Azərbaycanın U19 millisi növbəti matçına çıxacaq
Icma.az bildirir, Cebheinfo saytına əsaslanaraq.
19 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi bu gün Avropa çempionatının seçmə mərhələsində üçüncü matçına çıxacaq.
Elxan Abdullayevin baş məşqçisi olduğu komanda Moldova ilə üz-üzə gələcək.
Kişinyovdakı “Zimbru” stadionunda baş tutacaq oyun Bakı vaxtı ilə saat 15:00-da start götürəcək.
Meydan sahibləri 1 xalla üçüncü, əvvəlki iki görüşdə məğlub olan U-19 yığmamız sonuncu - dördüncü sıradadır. Lider İslandiyanın 6, ikinci yerdəki İrlandiyanın 4 xalı var.
Qeyd edək ki, U-19 daha əvvəl İslandiya (0:2) və İrlandiyaya (0:4) uduzub.
"Cebheinfo.az"
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Azərbaycanın U19 millisi bu gün seçmə mərhələdə növbəti matçına çıxacaq
19 Noyabr 2024 09:14
U19 millimiz seçmə mərhələdə növbəti matçına çıxacaq
19 Noyabr 2024 10:36
Azərbaycanın U19 millisi seçmə mərhələdə son oyununa çıxacaq AZƏRTAC
02 Dekabr 2024 10:29
Azərbaycanın futzal millisi Avropa çempoionatının əsas mərhələsində son matçına çıxacaq
15 Aprel 2025 09:06
Azərbaycanın U19 millisi İrlandiyaya uduzub
16 Noyabr 2024 15:59

