Icma.az
close
up
RU
“Azərbaycanın tezlik zolaqlarının ayrılması Cədvəli” təsdiq edilib

“Azərbaycanın tezlik zolaqlarının ayrılması Cədvəli” təsdiq edilib

Unikal.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Radiotezliklər üzrə Dövlət Komissiyasının növbəti iclası keçirilib. İclasda gündəlikdə olan məsələlərə baxılıb.

"Unikal" xəbər verir ki, Dövlət Komissiyasına daxil olmuş 25 müraciətə baxılaraq müvafiq qərarlar qəbul edilib. Bunlardan 3-ü radiorabitənin təşkili məqsədilə istifadə olunan radiostansiyalar, 4-ü birgə istifadə, 5-i gəmilərdə istifadə edilən radio avadanlıqlar, 5-i GNSS (Global Navigation Satellite System) məlumatlarının ötürülməsi, 1-i trank radiorabitə şəbəkəsinin təşkili üçün, 3-ü rəsmiləşdirmə, 1-i simsiz giriş şəbəkələri (Wi-Fi simsiz texnologiya (2.4 QHs)), 1-i mobil rabitə üçün, 2-si radiolokasiya üçün (radiozond) radiotezliklərin ayrılması ilə bağlı olub.

Dövlət Komissiyasının iclasında radiotezliklərin ayrılması ilə bağlı 25 müraciətin hamısı müsbət cavablandırılıb və müvafiq icazələr verilib.

Bundan başqa, Dövlət Komissiyasının müvafiq qərarları ilə əvvəlki iclaslarda tezliklərin ayrılmasına icazə verilmiş, lakin radiorabitə şəbəkələrinin istifadəsini dayandıraraq könüllü olaraq radiotezlik istifadəsindən “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikası Qanununun 26.1.1-ci maddəsinə uyğun olaraq imtina edən 8, “Telekommunikasiya haqqında” Azərbaycan Respublikası Qanununun 13.2-1.2-ci maddəsinə uyğun olaraq, radiotezliklərin ayrılması haqqında qərar alındıqdan sonra 1 ay müddətində Dövlət Radiotezliklər İdarəsi ilə radiotezliklərdən istifadəyə dair müqavilə bağlamayan 10, habelə “Telekommunikasiya haqqında” Azərbaycan Respublikası Qanununun 13.2-1.3-cü maddəsinə uyğun olaraq, radiotezliklərdən istifadəyə dair bağlanılmış müqavilədə olan öhdəlikləri yerinə yetirilməyən, o cümlədən tezlik nominalları üçün mövcud tariflərə uyğun 2 il müddətində ödənişləri tam aparmayan və ayrılmış radiotezlikləri 3 ay müddətində istifadə etməyən 2 tezlik istifadəçisi üçün Dövlət Komissiyasının tezlik ayrılması barədə qərarları ləğv edilib. Ümumilikdə 20 ədəd tezlik resursu (radiotezlik nominalı) dövlət resursu kimi geri alınıb.

Dövlət Komissiyasının iclasında, həmçinin Beynəlxalq Telekommunikasiya İttifaqı tərəfindən yayımlanan ən son Radiorabitə Reqlamentinə uyğun olaraq yenilənmiş “Azərbaycan Respublikasının tezlik zolaqlarının ayrılması Cədvəli” təsdiq edilib.

Qeyd edək ki, Nazirlər Kabinetinin 2007-ci il 1 fevral tarixli 22 nömrəli qərarı ilə təsdiq edilmiş “Radiotezliklərin ayrılması, qeydiyyatı, istifadəsi və ödənişlərin təyin olunması qaydaları”na əsasən, respublika ərazisində istehsal edilən, modernizə və ya idxal olunan, həmçinin istismarı nəzərdə tutulan radioelektron vasitələr üçün radiotezlik zolaqlarının ayrılması məqsədilə hüquqi və fiziki şəxslər yazılı formada Komissiyaya müraciət etməlidirlər.

Əsasnaməsinə uyğun olaraq Dövlət Komissiyası nəzdində yaradılan və daimi fəaliyyət göstərən Katibliyin funksiyalarını Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi bilavasitə və tabeli qurumları vasitəsilə həyata keçirir. Katiblik Dövlət Komissiyası iclaslarının keçirilməsi ilə bağlı təşkilati məsələlərin həlli, mülki məqsədlər üçün radiotezliklərin ayrılmasına dair müraciətlər üzrə araşdırma aparılması, müzakirəyə çıxarılacaq məsələlərə aid sənədlərin hazırlanması, iclasların təşkili, nəticələrinin protokollaşdırılması və kargüzarlıq işlərini icra edir.

Radiospektr idarəçiliyini həyata keçirən İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyi, eyni zamanda Dövlət Komissiyasının Katibliyinə də rəhbərlik edir.
 


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:129
embedMənbə:https://unikal.az
archiveBu xəbər 04 Aprel 2025 13:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see205

Pezeşkian, Rza Pəhləvi, SEPAH üçlüyü İranda Yuqoslaviya variantı

09 Yanvar 2026 14:00see190

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see182

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see182

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see179

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see170

“Biz oraya çatanda onlar qaçdılar” Tramp Rusiya tankerinin ələ keçirilməsindən danışdı

09 Yanvar 2026 11:53see169

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see158

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see143

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see141

Təyyarəmizi vuran generala qarşı bütün ittihamlar ləğv edildi

09 Yanvar 2026 17:51see141

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see140

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see137

Yenə görüşə bilərlər

08 Yanvar 2026 23:38see137

“Gələcəyə iti baxış: eynək istifadəçiləri üçün sevindirici xəbər“ CNN

08 Yanvar 2026 23:03see136

Qəza, əzab, xəstəlik qaraçılar nasistlərə lənət yağdırıblar və bəziləri ona düçar olub

09 Yanvar 2026 09:20see134

“Kinon” abunəliyini bank kartı ilə ödəmək mümkündür

09 Yanvar 2026 16:15see134

Xətaidə parkdakı ağaclar gecəylə kəsilib Dövlət Xidməti Baş Prokurorluğa müraciət edib

08 Yanvar 2026 23:31see132

İstanbul məhkəməsi Ekrem İmamoğlu barəsində yeni qərar verdi

09 Yanvar 2026 23:23see132

Tramp Rza Pəhləvi ilə mümkün görüşdən danışdı

08 Yanvar 2026 23:39see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri