Icma.az
close
up
RU
Azərbaycanın ürəyimdə xüsusi yeri var...Bakıda, Gəncədə, Sumqayıtda kasetlərimə qulaq asırdılar

Azərbaycanın ürəyimdə xüsusi yeri var...Bakıda, Gəncədə, Sumqayıtda kasetlərimə qulaq asırdılar

Azpost saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Azərbaycanəsilli İran müğənnisi, dünya şöhrətli Ququş (Faiqə Atəşin) haqqında yeni bioqrafik kitab nəşr olunub. “Googoosh: A Sinful Voice” adlı kitabda sənətçinin uşaq yaşlarından səhnəyə çıxması, 1979-cu il İslam İnqilabından sonra ona qoyulan məhdudiyyətlər, uzun illər susqunluq dövrü və möhtəşəm səhnə qayıdışı geniş şəkildə təsvir edilir. Kitab Ququşun yaradıcılıq yolunu formalaşdıran siyasi, sosial və mədəni çərçivələri faktlara əsaslanaraq təqdim edir, onun 1970-ci illərdə bölgənin ən populyar qadın ifaçılarından birinə çevrilməsini və inqilabdan sonra təxminən 20 il səhnədən uzaq qalmasını ətraflı şəkildə izah edir.

HafizTimes.com Ququşun Azərbaycan kökləri və ailə tarixi ilə bağlı illərdir gizli qalan etiraflarını araşdırıb eksklüziv olaraq təqdim edir:

– Anam və atam hər ikisi İranın Qərbi Azərbaycan əyalətindən idi. Onlar əksər İran azərbaycanlıları kimi həm Azərbaycan türkcəsini, həm də fars dilini bilirdilər, amma evdə həmişə Azərbaycan türkcəsində danışırdılar. Fars dilində danışanda Azərbaycan ləhcələri çox güclü olurdu ki, bu da o dövrlərdə atamın aktyor karyerasına müəyyən məhdudiyyət gətirmiş ola bilər. Onların Azərbaycan dilinə, yeməyinə, musiqisinə və rəqsinə olan ortaq sevgisi, tamamilə fərqli sosial dünyalardan olan iki insanı birləşdirən körpü rolunu oynayırdı.

Əfsanəvi müğənni Ququş illər sonra ilk dəfə olaraq, azərbaycanlı babasının kimliyini də açıqlayıb:

– Anam Nəsrin həkim və mühəndislərdən ibarət bir ailədən gəlirdi. Atam Sabir isə demək olar ki, savadsız, sadə bir ailədə anadan olmuşdu. Anamın ailəsi bölgənin paytaxtı Miandoab şəhərində yaşayırdı. Atamın ailəsi isə kiçik bir kənddə yaşayırdı (adını xatırlamıram). Anam valideynləri, xüsusən də atası Qulu Sübhi (uğurlu bir mexanik mühəndis) tərəfindən çox sevilirdi. Atam isə uşaqlıqdan ailəsinin süfrəsinə yemək qoymaq üçün müxtəlif işlərdə çalışırdı və o, uşaq ikən anası dünyasını dəyişmişdi. Xatırlayıram ki, anam, bəlkə də dayım Naderin həyat yoldaşı bir dəfə eyham vurmuşdu ki, ata nənəm yəqin ki, ərinin ikinci arvad almasından sonra intihar etmişdi. Anamın valideynləri qatı kommunist idilər, atamın valideynləri isə şiə müsəlman idi.

Ququş babası Qulu Sübhinin edam edildiyini də etiraf edib. (Əslən gəncəli olan Qulu Sübhi 1945-1946-cı illərdə Seyid Cəfər Pişəvərinin yaratdığı Milli Ordunun – Marağa qarnizonun polkovniki olub. Vətən fədaisi olan bu şəxs hakim rejim tərəfindən dar ağacından asılaraq, qəddarlıqla qətlə yetirilib)

– 1945-ci ildə Soyuq Müharibənin başlanğıcında, babam Qulu Sübhi Azərbaycan Xalq Hökuməti (AXH) – qısaömürlü və tanınmamış bir dövlət – tərəfindən polkovnik təyin edildi. Sovet İttifaqı, II Dünya Müharibəsi zamanı Şimali Azərbaycanı işğal etdikdən sonra bu bölgəni tərk etmək istəmirdi, bu müvəqqəti hökumətin yaradılmasını bölgədə təsirini qorumaq strategiyasının bir hissəsi kimi dəstəklədi. Bir il sonra yeni yaranmış AXH İran ordusu tərəfindən qanlı bir döyüşdə məğlub ediləndə, babam və digər AXH liderləri həbs edildi və xəyanətə görə ölüm cəzasına məhkum olundu. O vaxt anam on dörd yaşında idi, üç uşaq arasında ən böyük idi. Babamın edamından bir il sonra, üç uşaq və onların anası Məhbubə İranın Qərbi Azərbaycan əyalətindən qovuldu və Tehran şəhərində sürgündə yaşamağa məhkum edildilər.

Miandoabda şəkər fabriki olan uzun illərdir ailəmizin dostu cənab Kouşeşi nənəmə söz verdi ki, tək qadının üç uşağı ilə 385 mildən çox bir məsafəni təhlükəsiz keçməsi üçün onlara yolda yoldaşlıq edəcək birini tapacaq. O, atamı çağırıb. Atam o vaxt təxminən iyirmi yaşında olub. O bir müddət öncə SSRİ-yə, bəlkə də Sovet Azərbaycana qayıtmışdı, orada akrobat kimi təhsil almış və hazırlanmışdı, buna görə də yalnız rus dilində oxuyub yaza bilirdi. Dolanışığını təmin etmək üçün o, həm şəkər fabrikində yarımştat işlə məşğul olurdu, həm də yerli məktəbdə idman dərsləri keçirdi. Atam əvvəllər Tehranı ziyarət etmişdi. Onun böyük dayısı İran azərbaycanlıları və digər etnik qrupların üzvləri kimi iqtisadi imkanların yaxşı olması səbəbindən ora köçmüşdü. Beləliklə, atam bu ümidsiz ailə ilə cənuba səyahət etmək tapşırığını qəbul etdi. Bu, bəlkə də onun həyatında etdiyi tək fədakar iş idi.

Atam və anam tamamilə yad insan idilər, amma pərdə arxasında hər hansı əlavə problemlərdən qaçmaq üçün nişanlı imiş kimi davranmalı idilər – çünki cəmiyyət üçün evlilikdən kənar bir kişi və gənc qadının birgə səyahət etməsi qəbuledilməz idi. Üç çətin gündən sonra Tehrana gedib çatıblar.

Tez-tez sevimli nənəm Bəhbəhi xatırlayıram. Nənəmi çox sevirdim. O vəfat edəndə təxminən on beş yaşım vardı. Xeyli sonra dayım Fərhəng mənə onun çəkdiyi əzabların dərinliyindən danışdı. Gəncliyində bolşevik inqilabını yaşamışdı. O və ailəsi Rusiyadan (heç vaxt hansı hissədən olduğunu öyrənmədim) qaçıb yeni qurulan Azərbaycan Demokratik Respublikasına sığınmışdılar. Bu, sonradan SSRİ-yə birləşdirilib Sovet Azərbaycanı adlandırılan dünyəvi, demokratik bir ölkə idi. İllər keçdikdən sonra, tale elə gətirdi ki, ailəsinin kommunistlərdən çəkdiyi bütün əzablara baxmayaraq, nənəm İran Azərbaycanında çoxlu kommunist tərəfdarlarından biri olan babama aşiq olub onunla ailə qurdu. Öz keçmişinə baxmayaraq, o, babamı və onun siyasi arzularını izləməkdən çəkinmədi. Nənəmi çox yaxşı anlayırdım: nə o, nə də mən siyasət tərəfindən idarə olunmadıq. Onun kimi mən də yalnız sevginin ardınca gedirdim, qəlbin səsinə qulaq asırdım.

Əri edam edildikdən və Miandoəbdən sürgün olunduqdan sonra nənəm özünə və uşaqlarına Tehranda – sürgündə yeni bir həyat qurdu. Diş həkimliyi sahəsindəki biliyinə görə sovet xəstəxanasında iş tapdı, taleyinin ona verdiklərindən heç vaxt şikayət etmədən övladlarını dolandırdı. O vaxtlar çox gənc idim, parlaq təbəssümünün arxasında yalnız sürgündə yaşayanların anlaya biləcəyi dərin bir həsrət olduğunu dərk etmirdim.

Ququş ailəsi ilə bağlı xatirələrini də bölüşüb:

– 1964 və ya 1965-ci illərdə xalam Fəxri və onun əri Sovet Azərbaycanına köçmək qərarına gəldilər, xəyal etdikləri “Sovet arzusu”nun ardınca… Təxminən 70 yaşlarında olan nənəm də cəsarətli qərar verərək onlara qoşuldu. Nənəm “dəmir pərdəni” keçməyin necə təhlükəli olduğunu bilə-bilə yenə də onlarla getdi – uşaqkən yaşadığı yurda son bir dəfə dönmək ümidi onu çəkib aparırdı. Anama və dayım Fərhəngə vida etdi; bəlkə də bu səfərin böyük risk daşıdığını hiss edirdi, amma vətəninin çağırışı o qədər güclü idi ki, qarşısında dayana bilmədi. Mən də bu hissi çox yaxşı anlayıram…

(Ququş və oğlu Kambiz)

HafizTimes.com məşhur müğənni Ququşun Azərbaycanla bağlı fikirlərini eksklüziv olaraq təqdim edir:

– Azərbaycan mənim üçün musiqi və duyğu dünyasının xüsusi bir hissəsidir. Mənim ürəyimdə çox xüsusi yerə sahibdir. Mən o illərdə Azərbaycana gələ bilməsəm də, bilirəm ki, mahnılarım orada öz evini tapmışdı. Deyirlər ki, 70–80-ci illərdə Bakıda, Gəncədə, Sumqayıtda kasetlərimi gizlicə bir-birinə verirdilər. İnsanlar toylarında, məclislərində mənim mahnılarımı səsləndirirdilər. Bu, mənə hər dəfə böyük sevgi və məsuliyyət hissi verib. 2000-ci ildə uzun susqunluqdan sonra yenidən səhnəyə qayıdanda Los Anceles və Torontoda konsertlərimə o qədər çox azərbaycanlı gəlmişdi ki… Sanki illərin həsrəti ilə bir-birimizə qovuşurduq. Onların göz yaşları, səmimiyyəti, ürəkdən gələn “xoş gəldini” mənim üçün unudulmazdır. Musiqimdə Azərbaycan muğamının izlərini hiss edənlər çox olub. Bu, təsadüf deyil. Bizim musiqilərimizin ruhu bir-birinə yaxındır. Mən hər zaman Şərqin bu zəngin melodiyalarını səsimdə daşıdığımı hiss etmişəm. Azərbaycanın mənim musiqimə verdiyi sevgi, göstərdiyi dəyər heç vaxt unudulmaz. Çox sağ olun.

Qeyd edək ki, jurnalist Hafiz Əhmədov illər öncə araşdırması zamanı Ququşun babasının məhz tarixi şəxsiyyət Qulu Sübhi olduğunu sübut etmişdir. Sənətçi illər sonra bu araşdırmanın doğruluğunu özü təsdiq edib. Həmin geniş araşdırmanı da BURADAN oxuya bilərsiniz.

Hafiz Əhmədov

HafizTimes.com

AzPost.az

Paylaş

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:253
embedMənbə:https://azpost.info
archiveBu xəbər 10 Dekabr 2025 20:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın Azərbaycana marağının artması son illərdə formalaşan yeni geosiyasi və iqtisadi reallıqların nəticəsidir

27 Noyabr 2026 20:01see767

Cənubi Qafqazda sülh perspektivi regional iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır

27 Noyabr 2026 20:07see595

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see332

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see283

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see280

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see268

Bir qədəh şərab qan təzyiqinə necə təsir edir? Mütəxəssislər açıqlayıb

27 Noyabr 2026 22:17see249

Avropanın borc içində boğulan ölkələri Ən çətin vəziyyətdə olan hansıdır? Siyahı

28 Noyabr 2026 10:02see245

Dünya fond bazarlarında nə baş verir?

28 Noyabr 2026 13:46see228

50 illik həyat yoldaşını itirən müğənni: Onunla halallaşa bilmədik

28 Noyabr 2026 17:15see227

Rəşid Mahmudov 88 yaşında əsl ziyalımız, əsl vətəndaşımız, əsl insanımız

28 Noyabr 2026 22:45see214

Avropa İttifaqı ilə Yüksək Səviyyəli Nəqliyyat Dialoqu iclası

28 Noyabr 2026 13:40see212

Xərçəngin müalicəsi üçün yeni preparat hazırlandı

28 Noyabr 2026 09:05see208

Səhər tezdən işə və dərsə getmək sağlamlığa zərərlidir

29 Noyabr 2026 05:06see203

Anar Bayramov Lənkəran Rayon Mərkəzi Xəstəxanasının fəaliyyəti ilə tanış olub

28 Noyabr 2026 11:01see203

Dünyada cəmi bir ədəd qalan ağacı qorumaq üçün kəndirlə bağladılar

28 Noyabr 2026 00:39see201

Yeni Klinikada KT cihazı niyə işləmir? Rəsmi açıqlama

28 Noyabr 2026 20:12see192

Tamar İoseliani: Bakı Orta Dəhlizin inkişafında mühüm regional tərəfdaşdır

27 Noyabr 2026 22:46see191

Vatikan kitabxanaları ilə əməkdaşlıq

28 Noyabr 2026 14:45see190

Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri (28.11.2026)

28 Noyabr 2026 09:34see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri