Icma.az
close
up
RU
Azərbaycanın uğurlu inkişafı: Prezident İlham Əliyevin liderliyində yeni dövr

Azərbaycanın uğurlu inkişafı: Prezident İlham Əliyevin liderliyində yeni dövr

Icma.az bildirir, Ses qazeti portalına istinadən.

Müasir müstəqil Azərbaycan dövlətinin davamlı və hərtərəfli inkişafı Prezident İlham Əliyevin adı və fəaliyyəti ilə sıx bağlıdır. Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi siyasi kursun layiqli davamçısı olan Prezident İlham Əliyev ölkəmizi yeni inkişaf mərhələsinə yüksəltmiş, Azərbaycanı regionun və dünyanın nüfuzlu dövlətlərindən birinə çevirmişdir.

Prezident İlham Əliyevin rəhbərliyi dövründə həyata keçirilən məqsədyönlü iqtisadi siyasət nəticəsində Azərbaycan dayanıqlı inkişaf modelini formalaşdırmışdır. Enerji sektorunda qazanılan uğurlar, xüsusilə beynəlxalq əhəmiyyətli neft-qaz layihələrinin reallaşdırılması ölkənin iqtisadi gücünü artırmaqla yanaşı, onun geosiyasi mövqeyini də möhkəmləndirmişdir. Bununla paralel olaraq, qeyri-neft sektorunun inkişafı, regionların sosial-iqtisadi dirçəlişi dövlət siyasətinin əsas prioritet istiqamətlərindən biri olmuşdur.

Prezident İlham Əliyevin sosial yönümlü siyasəti əhalinin rifah halının yüksəldilməsinə xidmət edir. Təhsil, səhiyyə, mədəniyyət və sosial müdafiə sahələrində həyata keçirilən ardıcıl islahatlar insan kapitalının inkişafına verilən yüksək dəyərin bariz göstəricisidir. Xüsusilə təhsil sahəsində yeni məktəblərin inşası, mövcud təhsil müəssisələrinin müasir standartlara uyğunlaşdırılması, gənc nəslin vətənpərvər və bilikli ruhda yetişdirilməsi dövlətin gələcəyə hesablanmış siyasətinin tərkib hissəsidir.

Azərbaycan tarixinin ən şanlı səhifələrindən biri olan 44 günlük Vətən müharibəsində qazanılan möhtəşəm Qələbə Prezident İlham Əliyevin Ali Baş Komandan kimi qətiyyətinin, siyasi iradəsinin və uzaqgörən liderliyinin təntənəsidir. Azərbaycanın ərazi bütövlüyünün bərpası milli birlik və həmrəyliyin simvoluna çevrilmiş, xalqın dövlətinə və liderinə olan inamını daha da gücləndirmişdir. Azad edilmiş ərazilərdə aparılan genişmiqyaslı bərpa və quruculuq işləri isə ölkənin gücünü və gələcəyə olan əminliyini nümayiş etdirir.

Beynəlxalq münasibətlər müstəvisində Prezident İlham Əliyevin balanslaşdırılmış və prinsipial xarici siyasəti nəticəsində Azərbaycan etibarlı tərəfdaş kimi tanınmış, beynəlxalq təşkilatlarda nüfuzu xeyli artmışdır. Azərbaycan sülh, əməkdaşlıq və təhlükəsizliyin möhkəmləndirilməsinə xidmət edən təşəbbüslərlə çıxış edərək qlobal miqyasda öz mövqeyini gücləndirməkdədir.

Bütün bunlar bir daha sübut edir ki, Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan güclü dövlət quruculuğu yolunda inamla irəliləyir. Onun fəaliyyəti xalqın rifahına, dövlətin qüdrətinin artırılmasına və milli maraqların qorunmasına xidmət edən mükəmməl liderlik nümunəsidir.

Aidə İsgəndərli,

Gədəbəy şəhər 2 nömrəli tam orta ümumtəhsil məktəbin gənc direktoru

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:203
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 23 Dekabr 2025 14:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see357

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see356

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see346

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see344

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see333

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see327

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see315

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see310

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see308

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see305

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see297

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see294

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see288

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see276

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see275

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see265

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see256

Qazax şəhərində beşinci İdman Festivalının açılış mərasimi keçirilib FOTO

20 Noyabr 2026 21:35see242

3 Tesla MRT SAF Hospitalda Nə zaman həyat əhəmiyyətlidir? (VİDEO)

20 Noyabr 2026 15:57see236

Nəhəng gəmidə NAMƏLUM XƏSTƏLİK yayıldı 150 yə yaxın insanda QORXULU ƏLAMƏTLƏR

20 Noyabr 2026 15:17see233
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri