Azərbaycanın üç yunan Roma güləşçisi qızıl medal uğrunda yarışacaqlar
Sia Az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Slovakiyanın Bratislava şəhərində güləş üzrə Avropa çempionatının son günündə Azərbaycanın üç yunan-Roma güləşçisi qızıl medal uğrunda yarışacaqlar. SİA-nın məlumatına görə, Nihat Məmmədli (60 kq, Həsrət Cəfərov (67 kq) və Qurban Qurbanov (82 kq) fəxri kürsünün ən yüksək pilləsinə qalxmağa çalışacaqlar.
Ülvi Qənizadə isə (72 kq) bürünc medal uğrunda mübarizə aparacaq.
Qeyd edək ki, daha əvvəl sərbəst güləşçilər 1 qızıl, 1 gümüş və 4 bürünc mükafata sahib çıxıblar. Giorgi Meşvildişvili (125 kq) Avropa çempionu olub, Osman Nurməhəmmədov (92 kq) gümüş, İslam Bazarqanov (57 kq), Əli Rəhimzadə (65 kq), Kənan Heybətov (70 kq) və Ağanəzər Novruzov (74 kq) bürünc medala sahib çıxıblar.
Yunan-Roma güləşçilərindən Eldəniz Əzizli (57 kq) gümüş, İslam Abbasov (87 kq) bürünc medal qazanıb. Azərbaycanın sərbəst güləş millisi komanda hesabında Avropa çempionu olub. Qadınlardan isə Jalə Əliyeva (57 kq) bürünc mükafat əldə edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:68
Bu xəbər 13 Aprel 2025 09:43 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















