Azərbaycanın turizm imkanları Rusiyada silsilə tədbirlərlə təqdim olunub
Icma.az, Azertag portalına istinadən məlumat verir.
Bakı, 19 mart, AZƏRTAC
Azərbaycan Turizm Bürosunun təşkilatçılığı ilə martın 16-18-də Rusiyada silsilə tanıtım tədbirləri həyata keçirilib.
Dövlət Turizm Agentliyindən AZƏRTAC-a bildirilib ki, “Şahdağ” Turizm Mərkəzi və “Azərbaycan Hava Yolları” QSC (AZAL) daxil olmaqla 13 yerli turizm sənayesi nümayəndəsinin iştirakı ilə keçirilən tədbirlər Moskva və Sankt-Peterburq şəhərlərində təşkil olunub.
Rusiyadan olan 240-dan çox turizm şirkəti və media nümayəndəsinin qatıldığı görüşlərdə Azərbaycan ilboyu cəlbedici turizm istiqaməti kimi təqdim edilib. İştirakçılara ölkəmizin sağlamlıq turizmi, qastronomiya, mədəniyyət və işgüzar tədbirlər sahəsində mövcud imkanları barədə ətraflı məlumat verilib, həmçinin B2B formatında görüşlər keçirilib.
Moskvada keçirilən tədbirdə Azərbaycanın Rusiyadakı səfiri Rəhman Mustafayev də iştirak edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:146
Bu xəbər 19 Mart 2026 16:27 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















