Icma.az
close
up
RU
Menu

Koçinyan: Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin dialoqu yeni reallıqların yaradılmasına yönəlib

Dövlət İdarəçilik Akademiyasının tələbəsi binadan necə yıxılıb? təfərrüat (Video)

Azərbaycan və Aİ Orta Dəhlizin inkişafı ilə bağlı razılığa gəldi

AZAL ın ötənilki qazancı açıqlandı 1,2 milyard manat!

Azərbaycan Ermənistan dialoqunda yeni mərhələ: 6 komitə yaradılır

Filarmoniyada Dövlət Mahnı və Rəqs Ansamblının konserti təqdim olunub (Foto)

Gündə 5 ədədi qanda şəkəri sala bilər

Kəmalə Qaramollayeva Heydər Əliyev Sarayında möhtəşəm konsert proqramı ilə çıxış etdi FOTO

Lavrov ABŞ ı Avropaya nümunə göstərdi: “Siyasi yetkinlik nümayiş etdirirlər” Video

“Milan“ səfərdə “Olimpiakos“a qalib gəlib

Bu şokolad apteklərdə reseptlə veriləcək YE, ARIQLA

İçində partlayıcı olan deserti yeyən kişi öldü

Psixoloji gərginliyin artmasının əsas səbəbləri nələrdir? PSİXOLOQ AÇIQLADI

Mərkəzi Gömrük Hospitalı tərəfindən Gəncə şəhərində genişmiqyaslı tibbi sosial tədbirlər keçirilib

Duş qəbul etmək üçün ən doğru vaxt hansıdır? Mütəxəssis AÇIQLADI

Azərbaycanda fabrik direktoru vəfat etdi

Mədəaltı vəzi xərçənginə qarşı yeni həbb

Silikon qablar nə zaman təhlükəli olur? MÜTƏXƏSSİS AÇIQLADI

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

Azərbaycanın təşəbbüsləri Türk dünyasında ortaq əməkdaşlıq platformasını gücləndirir ŞƏRH

Azərbaycanın təşəbbüsləri Türk dünyasında ortaq əməkdaşlıq platformasını gücləndirir ŞƏRH

Azertag portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Bakı, 20 may, AZƏRTAC

Türk dünyası hazırda yeni və daha dinamik geosiyasi mərhələyə qədəm qoyur. Son illərdə baş verən proseslər açıq şəkildə göstərir ki, Türk dövlətləri arasında əməkdaşlıq artıq yalnız diplomatik və iqtisadi sahələrlə məhdudlaşmır, eyni zamanda hərbi, siyasi, ictimai, mədəni və institusional müstəvidə də sürətlə dərinləşir. Bu yaxınlaşmanın əsas dayaqlarını isə ortaq tarixi yaddaş, ümumi təhlükəsizlik maraqları, milli-mənəvi dəyərlər və regional inteqrasiyanın gücləndirilməsi təşkil edir.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında “Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsi” (CASCFEN) İctimai Birliyinin sədri, siyasi şərhçi Nadir Azəri səsləndirib.

O bildirib ki, Türk dünyasının gələcək strateji hədəfləri artıq ən yüksək siyasi səviyyədə açıq şəkildə ifadə olunur: “Prezident İlham Əliyevin Qazaxıstanın Türküstan şəhərində keçirilən Türk Dövlətləri Təşkilatının Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşündə səsləndirdiyi fikirlər də bunu bir daha təsdiqləyir. Dövlət başçısı bəyan edib ki, ailəmiz olan Türk dünyası XXI əsrin nüfuzlu geosiyasi güc mərkəzlərindən birinə çevrilməlidir və Azərbaycan bundan sonra da Türk Dövlətləri Təşkilatının möhkəmləndirilməsi naminə səylərini əsirgəməyəcək. Bu yanaşma Türk dünyasında inteqrasiyanın artıq strateji prioritetə çevrildiyini göstərir”.

Nadir Azəri qeyd edib ki, Türk dövlətləri liderlərinin nümayiş etdirdiyi siyasi iradə Türk Dövlətləri Təşkilatının artıq regional platformadan qlobal aktora çevrilməsi istiqamətində mühüm mərhələnin əsasını formalaşdırır: “Lakin təbii ki, bu prosesin davamlı və effektiv olması üçün əməkdaşlıq yalnız dövlətlərarası münasibətlərlə məhdudlaşmamalıdır. İctimai dəstək, vətəndaş cəmiyyətinin iştirakı və institusional mexanizmlərin inkişafı da xüsusi əhəmiyyət daşıyır. Çünki hər hansı siyasi strategiyanın uzunömürlü və təsirli olması üçün onun cəmiyyət tərəfindən qəbul edilməsi və dəstəklənməsi vacibdir. Bu baxımdan qeyri-hökumət təşkilatlarının rolu xüsusilə ön plana çıxır. Sevindirici haldır ki, bu istiqamətdə də Azərbaycanın təşəbbüskarlığı açıq şəkildə müşahidə olunur. Ötən il Azərbaycanın təşəbbüsü ilə Türk Dövlətləri Təşkilatına üzv ölkələrin Qeyri-Hökumət Təşkilatlarının I Həmrəylik Forumu keçirildi və həmin forum çərçivəsində Türk Dövlətləri Təşkilatına üzv ölkələrin QHT Platforması yaradıldı. 2026-cı il mayın 16-da Azərbaycanın QHT Agentliyinin təşkilatçılığı, Türk Dövlətləri Təşkilatına üzv ölkələrin QHT-lərinin Platformasının tərəfdaşlığı ilə keçirilən İkinci Həmrəylik Forumu isə artıq bu əməkdaşlığın daha geniş miqyas aldığını və praktik mərhələyə keçdiyini nümayiş etdirdi”.

CASCFEN sədri vurğulayıb ki, forum çərçivəsində müxtəlif istiqamətlər üzrə əməkdaşlıq imkanları geniş şəkildə müzakirə olunub: “Xüsusilə Azərbaycan–Türkmənistan, Azərbaycan–Qırğızıstan və Azərbaycan–Şimali Kipr QHT-lərinin I Əməkdaşlıq Forumlarının keçirilməsi Türk dünyasında ictimai diplomatiyanın yeni mərhələyə qədəm qoyduğunu göstərir. Bununla yanaşı, forum çərçivəsində gənclərlə bağlı xüsusi panelin təşkil olunması da böyük əhəmiyyət daşıyır. Çünki ortaq tariximizin, mədəniyyətimizin, qəhrəmanlıq irsimizin, dil və əlifba birliyimizin gələcək nəsillərə ötürülməsi prosesində əsas missiya məhz gənclərin və vətəndaş cəmiyyətinin üzərinə düşür”.

Nadir Azəri hesab edir ki, Azərbaycanın təşəbbüsü ilə atılan addımlar artıq konkret nəticələr verməyə başlayıb: “Bu gün Türk Dövlətləri Təşkilatına üzv ölkələrin QHT Platforması Türk dünyası vətəndaş cəmiyyətinin daha sıx inteqrasiyası üçün mühüm baza rolunu oynayır. Eyni zamanda bu platforma gələcək mərhələdə daha sistemli əməkdaşlıq mexanizmlərinin, ortaq layihələrin və uzunmüddətli strateji proqramların hazırlanması üçün geniş imkanlar yaradır. Hesab edirəm ki, növbəti mərhələdə bu Platforma Türk dünyası liderlərinin ortaya qoyduğu siyasi iradəyə uyğun şəkildə daha geniş fəaliyyət proqramları, strateji sənədlər və ortaq fəaliyyət mexanizmləri hazırlamalıdır. Məhz bu yanaşma Türk dünyası QHT-lərinin daha sıx inteqrasiyasını təmin etməklə yanaşı, ortaq milli-mənəvi mirasın qorunması, gələcək nəsillərə ötürülməsi və davamlı əməkdaşlığın daha da gücləndirilməsi baxımından mühüm rol oynayacaq”.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:172
embedMənbə:https://azertag.az
archiveBu xəbər 20 May 2026 08:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Koçinyan: Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin dialoqu yeni reallıqların yaradılmasına yönəlib

26 Noyabr 2026 22:05see346

Dövlət İdarəçilik Akademiyasının tələbəsi binadan necə yıxılıb? təfərrüat (Video)

26 Noyabr 2026 22:31see333

Azərbaycan və Aİ Orta Dəhlizin inkişafı ilə bağlı razılığa gəldi

26 Noyabr 2026 19:36see322

AZAL ın ötənilki qazancı açıqlandı 1,2 milyard manat!

26 Noyabr 2026 22:21see319

Azərbaycan Ermənistan dialoqunda yeni mərhələ: 6 komitə yaradılır

26 Noyabr 2026 19:50see308

Filarmoniyada Dövlət Mahnı və Rəqs Ansamblının konserti təqdim olunub (Foto)

26 Noyabr 2026 18:52see305

Gündə 5 ədədi qanda şəkəri sala bilər

26 Noyabr 2026 20:41see277

Kəmalə Qaramollayeva Heydər Əliyev Sarayında möhtəşəm konsert proqramı ilə çıxış etdi FOTO

26 Noyabr 2026 21:06see274

Lavrov ABŞ ı Avropaya nümunə göstərdi: “Siyasi yetkinlik nümayiş etdirirlər” Video

26 Noyabr 2026 21:58see269

“Milan“ səfərdə “Olimpiakos“a qalib gəlib

27 Noyabr 2026 00:14see265

Bu şokolad apteklərdə reseptlə veriləcək YE, ARIQLA

26 Noyabr 2026 20:35see259

İçində partlayıcı olan deserti yeyən kişi öldü

26 Noyabr 2026 22:26see256

Psixoloji gərginliyin artmasının əsas səbəbləri nələrdir? PSİXOLOQ AÇIQLADI

27 Noyabr 2026 12:12see239

Mərkəzi Gömrük Hospitalı tərəfindən Gəncə şəhərində genişmiqyaslı tibbi sosial tədbirlər keçirilib

27 Noyabr 2026 13:35see229

Duş qəbul etmək üçün ən doğru vaxt hansıdır? Mütəxəssis AÇIQLADI

27 Noyabr 2026 11:31see227

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see224

Mədəaltı vəzi xərçənginə qarşı yeni həbb

27 Noyabr 2026 11:13see205

Silikon qablar nə zaman təhlükəli olur? MÜTƏXƏSSİS AÇIQLADI

27 Noyabr 2026 11:07see202

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see200

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see200
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri