Icma.az
close
up
RU
Azərbaycanın təbii resurslarının daha səmərəli istifadəsi

Azərbaycanın təbii resurslarının daha səmərəli istifadəsi

Ses qazeti portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Bu gün Azərbaycan qeyri-neft sektorunun şaxələndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.

Azərbaycanın 2027–2030-cu illər üçün Dövlət Proqramı çərçivəsində metallurgiya sənayesinin inkişaf etdirilməsi ölkədə yeni istehsal imkanlarının yaradılmasını nəzərdə tutur. 22 sentyabr 2026-cı il tarixdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə “Azərbaycan Respublikasında 2027-2030-cu illərdə dağ-mədən (metal filizləri) və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramı”na həsr olunmuş müşavirə keçirilmişdir. Müşavirədə dövlətimizin başçısı çıxış edərək qeyd etmişdir ki, "Ölkə iqtisadiyyatı üçün çox perspektivli sahə olan dağ-mədən və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramı bu gün bizə təqdim ediləcək. Proqramın hazırlanması üçün mən bir müddət bundan əvvəl - aprelin əvvəlində müvafiq Sərəncam imzalamışam. Bu aylar ərzində proqram üzərində hazırlıq işləri gedirdi. Bu proqram bu gün bizə və Azərbaycan ictimaiyyətinə təqdim olunacaqdır. Bu sahə ölkə iqtisadiyyatı üçün, xüsusilə ölkəmizin qeyri-neft sektorunun inkişafı üçün böyük əhəmiyyət daşıyır, çox perspektivli sahədir. Düzdür, maliyyətutumlu sahədir, amma eyni zamanda, ölkəmizdə yeni, müasir sənaye istiqaməti yaradılacaqdır. Beş mindən çox daimi iş yerlərinin açılması nəzərdə tutulur. Bütövlükdə bizim təbii resurslarımızın işlənməsi və onlardan səmərəli şəkildə istifadə olunması, eyni zamanda, istehsal zəncirinin tam yaradılması ölkə iqtisadiyyatını gücləndirəcək." Proqramın qarşıdakı dörd il ərzində həyata keçirilməsi Azərbaycanın təbii resurslarının daha səmərəli istifadəsinə, yeni istehsal zəncirlərinin formalaşmasına və sənaye potensialının genişləndirilməsinə yönəlib.

Əsas hədəflərdən biri xammalın hasilatı ilə kifayətlənməyərək onun emalının və əlavə dəyər yaradan istehsal mərhələlərinin ölkə daxilində inkişaf etdirilməsidir. Prezident cənab İlham Əliyev bildirmişdir ki, son 20 il ərzində Azərbaycanda həyata keçirilən genişmiqyaslı infrastruktur layihələri ölkənin iqtisadi və enerji təhlükəsizliyinin möhkəmləndirilməsinə mühüm zəmin yaradıb. Vaxtilə təbii qaz və elektrik enerjisi idxal edən Azərbaycan bu gün öz enerji tələbatını tam təmin etməklə yanaşı, enerji resurslarını xarici bazarlara çıxaran ölkəyə çevrilib.

Prezident İlham Əliyevin müşavirədə səsləndirdiyi fikirlərdən aydın görünür ki, Azərbaycanın qarşısında duran əsas məsələ sərvətlərin sadəcə çıxarılması deyil, onlardan maksimum iqtisadi faydanın əldə edilməsidir. Filizin xammal şəklində ixracı əvəzinə onun ölkə daxilində emal olunması daha yüksək əlavə dəyər yaratmağa, yeni istehsal sahələri və iş yerləri formalaşdırmağa imkan verir.

İntiqam Quliyev

YAP Ağdam rayon təşkilatının sədr müavini

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:74
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 25 Sentyabr 2026 16:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see418

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see332

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see326

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see273

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see239

Rayonların subsidiyası kəsildi: Qalan pul hansı sahələrə xərclənəcək?

23 Oktyabr 2026 16:03see236

Yeniyetmələrdə görmə zəifliyinin yaranma səbəbləri nələrdir? PAŞA QƏLBİNUR

23 Oktyabr 2026 12:12see229

Yanlış dərman istifadəsi nələrə səbəb ola bilər? PROFESSOR AÇIQLADI

23 Oktyabr 2026 17:14see212

Alimlər ağrını daha yüngül hiss etməyə kömək TAPDILAR

23 Oktyabr 2026 15:23see209

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see199

Qeyri neft qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib

23 Oktyabr 2026 17:40see198

“AccessBank”ın rəhbər şəxsi bankdan ayrıldı

23 Oktyabr 2026 16:42see196

Tramp saxta addan isitfadəyə görə konqresmeni istefaya çağırdı

23 Oktyabr 2026 23:46see196

Dövlət Bağçalı İlham Əliyevə təşəkkür ETDİ

23 Oktyabr 2026 22:34see195

İkili idarəetmə bitir, səhiyyədə yeni dövr başlayır

23 Oktyabr 2026 19:04see190

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see187

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see186

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see180

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see179

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri