Azərbaycanın veteran cüdoçusu dünya çempionatında bürünc medal qazanıb
Azertag portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Bakı, 4 noyabr, AZƏRTAC
Fransanın paytaxtı Parisdə cüdo üzrə veteranlar arasında dünya çempionatı start götürüb.
AZƏRTAC xəbər verir ki, ilk yarış günündə Azərbaycanın bir cüdoçusu fəxri kürsüyə qalxıb. M2 yaş kateqoriyasında mübarizə aparan Qurban Məmmədli mundialın bürünc medalını əldə edib.
+100 kiloqram çəki dərəcəsində tatamiyə çıxan idmançı üçüncü yer uğrunda görüşdə italiyalı Pavel Qurqisi məğlub edib.
Qeyd edək ki, Azərbaycan dünya çempionatında 34 cüdoçu ilə təmsil olunur.
Baxış sayı:43
Bu xəbər 04 Noyabr 2025 11:35 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















