Azərbaycanın Türkiyədəki Səfirliyindən tələbələrə yeni xidmət
Icma.az, Modern.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Azərbaycan Respublikasının Türkiyə Respublikasındakı Səfirliyinin təhsil məsələləri üzrə fəaliyyətinin daha sistemli, operativ və peşəkar şəkildə işıqlandırılması məqsədilə rəsmi “Facebook” səhifəsi yaradılıb.
Modern.az xəbər verir ki, həmin səhifədə mütəmadi olaraq aşağıdakı istiqamətlər üzrə məlumatlar paylaşılacaq:
- Azərbaycan və Türkiyə arasında təhsil sahəsində əməkdaşlıq;
- Universitetlərarası əlaqələr və akademik tərəfdaşlıqlar;
- Təqaüd proqramları, təhsil imkanları və akademik mobillik;
- Türkiyədə təhsil alan Azərbaycan vətəndaşları üçün faydalı məlumatlar və elanlar;
- Türkiyədə təhsil alan Azərbaycan vətəndaşlarının akademik, elmi, innovasiya, mədəni və ictimai sahələrdə əldə etdikləri nailiyyətlər;
- Rəsmi görüşlər, tədbirlər və təhsil diplomatiyası çərçivəsində həyata keçirilən fəaliyyətlər;
- Beynəlxalq akademik əməkdaşlıq, elm və ali təhsil sahəsində aktual yeniliklər.
“Facebook” ünvanı: Təhsil Məsələləri - Azərbaycanın Türkiyədəki Səfirliyi
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:177
Bu xəbər 16 İyul 2026 12:18 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















