Azərbaycanın valyuta ehtiyatları 8 ayda nə qədər artıb?
Milli.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Azərbaycan Mərkəzi Bankının (AMB) rəsmi valyuta ehtiyatları 2026-cı ilin ilk 8 ayında artıb.
Milli.Az AMB-yə istinadən xəbər verir ki, avqustun 31-nə Mərkəzi Bankın rəsmi valyuta ehtiyatları 15,3 milyard ABŞ dolları təşkil edib.
Ötən ilin sonunda bu göstərici 11,5 milyard dollar olub. Beləliklə, ilin əvvəlindən valyuta ehtiyatları 3,8 milyard dollar və ya 32,9% artıb.
2025-ci ilin avqustunun sonunda isə AMB-nin rəsmi valyuta ehtiyatları 11,2 milyard dollar təşkil edib. İllik müqayisədə ehtiyatlar 4,1 milyard dollar və ya 36% artıb.
Qeyd edək ki, iyulun sonunda Mərkəzi Bankın valyuta ehtiyatları 13,8 milyard dollar olub. Beləliklə, təkcə avqust ayında ehtiyatlar təxminən 1,5 milyard dollar və ya 11,1% artıb.
Müəllif: Malik Məlikov (Milli.Az redaktor)
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:179
Bu xəbər 07 Sentyabr 2026 14:50 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















