Icma.az
close
up
RU
Azərbaycanın vasitəçilik missiyası: İsrail və Suriya yenidən Bakını seçdi

Azərbaycanın vasitəçilik missiyası: İsrail və Suriya yenidən Bakını seçdi

Icma.az, 525.az portalına istinadən məlumat yayır.

Pərvanə SULTANOVA
[email protected]

Bu gün Azərbaycan dövlətinin həyata keçirdiyi xarici siyasət xətti regionda və dünyada sülhün, əmin-amanlığın, təhlükəsizliyin təmin edilməsinə yönəlib. Azərbaycanın uğurlu siyasi-diplomatik gedişləri orta güc faktoru kimi mövqelərini daha da gücləndirir, nüfuzunu artırır. Eyni zamanda, Bakının bir sıra regionlarda mövcud münaqişələrin, qarşıdurmaların çözülməsində vasitəçi rolunu da uğurlu edir, ona etimadı gücləndirir. Azərbaycan vaxtilə NATO-Rusiya danşıqlarına ev sahibliyi edib. Rusiya və ABŞ silahlı qüvvələrinin Baş Qərargah rəisləri də Bakıda bir araya gələrək müzakirələr aparmışdılar. Ardınca Türkiyə-İsrail, Suriya-İsrail rəsmilərinin görüşləri də məhz Bakının vasitəçiliyi ilə baş tutub. Əlbəttə ki, qarşıdurma vəziyyətində olan ölkələrin rəsmilərinin masa arxasında əyləşmələrində, hansısa məsələlərdə razılığa gəlmələrində Azərbaycanın rolu danılmazdır.

Məlum olduğu kimi, hazırda Suriya və İsrail arasında gərginlik mövcuddur. Azərbaycanın İsraillə münasibətələri yüksək səviyyədədir, Suriya ilə də ölkəmizi tarixi bağlar, dini-mədəni dəyərlər birləşdirir. Üstəgəl, Suriyadakı yeni hakimiyyətlə Azərbaycanın çox yaxşı əlaqələri var. Azərbaycan Suriyanın ərazi bütövlüyünə öz qətiyyətli dəstəyini ifadə edib, humanitar yardım göstərib, postmünaqişə dövründə bərpa-quruculuq prosesinə töhfə verməyə hazır olduğunu bəyan edib. İyulun 12-də Suriyanın keçid dövrü Prezidenti Əhməd Əl Şaraa Azərbaycanda işgüzar səfərdə olub. Prezident İlham Əliyevlə görüşdə əməkdaşlıq məsələləri, o cümlədən enerji istiqaməti müzakirə olunub. Əhməd Əl Şaraa görüş zamanı ölkəsinin üzləşdiyi ciddi enerji problemlərinin həllində Azərbaycanın töhfəsinin əhəmiyyətini vurğulayaraq, bunun Suriyanın inkişafına xidmət etdiyini söyləyib. Yeri gəlmişkən, Azərbaycan qazının Suriyaya tədarükünə avqustun 1-dən Türkiyə üzərindən Kilis boru kəməri ilə başlanması planlaşdırılır.

Əhməd Əl Şaraanın səfəri zamanı Bakıda həm də İsrail və Suriya nümayəndələri arasında Azərbaycanın vasitəçiliyi ilə danışıqlar keçirilib. Danışıqlarda İsrailin milli təhlükəsizlik müşaviri Tsaxi Xaneqbi və Suriya xarici işlər naziri Əsəd əş-Şeybani iştirak edib. Suriya ilə İsrailin son iyirmi ildə düşmənçilik münasibətlərində olduğunu nəzərə alsaq, bu, təbii ki, mühüm addım hesab olunur.

Artıq ərəb mətbuatı Suriya üzrə danışıqların növbəti raundunun da  Bakıda keçiriləcəyini yazıb. Qeyd olunub ki, İsrail nümayəndə heyətinin Suriya tərəfi ilə razılaşmaları yekunlaşdırmaq məqsədilə Azərbaycana səfəri gözlənilir. Məlumata görə, Türkiyə və Suriya kürd, druz və ələvilərin statusu, həmçinin İsrailin rolunu da əhatə edən regional qarşılıqlı anlaşma barədə danışıqlar aparır. Nəşr, həmçinin bildirib ki, İsrail nümayəndə heyəti Əs-Süveydə ətrafında mübahisəni tam həll etmək üçün Azərbaycanda danışıqlar aparacaq.

Bu, bir daha regionda və dünya siyasətində Azərbaycanın artan rolunu, nüfuzunu, ən başlıcası isə qazandığı etimadı nümayiş etdirir. Azərbaycanın vasitəçilik missiyası tərəflər arasında tezliklə sülhün əldə olunmasına, münaqişələrə son qoyulmasına uzun illərdir gərginlik, müharibə, döyüş meydanına çevrilmiş Yaxın Şərqdə sülhün olması Azərbaycan üçün də çox önəmlidir.

Milli Məclisin deputatı Ceyhun Məmmədov mövzu ilə bağlı "525"ə bildirib ki, son vaxtlar Azərbaycanın siyasətinin sürətli bir formada daha geniş regionları əhatə etdiyinin şahidiyik. Bu gün Azərbaycan Yaxın Şərqdədir, bu gün ölkəmiz eyni zamanda, Afrikadadır və Bakı bu siyasəti uğurla yerinə yetirir.

Deputat əlavə edib ki, Azərbaycan, həmçinin müxtəlif dövlətlərin arasında münaqişələrin həllinə töhfə verən ölkəyə çevrilib: "Dövlətimiz özünün vasitəçilik missiyasını bütün istiqamətlər üzrə uğurla icra edir və həyata keçirir. Bu istiqamətdə davamlı addımların atıldığının, çox mühüm səylərin göstərildiyinin şahidiyik. Bu səylər zamanında Türkiyə ilə Rusiya arasında əməkdaşlığa öz töhfəsini verdi. Türkiyə və Rusiya arasında mövcud konflikt həll olundu. Vaxtilə Azərbaycan eyni zamanda, Türkiyə ilə İsrail arasında proseslərə də öz töhfəsini verib. Yəni Azərbaycan hazırda da bu missiyanı uğurla yerinə yetirir".

Deputat söyləyib ki, bu gün ölkəmiz aralarında dərin konflikt olan Suriya və İsraillə bağlı da eyni missiyanı yerinə yetirir. Suriya-İsrail münaqişəsinin həllinə öz töhfəsini verir. Prosesin daha da irəli aparılması üçün müxtəlif addımlar atır və tədbirlər həyata keçirir: "Artıq bir neçə gündür ki, Bakıda İsraillə Suriya arasında danışıqların aparılacağına dair məlumatlar yayılır. Bu siyasətin mahiyyəti ondan ibarətdir ki, Azərbaycanın Yaxın Şərqdə də nüfuzu artır, Afrikada da bu işlər görülür. Azərbaycan artıq Suriyaya qaz satmağa başlayır, investisiya yatırmağı planlaşdırır. Bütün bunlar ona yönəlib ki, ölkələr arasında əlaqələr daha da inkişaf edəcək və Azərbaycanın vasitəçilik missiyası günü-gündən daha da güclənəcək. Bu isə iki dövlət arasında münaqişənin həllinə də öz töhfəsini verəcək".

Beynəlxalq Münasibətlərin Təhlilii Mərkəzinin (BMTM) eksperti Mətin Məmmədli isə "525"ə bildirib ki, Azərbaycan bundan əvvəl İsrail və Türkiyə rəsmilərinin görüşünə ev sahibliyi edib. İndi də İsrail və Suriya nümayəndələrinin görüşünün keçirilməsi gözlənilir. Bu da Azəbaycanın vasitəçiliyi ilə baş tutacaq: "Bu məsələdə mən iki məqamı qeyd etmək istəyirdim. Azərbaycan Yaxın Şərqdə və dünyada sülhün, əmin-amanlığın olmasında, müharibələrin, münaqişələrin qarşısının alınmasında maraqlıdır və bütün vasitələrlə çalışır ki, dünyada, öz regionumuzda və yaxın bölgələrdə sülh prosesinə öz töhfəsini versin. İkinci məqam ondan ibarətdir ki, artıq danılmaz faktdır ki, Azərbaycan qarşıdurmanın mövcud olduğu dövlətlər, tərəflər arasında danışıqların həyata keçirilməsi üçün uyğun bir platforma təmin edir. Ölkəmiz artıq orta güc kimi yerləşdiyi regionda, daha geniş coğrafiyada böyük nüfuza sahibdir. Özünün xarici siyasət fəlsəfəsinə uyğun olaraq müxtəlif dövlətlərlə yüksək səviyyəli münasibətlər qura bilib. Yəni orta güc kimi ölkəmizin qarşıdurma, müharibə vəziyyətində olan ölkələr arasında vasitəçi kimi çıxış etmək üçün kifayət qədər siyasi-diplomatik potensialı var. Qeyd etdiyim kimi, bu, ilk növbədə ölkəmizin nüfuzundan və malik olduğu siyasi-diplomatik potensialdan irəli gəlir ki, Azərbaycan müharibə, münaqişə vəziyyətində olan ölkələr üçün bir növ danışıqlar platforması təqdim edir. Bunu da ölkəmizin çevik və bacarıqlı diplomatiyasının nəticəsi kimi dəyərləndirmək olar".

Azərbaycanın Yaxın Şərq siyasətinin mahiyyətinə diqqət çəkən ekspert deyib ki, ölkəmiz İkinci Qarabağ müharibəsindən sonra olduqca fəal xarici siyasət həyata keçirir: "Əgər münaqişə illərində siyasi-diplomatik gündəliyimizə daha çox münaqişənin həlli hakim idisə, resurslarımızı daha çox bu istiqamətə yönəldirdiksə, artıq münaqişə həllini tapıb və Cənubi Qafqazda tamamilə yeni bir geosiyasi reallıqlar formalaşıb. Yeni geosiyasi reallıqlardan da biri ölkəmizin mövqelərinin güclənməsidir.  Azərbaycan artıq orta güc kimi beynəlxalq münasibətlər sistemində tanınır və qeyd etdiyim kimi, bu da o deməkdir ki, ölkəmiz daha fəal xarici siyasət və diplomatiya həyata keçirir".

BMTM-nin eksperti əlavə edib ki, ölkəmizin maraq göstərdiyi  regionlardan biri də Yaxın Şərqdir: "Birincisi, Yaxın Şərq regionu coğrafi olaraq bizə yaxındır, orada baş verən proseslər Azərbaycanı da maraqlandırır, cəmiyyətin diqqətini cəlb edir. Eyni zamanda da, məlum olduğu kimi, Yaxın Şərq ölkələri ilə Azərbaycanın tarixi, dini siyasi baxımdan da yaxın münasibətləri var. Bu səbəbdən də düşünürəm ki, ölkəmizin məhz Yaxın Şərqdə cərəyan edən proseslərlə maraqlanmasında, Yaxın Şərq siyasətinin əsasında biz bu iki məqamı xüsusilə nəzərə almalıyıq".

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:62
embedMənbə:https://525.az
archiveBu xəbər 28 İyul 2025 09:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakıda içməli su yola axır: Taxta parçaları veriblər ki, boru partlayanda içinə salın

27 Oktyabr 2025 01:56see232

Son çempion məğlubiyyətləri sıralayır

26 Oktyabr 2025 21:44see225

Zəlzələ səbəbindən Balıkesirdə məktəblərdə bir günlük tətil elan olundu

28 Oktyabr 2025 02:51see195

Alişan Uzak şehir in setində FOTOLAR

27 Oktyabr 2025 06:32see194

Qırmızı kələmin üç əsas sağlamlıq faydası müəyyən edilib...

27 Oktyabr 2025 23:25see189

Sözün işığında yaşayan insan

28 Oktyabr 2025 08:28see170

Buğdanı cücərdib istifadə etsəniz, möcüzəni görəcəksiniz

26 Oktyabr 2025 22:30see162

Söküntü zamanı ədalətli kompensasiya: Beynəlxalq təcrübə və Azərbaycan reallığı

27 Oktyabr 2025 15:40see146

Payızda bu qidalar immuniteti gücləndirir

27 Oktyabr 2025 04:04see137

“Qəzzanın İsrail seçkilərinə təsiri: müharibədən sonra siyasi xəritə necə dəyişir?“ İsrail mətbuatı

26 Oktyabr 2025 20:55see136

Siyasətlə evi isidə bilmərik Siyarto

26 Oktyabr 2025 20:40see132

Tbilisinin mərkəzində müxalifət yürüş mitinq keçirir

26 Oktyabr 2025 21:00see132

Çipli nömrələrə son Yeni nömrələr çipsiz verilir

27 Oktyabr 2025 23:41see131

Karvan Yevlax Elşad Əhmədova tapşırılır? Dəqiqləşdi

28 Oktyabr 2025 06:16see130

Osimhen Okan Buruka təriflədi: Onun rəhbərliyi altlnda oynamaqdan çox məmnunam

27 Oktyabr 2025 00:39see130

Zelenski: Tramp Ukraynada hazırkı cəbhə xəttində hərbi əməliyyatların dayandırılması ilə razıdır

27 Oktyabr 2025 01:21see129

Tarixin ən məşhur qırılmaz kodlarından birinin həlli tapıldı...

26 Oktyabr 2025 21:54see129

Türkiyədə güclü zəlzələ İstanbulda da hiss edildi

28 Oktyabr 2025 00:14see126

“Komanda üçün fərqi yoxdur Bakıda çıxış edirik, yoxsa Gəncədə” Marian Kolevin ə MÜSAHİBƏSİ

27 Oktyabr 2025 13:22see122

Əmtəə bazarlarında qızılın qiyməti 4000 dollardan aşağı enib

28 Oktyabr 2025 09:20see119
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri