Icma.az
close
up
RU
Azərbaycanın Ukraynaya göstərdiyi humanitar yardımların ümumi həcmi

Azərbaycanın Ukraynaya göstərdiyi humanitar yardımların ümumi həcmi

Icma.az bildirir, Modern.az portalına istinadən.

2022-ci ilin fevralında başlayan Rusiya-Ukrayna müharibəsi dünyanın diqqətini özünə cəlb edib. Bu müharibə Ukraynada şəhərlərin dağılmasına, dinc insanların qaçqın-köşkünə çevrilməsinə, humanitar problemlərlə üzləşməsinə səbəb olub. Azərbaycan müharibə başlayan ilk vaxtlardan Ukraynaya humanitar yardımlar göstərib. 

Modern.az-ın hökumətdəki mənbələrdən əldə etdiyi məlumata görə, Azərbaycan Respublikası hərbi əməliyyatlar başlayandan indiyədək Ukraynaya ümumi maliyyə həcmi təxminən 75 milyon AZN-dən (44 milyon ABŞ dolları) çox humanitar yardım göstərib. 

Azərbaycan Ukraynaya dərman vasitələri, tibbi sərfiyyat ləvazimatları və tibbi avadanlıqlar, ərzaq məhsullarından ibarət yardımlar yollayıb.

Eləcə də, Ukraynanın müharibədən zərər çəkmiş ərazilərinin elektrik enerjisi ilə dayanıqlı təchizatının bərpasına dəstək məqsədilə ölkəmiz tərəfindən müxtəlif zamanlarda Ukraynaya müvafiq elektrik avadanlıqlarından ibarət yardımlar göndərilib. 

Bununla yanaşı, Ukraynanın bərpası və həyata keçirilən yenidənqurma işlərinə dəstək məqsədilə İrpen şəhərində əhəmiyyətli işlər görülüb, hərbi əməliyyatların zərər verdiyi ərazilərdə humanitar minatəmizləmə fəaliyyətinin aparılmasına töhfə verilib. Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Ukraynadakı törəmə şirkəti olan “SOCAR Energy Ukraine” 2023-cü ildə İrpen şəhərindəki Zərifə Əliyeva adına 12 nömrəli məktəbin bərpası prosesində iştirak edib. Bundan əlavə, Zərifə Əliyeva adına Dostluq parkının abadlaşdırılması istiqamətində də bir sıra işlər görülüb. Parkın su təchizatı maliyyələşdirilib.

Bununla yanaşı, Azərbaycan müharibədən zərər çəkmiş ukraynalı uşaqların sosial-psixoloji reabilitasiyasına önəm verən ölkələr sırasında öndə gedir. Müharibə başlayan gündən bu yana mütəmadi olaraq ukraynalı uşaqların ölkəmizdə müvafiq dəstək alması təşkil olunur. Bu yaxınlarda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin təşkilatçılığı ilə Ukraynadan daha 30 uşaq reabilitasiya xidmətləri ilə təmin edilmək üçün ölkəmizə gətirilib. Həmin uşaqlar Agentliyin Qəbələ Uşaq Reabilitasiya Mərkəzində 10 günlük reabilitasiya proqramı çərçivəsində tibbi, sosial-psixoloji reabilitasiya xidmətləri ilə təmin ediləcəklər.
Onlar üçün peşəkar psixoloqlar tərəfindən fərdi konsultasiyalar, qrup terapiyaları, eləcə də yoqa və rəqs terapiya məşğələləri təşkil olunacaq. Məqsəd onların emosional vəziyyətlərinin stabilləşməsinə, cəmiyyətə inteqrasiyalarının təmin edilməsinə dəstək göstərməkdir. Həmçinin uşaqlar üçün Qəbələ və Şəkidəki istirahət mərkəzlərinə, tarixi-memarlıq abidələrinə ekskursiyalar da təşkil olunacaq.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:53
embedMənbə:https://modern.az
archiveBu xəbər 26 Avqust 2025 17:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qara Qarayeva və Rəşad Hüseynova vəzifə verildi

11 Yanvar 2026 21:02see176

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see174

“Sabah” və “Şamaxı” yoxlama oyununda üz üzə gələcək

11 Yanvar 2026 13:28see168

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see157

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see154

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see151

Karvan Yevlax heyətini gücləndirdi... Birinci divizion təmsilçisi ilə

10 Yanvar 2026 22:57see147

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see143

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see139

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see139

“Liverpul”da ağır itki “Qarabağ”la oyunu buraxacaq

11 Yanvar 2026 17:11see136

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see136

Evini baha qiymətə satmaq üçün qonşunun itlərini daşlayırmış SUMQAYITDAKI GÖRÜNTÜLƏRLƏ BAĞLI ARAŞDIRMA

10 Yanvar 2026 18:30see134

Qəbələ Kəpəz i məğlub edib

10 Yanvar 2026 16:39see133

Nadir şahdan bu günə: İran Türkiyə Səudiyyə Ərəbistanı üçbucağı

12 Yanvar 2026 08:57see132

UFC nin sabiq çempionu Uitakkerlə mümkün döyüş barədə: “Bu, hamının yatdığı o qız kimidir”

11 Yanvar 2026 16:04see132

Ermənistan neft məhsullarımızın pulunu belə ödəyir SXEM AÇILDI

10 Yanvar 2026 13:48see132

Dəniz suyu içməli olacaq

10 Yanvar 2026 12:53see132

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see130

Dünyanın ən yavaş reketi: 60 yaşı var, amma hələ də istifadə olunur

11 Yanvar 2026 20:28see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri