Azərbaycanın təbii sərvətlərindən əldə olunacaq gəlirlər...
Adelet.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
"Dağ-mədən və metallurgiya sənayesi hər bir ölkə üçün vacib, eyni zamanda kifayət qədər böyük maliyyə tutumlu ağır sənaye sahəsidir. Bu kimi xammal ehtiyatlarına malik ölkələrdə dağ-mədən sənayesi iqtisadiyyatın aparıcı istiqamətlərindən birini təşkil edir və ümumi daxili məhsulun formalaşmasında əhəmiyyətli rol oynayır".
Bunu mətbuata açıqlamasında Milli Məclisin deputatı Cavanşir Feyziyev deyib.
O, bildirib ki, Azərbaycanın malik olduğu təbii sərvətlər ölkəmizdə bu sahənin əsaslı şəkildə inkişaf etdirilməsinə imkan verir:.
"Məhz buna görə də Prezident İlham Əliyev dağ-mədən və metallurgiya sənayesinin inkişafı ilə bağlı xüsusi Dövlət Proqramı imzalayıb. Dünyanın Azərbaycanı əsasən neft-qaz ölkəsi kimi tanıdığı halda, ölkədə dağ-mədən sənayesinin qurulması və inkişaf etdirilməsi gələcəyə hesablanmış strateji addımdır. Bu, milli iqtisadiyyatın diversifikasiyasına və neft-qaz asılılığının azaldılmasına xidmət edə bilər. Bu sənaye sahəsinin müasir elmi-texnoloji yeniliklər əsasında inkişaf etdirilməsi Azərbaycanın dünyada iqtisadi imkanlarının daha geniş tanınmasına səbəb ola bilər. Bu, Azərbaycanın qlobal iqtisadi sistemdəki mövqeyini daha da möhkəmləndirə, ölkənin qlobal bazardakı rolunu və nüfuzunu artıra bilər. Dövlət Proqramında nəzərdə tutulan layihələrin həyata keçirilməsi, heç şübhəsiz, dövlət büdcəsinə də öz töhfəsini verə bilər. Son nəticədə Azərbaycanın təbii sərvətlərindən əldə olunacaq əlavə gəlirlər dövlətin iqtisadi-sosial siyasətində öz əksini taparaq əhalinin rifah halının yaxşılaşdırılmasına xidmət edə bilər. Prezident İlham Əliyevin yürütdüyü siyasətin mərkəzində yer alan məqsəd də məhz bundan ibarətdir".
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:168
Bu xəbər 25 Sentyabr 2026 13:23 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















