverenliyi beynəlxalq protokollar və qərarlarla təsdiq olunur: “Məsələn, müxtəlif ölkələrdə və beynəlxalq platformalarda Azərbaycanın mövqeyi və ərazi bütövlüyü suveren şəkildə tanınır. Bu, ölkəmizin müstəqil siyasət aparmasının göstəricisidir”.
Səməd Seyidov qeyd edib ki, dövlətimizin xarici münasibətlərində hər bir addım Azərbaycanın milli maraqlarını qorumağa və beynəlxalq aləmdə suverenliyini təmin etməyə xidmət edir: “Həm Ermənistan, həm də digər ölkələr qarşısında Azərbaycanın müstəqilliyi və suverenliyi möhkəm şəkildə qorunur. Beynəlxalq təşkilatlar və güclü dövlətlərin də qərarları bu suverenliyi dəstəkləyir”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:33
Bu xəbər 19 Sentyabr 2025 12:24 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















