Icma.az
close
up
RU
Azərbaycanın təhsil tarixində rekord nəticə: Bir şagirdin hekayəsi MÜSAHİBƏ

Azərbaycanın təhsil tarixində rekord nəticə: Bir şagirdin hekayəsi MÜSAHİBƏ

Hurriyyet portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Elm və texnologiyanın sürətlə inkişaf etdiyi dövrdə istedadlı və məqsədyönlü gənclərin uğurları həm ölkə daxilində, həm də beynəlxalq arenada böyük önəm daşıyır. Belə gənclərdən biri də Bakı şəhərində dünyaya gəlmiş, hazırda 245 saylı tam orta məktəbin 8-ci sinif şagirdi olan Əliyev Ünal Anar oğludur. Riyaziyyat, informatika və süni intellekt sahələrinə dərin marağı ilə seçilən Ünal artıq bir neçə beynəlxalq bilik yarışmasının qalibi kimi Azərbaycan təhsilinin uğur simasına çevrilib. İlk medalını 5-ci sinifdə qazanan Ünal bu uğurunu həyatında dönüş nöqtəsi kimi dəyərləndirir və o vaxtdan bəri öz üzərində durmadan çalışır, yeni biliklər qazanmağa, dünya miqyasında rəqabətə davamlı bir mütəxəssis olmağa doğru irəliləyir.

Bu müsahibədə Ünalın beynəlxalq olimpiadalara yanaşması, hazırlıq prinsipləri, müəllimlərinin dəstəyi, gələcək planları və ən əsası – ölkəmizi dünya səhnəsində necə təmsil etməsi ilə bağlı düşüncələri yer alır. Gənc istedadımızın fikirləri gənc nəslə ilham verəcək, həmyaşıdlarına nümunə olacaq və eyni zamanda təhsil sahəsində istedadların dəstəklənməsinin nə qədər önəmli olduğunu bir daha sübut edəcək.

-Həyatında beynəlxalq olimpiadaların rolunu necə qiymətləndirərdin?

Qatıldığım beynəlxalq olimpiadalar və yarışlar mənim təhsil həyatımda çox böyük rol oynayır. Çünki, bu yarışlar mənə təkcə biliklərimi yoxlamaq imkanı vermir, eyni zamanda şəxsi inkişafım üçün əvəzolunmaz təcrübədir. Fərqli ölkələrdən olan minlərlə şagirdlə eyni məkanda yarışmaq, onlarla tanış olmaq və birlikdə suallar üzərində işləmək çox dəyərlidir. Xarici dostlarım da var ki, onlarla olimpiadalarda tanış olmuşam və bəzən birgə mövzuları müzakirə edir, müxtəlif suallar üzərində işləyirik. Bu cür təcrübələr mənə həm bilik, həm də sosial baxımdan çox şey qazandırır.

Olimpiadaya hazırlıq zamanı nələrə diqqət edirdin?

Hazırlıq prosesində ən çox diqqət etdiyim məqamlar – davamlılıq, diqqət və çətinliklərdən çəkinməmək olub. Bəzən çox çətin suallar və ya mövzular qarşıma çıxıb, amma heç vaxt geri çəkilməmişəm. Əksinə, həmin çətinliklər mənim üçün yeni bir fürsətə çevrilib. Daim fokuslu işləməyə, vaxtımı düzgün bölməyə və səhvlərimdən öyrənməyə çalışıram. Həmçinin çalışıram ki, qarşımda qoyulan sualın təkcə cavabı yox, onun arxasındakı məntiqi də dərk edim.

- Bu uğurlarınızla bağlı Təhsil Nazirliyi tərəfindən sənə dəstək gəldimi?

Uğurlarımın əldə olunmasında ilk növbədə valideynlərimin və müəllimlərimin böyük rolu olub. Onların mənə verdiyi dəstək, motivasiya və etimad hər zaman məni ruhlandırıb. Müəllimlərim mənimlə əlavə məşğələlər aparıb, suallarımı cavablandırıb, mənə güvəniblər. Bu əslində Təhsil Nazirliyinin istedadlı gənclərə göstərdiyi dəstək hesab olunmalıdır. 

- Müxtəlif ölkələrin təhsil sistemlərinin mübarizəsində bəyəndiyiniz hansı sistem var ki, onun ölkəmizdə tətbiqini istərdin?

Qatıldığım beynəlxalq yarışmalarda etdiyim müşahidələr və qazandığım çinli dostlarımla apardığım müzakirələrdən bu qənaətə gəlmişəm ki, Çində tətbiq olunan təhsil modeli çox müasir, innovativ və dövrün sistemli tələblərinə ən yaxşı reaksiya göstərən təhsil sistemlərindən biridir. Onlar istedadlı şagirdləri çox erkən yaşlardan seçir və onları sistemli şəkildə inkişaf etdirirlər. Çində həm nəzəri, həm də praktiki təhsilə böyük önəm verilir. Şagirdlər davamlı olaraq çoxsaylı yarışlara hazırlanır və bilik səviyyələri yüksək olur. Fikrimcə, bu modelin müəyyən elementləri Azərbaycan təhsil sistemində də tətbiq oluna bilər və nəticə etibarilə daha çox uğur əldə olunar.

- Olimpiada qalibi kimi uğurlarının sirrini necə izah edərdin?

Davamlı uğur heç vaxt təsadüfi olmur. Mənim üçün əsas sirr diqqətli olmaq, məqsədyönlü çalışmaq və heç vaxt təslim olmamaqdır. Əgər hansısa sual və ya mövzu çətin gəlirsə, onu daha çox işləyirəm, fərqli yanaşmalar axtarıram. Həm də istənilən səhvə təcrübə kimi yanaşıram. Ən əsası isə – yarışda insan özünə və bacarığına inanmalıdır. Əgər inanırsansa, artıq yarı yolda qalmaq ehtimalın azalır. Sizə maraqlı bir hadisəni danışım. Sinifdə mənə böyük dəstək olan riyaziyyat müəllimimiz bir dərsdə bizə suallar verdi və həll etməyimizi tapşırdı. Mən beynəlxalq yarışmalarda öyrəndiyim fərqli, amma daha sürətli və tez həll yolunu tətbiq edərək sualları qısa zamanda cavablandırdım. Həm müəllimim, həm də sinif yoldaşlarımın təəccübünə, marağına səbəb olan bu həll yolunu tətbiq etməyim məsələni daha çevik həll etməyimə səbəb olmuşdu. Müəllimim düz olan bu həll texnikasının orta məktəbdə keçilmədiyini bildirdikdə mən beynəlxalq yarışmalarda öyrəndiyimi bildirdim və sinif yoldaşlarıma da qısa və daha çevik həll yonu izah etdim. 

- Uğurlarında müəllimlərinizin rolunu necə qiymətləndirərdin?

Müəllimlərim bu yolun ayrılmaz hissəsidir. Onlar mənə təkcə bilik verməyiblər, həm də ruhlandırıblar, inanıblar və vaxt ayırıblar. Hər zaman əlavə dərslər, məşğələlər keçiriblər, suallarıma səbir və diqqətlə cavab veriblər. Onların verdiyi istiqamət və dəstək olmasaydı, bu uğurları əldə etmək mümkün olmazdı.

Olimpiadalara hazırlıq hansı yaşdan başlanmalıdır? Bu barədə şagirdlərə nə kimi tövsiyələrin var?

Düşünürəm ki, olimpiadalara və bilik yarışmalarına hazırlıq erkən yaşlardan başlanmalıdır. Mən ilk medalımı 5-ci sinifdə qazanmışam və bu, məni daha da ruhlandırdı. Şagirdlərə tövsiyəm odur ki, öz maraq dairələrini tez tapsınlar və həmin sahədə ardıcıl, planlı şəkildə işləsinlər. İlk baxışdan çətin görünən suallardan qorxmaq lazım deyil. Əgər davamlı çalışsan, nəticə mütləq əldə olunur. Mən öz təcrübə və biliklərimi digər şagirdlərlə bölüşməkdən də məmnun oluram.

- Gələcək planlarınız barədə nə deyə bilərsiniz? Gələcəkdə hansı sahədə təhsil almaq və ixtisaslaşmaq istəyirsən?

Gələcəkdə informasiya texnologiyaları və süni intellekt sahəsində təhsil almaq istəyirəm. Süni zəka mühəndisi olmaq mənim əsas məqsədlərimdəndir. Bunun üçün dünyanın top universitetlərindən birində oxumaq və yüksək səviyyəli biliklər əldə etmək istəyirəm. Aldığım bilikləri isə Azərbaycanda tətbiq etmək, ölkəmizdə bu sahənin inkişafına töhfə vermək və texnologiya sahəsində Azərbaycanı gücləndirmək ən böyük arzumdur.

- Bu uğuru ölkəmizi beynəlxalq arenada necə təmsil etmək kimi dəyərləndirirsən?

Beynəlxalq yarışlarda Azərbaycan bayrağının dalğalanması mənim üçün çox böyük qürur mənbəyidir. Bu, sadəcə şəxsi uğur deyil – bir ölkənin adını daşımaq, onu layiqincə təmsil etmək məsuliyyəti deməkdir. Hər dəfə iştirak etdiyim zaman düşünürəm ki, mən təkcə özüm üçün deyil, bütöv Azərbaycan üçün çalışıram. Bu hiss məni daha da gücləndirir və gələcək hədəflərimə inamla irəliləməyimə səbəb olur. Məsələn, sonuncu iştirak etdiyim FISO beynəlxalq bilik yarışmasında qatıldığım hər iki fəndən, riyaziyyat və ingilis dilindən, iştirakçı 16 dövləti təmsil edən minlərlə şagird arasında maksimum nəticə göstərərək dünya birincisi oldum. Bu Azərbaycan təhsil tarixində səhv etmirəmsə, rekord nəticədir. Yarışmada əldə etdiyim nəticə elan olunarkən dövlətimin adının yüksək səslə elan olunması, yüzlərlə iştikçı tərəfindən bu adın həm də ard-arda iki dəfə alqışlarla müşayət olunması həyatımın ən qürurlu anlarından biri kimi hər zaman yaddaşımda qalacaqdır. 

- Bizə vaxt ayırdığın üçün təşəkkür edirəm.

Sağ olun.

Söhbətləşdi: Elşən Yəhyayev

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:70
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 28 İyun 2025 00:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İdman zalında vəfat edən Cabir İmanov kimdir? DOSYE

29 Sentyabr 2025 14:33see217

Cabir İmanovun vəfat etdiyi idman zalının qarşısından görüntülər VİDEO

29 Sentyabr 2025 15:19see188

Rusiya sovet repressiyaları ilə bağlı arxivləri bağlayır...

29 Sentyabr 2025 00:45see175

Xaçmaz Bakı marşrut avtobusunda həyacanlı ANLAR Sərnişinin ürəyi... FOTO

28 Sentyabr 2025 16:39see173

Cabir İmanovun məşq yoldaşı: İdman edəndə ölməyib... zala girdi...

29 Sentyabr 2025 16:05see166

Turan Tovuz dan 3 dəqiqəyə iki qol Yenilənir

28 Sentyabr 2025 17:08see142

Oturduğu yerdə yıxılır Cabir İmanovun ölüm anı DA

29 Sentyabr 2025 18:45see138

Nazir: Naxçıvanda “Yaşıl Enerji Zonası” modelinin qurulması üçün tədbirlər görülür

30 Sentyabr 2025 10:20see136

Minsk görüşü, Miçiqandakı faciə, Cabir İmanovun vəfatı Xəbərlərin 20:00 buraxılışı

29 Sentyabr 2025 20:01see133

Aktyor, KVN çi, polkovnik... Cabir İmanovla bağlı maraqlı faktlar

29 Sentyabr 2025 15:02see129

Xameneidən Hizbullah a mesaj var Laricani çatdırdı

28 Sentyabr 2025 16:41see129

Liqa 1: Olimpik Lion dan minimal hesablı qələbə

29 Sentyabr 2025 01:34see129

Soyuqdəymə zamanı bu qidaları qətiyyən yemək olmaz Açıqlama

29 Sentyabr 2025 21:18see127

Danimarkada Aİ sammiti zamanı mülki dronların uçuşu qadağan edildi

28 Sentyabr 2025 17:49see126

İtaliya bütün tərəfləri Donald Trampın Qəzza ilə bağlı təqdim etdiyi planı qəbul etməyə çağırıb

30 Sentyabr 2025 03:14see125

Diqqətli olun: dələduzluğun yeni növü yayıldı VİDEO

28 Sentyabr 2025 22:37see125

Hələ ki 4 cü yerdəyik Rusiya, Belarus, Qazaxıstan...

28 Sentyabr 2025 23:48see124

Zeynəb Xanlarova və Əməkdar artist barışdılar FOTO KONKRET

29 Sentyabr 2025 23:11see124

Ukrayna ABŞ la 90 milyardlıq silah müqaviləsi imzalayır

28 Sentyabr 2025 16:38see124

Baş nazir: Uran Nigeriyaya səfalət, Fransaya isə əmin amanlıq gətirib

29 Sentyabr 2025 03:52see121
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri