Azərbaycanın vergi orqanlarına oktyabrda 45 minə yaxın müraciət daxil olub
525.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Bu ilin oktyabr ayında Azərbaycandakı vergi orqanlarına ümumilikdə 44 757 müraciət daxil olub.
525.az İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə istinadən xəbər verir ki, bu da, ötən ilin eyni dövrü ilə müqayisədə 16,3 % azdır.
Müraciətlərin 95,2 %-i ərizə, 4,7 %-i şikayət, 0,1 %-i təkliflərdən ibarət olub.
Daxil olmuş müraciətlərdən 66,9 %-nin baxılması hesabat dövründə başa çatdırılıb, 33,1 %-i isə hazırda icradadır. Baxılması başa çatdırılmış müraciətlərdən 69,5 %-i həll olunub, 29,2 %-i barədə müvafiq izahat verilib, digərləri ilə bağlı qanunvericiliyə uyğun tədbirlər görülüb.
Daxil olmuş faktiki şikayətlərdən 137-si həll edilib. Bunlar, əsasən, kameral vergi yoxlamaları, maliyyə sanksiyalarının silinməsi, vergi bəyannamələri, vergi ödəyicilərinin qeydiyyatı, operativ vergi nəzarəti tədbirləri, vergi orqanı əməkdaşlarının hərəkəti (və ya hərəkətsizliyi), şəxsi hesab vərəqələri və digər məsələlərlə bağlı olub.
Oktyabrda Dövlət Vergi Xidmətinin Aparatında müvafiq vəzifəli şəxslər ümumilikdə 48 vətəndaşı qəbul edib. Qəbul zamanı hər bir müraciətə fərdi yanaşılıb, vətəndaşların qanuni tələblərinin müsbət həlli üçün zəruri tədbirlər görülüb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:33
Bu xəbər 28 Noyabr 2025 17:38 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















