Azərbaycanın voleybol millisi Türkiyəyə yola düşüb
Icma.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Bakı, 1 iyun, AZƏRTAC
Avropa Liqasında iştirak edəcək kişi voleybolçulardan ibarət Azərbaycan millisi hazırlıq proqramına uyğun olaraq Türkiyəyə yola düşüb.
Voleybol Federasiyasından AZƏRTAC-a bildirilib ki, yığma təlim-məşq toplanışının son mərhələsini Ankara şəhərində keçirəcək. Bu mərhələ çərçivəsində komanda məşqlərlə yanaşı, Türkiyə millisi ilə bir neçə yoxlama oyununa da çıxacaq.
Boris Qrebennikovun rəhbərlik etdiyi kollektiv Türkiyəyə Avropa Liqasında çıxış edəcək əsas heyətlə yollanıb. Hazırlıq prosesinin ardından yığma iyunun 5-də Ankaradan birbaşa İsveçə yola düşəcək.
Qeyd edək ki, Azərbaycan millisi Avropa Liqasının ilk tur oyunlarını 6–7 iyun tarixlərində İsveçdə keçirəcək. Yığmanın rəqibləri ev sahibi İsveç və Yunanıstan komandaları olacaq.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:109
Bu xəbər 01 İyun 2026 11:34 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















