Icma.az
close
up
RU
Azərbaycanın U19 millisi bu gün İsveçrə ilə qarşılaşacaq

Azərbaycanın U19 millisi bu gün İsveçrə ilə qarşılaşacaq

On doqquz yaşadək qadın futbolçulardan ibarət Azərbaycan milli komandası bu gün Avropa çempionatının seçmə mərhələsində ilk oyununu keçirəcək.

"Unikal" xəbər verir ki, B Liqasının 5-ci qrupunda yer alan yığma İsveçrə ilə üz-üzə gələcək. Kiprin “Kouklia Community” stadionunda təşkil olunacaq qarşılaşma Bakı vaxtı ilə saat 13:00-da başlayacaq.

Görüşü ukraynalı referi Kristina Kozoroq idarə edəcək.

Qeyd edək ki, Azərbaycan millisi növbəti oyunlarını Estoniya və İsveçrə seçmələrinə qarşı keçirəcək.


seeBaxış sayı:71
embedMənbə:https://unikal.az
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri