Icma.az
close
up
RU
Azərbaycanın təşəbbüsləri regional və qlobal əməkdaşlıq üçün yeni imkanlar yaradır ŞƏRH

Azərbaycanın təşəbbüsləri regional və qlobal əməkdaşlıq üçün yeni imkanlar yaradır ŞƏRH

Azertag saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Bakı, 9 sentyabr, AZƏRTAC

Azərbaycan Prezidenti İlham Əliyevin AQEM-in Beyin Mərkəzləri Forumunun 13-cü sessiyasının iştirakçılarına müraciətində yer alan fikirlər ölkəmizin postmünaqişə dövründə regional və qlobal xarici siyasət kursunun əsas prioritetlərini bir daha aydın şəkildə ortaya qoyur. Suverenliyin və ərazi bütövlüyünün tam bərpasından sonra Azərbaycanın təşviq etdiyi sülh gündəliyi artıq təkcə region üçün deyil, beynəlxalq münasibətlər sistemi üçün də yeni imkanlar yaradır. Bu yanaşma həm siyasi, həm iqtisadi, həm də təhlükəsizlik müstəvisində ölkəmizin rolunu gücləndirir.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında siyasi şərhçi Ülviyyə Zülfüqar bildirib.

Onun sözlərinə görə, Azərbaycan və Ermənistan arasında keçən ay paraflanan sülh sazişi bölgədə uzun illər davam edən qarşıdurmaya son qoymaq baxımından tarixi əhəmiyyət daşıyır.

“Bu saziş Cənubi Qafqazda yeni əməkdaşlıq erası üçün başlanğıc nöqtəsidir. Münaqişə nəticəsində 30 ilə yaxın müddətdə regiondakı nəqliyyat və iqtisadi əlaqələrin iflic vəziyyətə düşdüyünü nəzərə alaraq deyə bilərik ki, əldə olunan razılaşma Avrasiya məkanında sabitliyin gücləndirilməsi baxımından böyük önəm kəsb edir. Dünya Bankının məlumatına görə, yalnız Cənubi Qafqazda nəqliyyat-logistika imkanlarının açılması regional ÜDM-i orta hesabla 2,5 faiz artıra bilər”, - deyə siyasi şərhçi əlavə edib.

Ü.Zülfüqarın fikrincə, Prezident İlham Əliyevin vurğuladığı Şərq-Qərb və Şimal-Cənub dəhlizləri Azərbaycanın geostrateji mövqeyinin əhəmiyyətini bir daha göstərir. Hazırda Bakı-Tbilisi-Qars dəmir yolu ilə ildə təxminən 6 milyon ton yük daşınır və bu göstəricinin 2030-cu ilə qədər iki dəfə artacağı proqnozlaşdırılır. Şimal-Cənub dəhlizi çərçivəsində isə Azərbaycan ərazisindən keçən hissənin illik potensialı 15-20 milyon ton arasında qiymətləndirilir ki, bu da ölkəmizi həm Avropa ilə Asiya, həm də Rusiya ilə Fars körfəzi ölkələri arasında vacib tranzit mərkəzinə çevirir.

Siyasi şərhçi bildirib ki, dövlətimizin başçısının vurğuladığı Şərq-Qərb və Şimal-Cənub dəhlizləri Azərbaycanın geostrateji mövqeyinin nə qədər önəmli olduğunu bir daha göstərir. Beynəlxalq Nəqliyyat Forumunun hesablamalarına görə, Orta Dəhliz vasitəsilə yüklərin daşınma müddəti 35-40 gün olan dəniz yoluna nisbətən 12-15 günə qədər azaldıla bilər ki, bu da sürətlə böyüyən Avropa-Çin ticarəti üçün ciddi üstünlükdür.

2023-cü ildə Çin ilə Avropa İttifaqı arasında ticarət dövriyyəsinin 900 milyard ABŞ dollarına yaxın olduğunu xatırladan Ülviyyə Zülfiqar qeyd edib ki, bu rəqəmin hər il orta hesabla 7-8 faiz artacağı gözlənilir və Azərbaycan bu əlaqələrin ən mühüm tranzit halqalarından birinə çevrilməklə həm regionun, həm də öz iqtisadiyyatının gəlirlərini artıracaq.

Siyasi şərhçi vurğulayır ki, Azərbaycanın təşviq etdiyi sülh gündəliyi təkcə münaqişədən sonrakı sabitliyi təmin etmir, eyni zamanda, regional əməkdaşlıq və iqtisadi inteqrasiya üçün qlobal perspektivlər açır. Əgər bu proseslər davamlı şəkildə reallaşarsa, ölkəmiz yaxın onillikdə Avrasiyanın əsas nəqliyyat-logistika qovşaqlarından biri olmaqla yanaşı, siyasi sabitlik və əməkdaşlıq platforması kimi beynəlxalq sistemdə daha güclü mövqeyə sahib olacaq.

Ülviyyə Zülfiqar əlavə edib ki, Prezident İlham Əliyevin Forum iştirakçılarına müraciətində Azərbaycanın xarici siyasətinin yeni mərhələsinin konturları bir daha vurğulanır. Azərbaycanın regional təşəbbüsləri həm Avropa, həm Asiya, həm də Yaxın Şərq ölkələrinin maraqları ilə uzlaşdığı üçün beynəlxalq dəstəyin artacağı gözlənilir. Beləliklə, ölkəmiz təkcə Cənubi Qafqazın deyil, daha geniş Avrasiya məkanının təhlükəsizlik və inkişaf xəritəsində mühüm aktora çevrilməkdədir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:41
embedMənbə:https://azertag.az
archiveBu xəbər 09 Sentyabr 2025 14:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see264

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see261

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see249

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see233

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see219

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see210

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see201

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see194

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see186

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see185

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see173

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see171

Hansı ölkədə nazirlərin maaşı çoxdur: Gürcüstanda, yoxsa Azərbaycanda?

21 Yanvar 2026 17:13see170

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see167

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see159

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see157

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see156

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see153

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see150

Bağça müəllimi uyğunsuz görüntülərə görə işindən azad edildi RƏSMİ

21 Yanvar 2026 20:41see147
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri