Azərbaycanın taekvondo millisi Özbəkistanda hazırlıq keçir
Azertag saytından alınan məlumata görə, Icma.az bildirir.
Bakı, 23 fevral, AZƏRTAC
Azərbaycanın taekvondo üzrə böyüklərdən ibarət milli komandasının üzvləri Özbəkistanda təlim-məşq toplanışlarını bu ölkənin yığması ilə birgə davam etdirirlər.
AZƏRTAC xəbər verir ki, fevralın 16-da start verilən məşqlər fevralın 28-dək davam edəcək.
Təlim-məşq prosesi milli komandanın baş məşqçisi Məmməd Abdullayev, böyük məşqçi Elnur Amanov və məşqçi Günay Zeynalovanın rəhbərliyi altında həyata keçirilir.
Toplanışın əsas məqsədi idmançıların qarşıdakı beynəlxalq yarışlara optimal formada hazırlaşmalarının təmin edilməsidir. Birgə sparrinqlər isə döyüş təcrübəsinin artırılması baxımından xüsusi əhəmiyyət daşıyır.
Baxış sayı:126
Bu xəbər 23 Fevral 2026 13:16 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















